Mehdiyyət siyasətə qarışmaz. Mehdiyyət ağıl, məna, dostluq, qardaşlıq ruhudur. Mehdinin siyasi hakimiyyət məsələsi yoxdur.
Fəlsəfi zəmini olmayan bir hakimiyyət güclü qala bilməz. Türkiyədə solun fəlsəfi zəminini fikri olaraq çökdürdüyümüz üçün sağ həmişə müvəffəqiyyət qazanır.
Türkiyə və İran tərtəmiz ölkələrdir. Dost və qardaş olmamaları üçün heç bir əsaslı səbəb yoxdur. Təzyiqlərlə Türkiyə və İranın arasını vurmağa çalışırlar, lakin hökumət bu oyunu pozur, biz də dəstək oluruq.
İran və Türkiyənin arasını vurmağa çalışanlara “Tehran Times”dakı məqalələrimizlə lazım olan cavabı verib, oyunlarını puç edirik.
Küfr əxlaqındakı vicdansızlıq onlara o qədər böyük əzab çəkdirir ki, sanki cəhənnəm oduna düşmüş kimi yaşayırlar. Buna görə belə qəzəblidirlər. Özləri sevgini, gözəlliyi, dostluğu, səmimiyyəti yaşaya bilmədikləri üçün iman gətirənlərin təmiz, nurlu, keyfiyyətli həyatı onların içinə dərd olur.
Bəzi qadınların çirkin əxlaqı bir çox insanın sürünərək yaşamasına səbəb olur. Çirkin əxlaqlı qadınların davakar, fitnəkar rəftarı insanları çox bezdirir, ya qadınlardan tamamilə nifrət edirlər, ya da bu pis həyata razı olurlar. Ömürləri bir-birini təhqir etməklə, döyüş, murdarlıq içində keçir. Allahdan uzaq olduqda Allah bəladan bəlaya sürükləyir.
Tayyib hocam ağıllı, müasir, dəliqanlı insandır. Lazımsız yerə üzərinə bu qədər gedirlər və yanlış tanıtmağa çalışırlar.
Biz kommunizmin ictimai ədalət düşüncəsinə qarşı deyilik; dinsiz, mərhəmətsiz, qan tökən qaranlıq ruhuna qarşıyıq.
Kommunist yoldaşların sülh və sosial ədalət idealları gözəldir, lakin bu ədalət könüllü qardaşlıq əlaqəsi içində olar, məcbur etməklə olmaz.
Niyə Suriyada uşaq ölsün? Niyə insanlar bir-birini qırsın? Dünyanın hər yeri bomboşdur, genişdir birlikdə rahat yaşayaq. Hər yerdə parklar, bağlar, xəstəxanalar, məktəblər, gözəlliklər inşa edək. Bunu söylədikdə; “olar mı ki?” deyirlər. Sülh çox asandır, olar.
Bədiüzzaman da Quran ayələrinə əsaslanaraq İsa Məsihin vücudu və ruhu ilə bir şəxs olaraq gələcəyini izah etmişdir. Hədislərin və böyük İslam alimlərinin izahlarına görə hal-hazırda Mehdi və İsa Məsihin gəlməsi üçün son əsrdir. Bu əsrdə hamısını görəcəyik.
İsa Məsihin ən mühüm xüsusiyyəti çox dərin imanlı olmasıdır. Ağlı ilə düşünərək təhqiqi imanı qazanmışdır.
Allah Quranda İsa Məsihin ölmədiyini və öldürülmədiyini açıqca bildirmişdir. İsa Məsihi Axırzamanda yenidən görəcəyik inşaAllah.
İslam aləmində zülm hər yeri bürümüş vəziyyətdədir, hər yerdə sel kimi qan axır. Bəzi hocalar ağlasığmaz lüzumsuz mövzulardan bəhs edirlər. Sakit-sakit; “məzardakı otları yolmaq caizdirmi? Nişan atılsa zinətlər nə olacaq” kimi mövzulardan bəhs edirlər. Biri “İslam Birliyi təcilidir” demir.
Quranda heç bir peyğəmbər üçün “O qiyamət əlamətidir” deyilmir. Təkcə İsa Məsih üçün bu ifadədən istifadə edilir. Hz. İsa yenidən dünyaya gələcək.
Aparıcı ölkələrin liderləri bir yerə toplansa; “gəlin müharibə üçün pul xərcləmək əvəzinə, yaxşılıq, gözəllik üçün xərcləyək” desələr dərhal qəbul edilər. Təyyarələr, döyüş gəmiləri, bombalar, raketlər emal edilir. Müharibə üçün fövqəladə zəhmət çəkirlər. Bu böyük dəlilikdir. Dostcasına yaşamaq, sülhü təmin etmək çox asandır.
Tək bir buğda, sünbülü yetişənə qədər fövqəladə zəhmət çəkir, tək-tək torpaqdan suyu, vitaminləri, mineralı qəbul edir. Zərrəsinin israf edilməməsi lazımdır. Sırf mövcud israf dayandırılsa bütün dünya doyar, aclıq deyilən şey qalmaz.
Heyvanların hüquqlarının çox yaxşı qorunması lazımdır. Özünü qorumaq imkanı olmayan heyvana zülm edənə çəkindirici cəza verilməsi əhəmiyyətlidir.
Türkiyənin canlı, dinamik, çevik ruha ehtiyacı var. Bunun üçün əzm sahibi liderlər qiymətlidir. Durğun, içinə qapalı quruluş Türkiyəyə olmaz.
Biz bir insanı tənqid etdiyimiz zaman o insanın səhvlərinin düzəlməsi üçün tənqid edərik, heç kimin əzilməsini istəmərik.
Tərəvəz və meyvələrin daşınan vaxt israf olmaması üçün lazımi tədbirlərin alınması əhəmiyyətlidir. İsrafa qarşı çox diqqətcil olunmalıdır.