Mehdiyyət dövründə hamı bir-birilə dost, qardaş olacaq. İnsanların bir-birini sevməsi bu dərəcədə asanlaşacaqdır. Sadəcə başlarında duran çox ağıllı biri olacaqdır. Yəni Hz.Mehdi (ə.s) rəhbər olmayınca belə tərbiyə, ruh, şəxsiyyət, elektrik verilə bilməz.
Mehdiyyət gənc qızlara azadlıq, sevinc, cavanlara sevgi, dərinlik ruhu gətirəcək, sevinc gətirəcək.
İnsan düşündükcə əldə etdiyi bilik Allahdan ilhamla gələn bilikdir.
Biz maddənin əslini əsla dərk etməyəcəyik, maddədən yalnız Allahın bizə göstərdiyi qədər məlumatımız olar.
Bizim Allahın Özünü dərk etdiyi kimi dərk etməmiz sonsuza qədər qeyri-mümkündür. Haşa, bizim Allahın Özünü dərk etdiyi kimi dərk etməmiz üçün Allah olmağımız lazımdır. Bu da qeyri-mümkündür.
Cənnətdə hər şey çox yüksək dərəcədədir, Rəsulullah (s.ə.v) çox keyfiyyətli idi, Səhabə dövrü çox yüksək dərəcəli idi. QURAN BİZDƏN KEYFİYYƏT TƏLƏB EDİR. Müsəlman keyfiyyət tərəfdarıdır. Keyfiyyətə çox əhəmiyyət verməliyik. Geyimdə, üslubda, hərəkətdə hər şey yüksək dərəcədədir.
DÜNYA MASSONLUĞUNUN İSLAMIN DÜNYAYA HAKİM OLMASINA VƏSİLƏ OLACAĞI KİMİN AĞILINA GƏLƏRDİ? Baxın, Allah daşdan su çıxarır. Hz. Musa (ə.s)-a "əsanla daşa vur." deyir, Hz. Musa (ə.s) 12 yerə vurdu, parlaq su çıxdı. HEÇ GÖZLƏMƏDİKLƏRİ YERDƏN İSLAM DÜNYAYA HAKİM OLUR.
MASSONLARLA ƏLAQƏ ÇOX ƏHƏMİYYƏTLİDİR. ONLAR HZ. MƏSİHİN, HZ.MEHDİNİN TƏLƏBƏLƏRİ OLACAQ. Masonların başçısı , ustadları (ən üstün rütbəyə malik olan böyük şəxsiyyət) olan Adonay (Adon) çıxacaq, İnşaAllah.
ONU DEYİM Kİ, MEHDİYYƏTLƏ SAVAŞAN MÜTLƏQ MƏĞLUB OLAR. Çünki bu Allahın vədidir.
MEHDİYYƏTƏ XƏYANƏT ETMƏYƏN HƏR ÖLKƏ, MEHDİYYƏTƏ XİDMƏT EDƏN HƏR BİR FƏRD ƏLİ OLAR.
DİQQƏT ETSƏK, BİR ÇOX XURAFATÇININ ALLAHI SEVMƏDİYİNİ GÖRƏRİK. Onlar Peyğəmbəri də sevməzlər. Təkcə şeyxlərini, müəllimlərini, alimlərini, bütləşdirdiklərini sevərlər.
ALLAH SEVİLMƏSİNİ İSTƏYİR, LAKİN HAQQI İLƏ SEVİLMƏSİNİ İSTƏYİR. Məsələn, insan çox, şiddətli sevilməyəndə məyus olar. Necə sevilmək istəyər? Təbii ki, coşğu ilə, dəli kimi, şiddətli sevilmək istəyər.
İnsanların Allaha təslim olmaması möcüzədir, iman həqiqətidir. Əsl iman təkcə qarışqanın həyatını, saatı araşdırmaq deyil. İNSANLARIN DÜNYAYA MEYL ETMƏSİNİ ARAŞDIRMAQ LAZIMDIR. BU, DAHA BÖYÜK BİR İMAN HƏQİQƏTİDİR.
Allah "Vücudunuzu, səsinizi, baxışınızı, saçınızı, yeməyinizi, evinizi, diqqətinizi, geyiminizi, hər şeyi, hər yerinizi gözəlləşdirəcəyəm" deyir, "Yaşayışınızı, danışığınızı, yeyib-içməyinizi, hətta ölümünüzü belə gözəlləşdirəcəyəm, cənnətdə də sizi gözəlləşdirəcəyəm" deyir. Bütün bunlar yalnız Allaha təslim olmaqla olur .
Keyfiyyət çox əhəmiyyətlidir, ən yüksək keyfiyyəti hədəfə almaq lazımdır. Keyfiyyət dövlətin bir nömrəli siyasəti olmalıdır.
MƏDƏNİYYƏTİN, ZƏNGİNLİYİN, RİFAH İÇİNDƏ OLMAĞIN TƏK YOLU KEYFİYYƏTDİR. KEYFİYYƏT OLMAYANDA CƏHƏNNƏMƏ XAS XÜSUSİYYƏTLƏR BAŞLAYAR. Sənayeyə, sənətə, elmə, insanların ruh dünyasına da təsir edərək zəncirvari nizamsızlıq yaradar.
Avropa üslublu demokratiya və Avropa üslubuna xas keyfiyyət Türkiyəyə yaraşar. Hətta, daha yüksək bir keyfiyyət Türkiyəyə yaraşar. Tez bir zamanda bunları həyata keçirmək lazımdır.
Allah səmimi olmayan sevgi istəmir. Allah həqiqi aşiqi, səmimi olaraq sevəni istəyər.
Əgər aşiqsənsə, BUNU NECƏ SÜBUT ETMƏK OLAR? ÇƏTİNLİKLƏRƏ QARŞI MÜBARİZ OLMAQLA, ƏN ÇƏTİN ŞƏRAİTDƏ DƏ SEVDİYİNİ MÜDAFİƏ ETMƏK, ONUN TƏRƏFİNDƏ OLMAQLA SƏNİN İMANIN, SEVGİN MÜƏYYƏN OLAR. Əks halda sübut edə bilməzsən.
İmanın səni tərk etdiyi zaman əsəb pozğunluqları, bədənində problemlər yaranar. İNSANIN İMANI ZƏİFLƏDİYİ QƏDƏR PƏRİŞAN OLAR. İMAN ZƏİFLİYİ İNSANI DƏLİ EDƏR. Nə qədər imanı çoxdur, o qədər də sağlam, gözəl, şən olar.
Bizim təməlimiz iman üzərində qurulur. Yəni imanla yaşayacaq şəkildə yaradılırıq.