Mehdiyetin inkişaf etdiyi dövrdə əleyhdarların olması, anti-Mehdi hərəkətin olması normal haldır. Dəccal yoxdursa süfyan, yoxdursa Hz. Mehdi (ə.s) də yoxdur.
Darvin olmasa Hz. Mehdi (ə.s) də olmaz. Ateistlər də, Mehdiyetin həyəcanını artıran varlıqlardır. Allah bütün bunları xüsusiylə yaradır.
()
Adnan Oktar
-
Kiçik bir qrupla, Darvinistlərin, xurafatçıların meydana gətirdiyi nəhəng bir quruluşa qarşı mübarizə edirik. Qarşımızdakıların ortaq xüsusiyyəti isə anti-Mehdiyet olmalarıdır.
()
Adnan Oktar
-
2012-ci il önəmli bir ildir, Mehdiyetin hücum illərindəndir.
()
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) bütün məzhəbləri qaldıracaq. Ələvi, Sünni, Şiə hamımız qardaşıq. Türk İslam Birliyi yaradıldığında coşğulu bir qardaşlıq olacaq.
()
Adnan Oktar
-
Fanatizm və gericilik hiyləgər bir təhlükədir gericiliyə qarşı mübarizə isə Quranla mümkündür.
()
Adnan Oktar
-
Sevgiylə qucaqlaşmaq, sevgiyə qol açmaq, mehdiyətdir, kəsmək isə dəccaliyyətdir.
()
Adnan Oktar
-
Ustad Bədiüzzamanın ifadəsinə görə, Hz. Mehdi (ə.s) kiçik bir qrupla Darvinizmə qarşı üstün bir müvəffəqiyyət əldə edəcək.
()
Adnan Oktar
-
Allaha iman və təvəkkül dünyadakı ən böyük lüksdür. İnsan təvəkkülü unutduğunda dünya üstünə çökər. Təvəkkül etdiyində isə bütün dünya onun xidmətinə girər.
()
Adnan Oktar
-
İnsanlar möhkəm mala, pula bel bağlayırlar, halbuki bunların hamısı beynində yaradılır. İnsanların çöldə zənn etdiyi lakin yalnız beyinlərində yaradılan dollarların rəngi əslində yaşıl deyil. Onlar çöldə qapqara qaranlıqdırlar. Günəş də qaranlıqdır, işığı bizim beynimizdə yaradılar.
()
Adnan Oktar
-
Təkamülçülər hər şey mutasiyalarla təsadüfən meydana gəlir deyirlər. Allah axirətdə təsadüflərin necə bir dünya əmələ gətirdiyini göstərir onlara. Orada onlar üçün qışqırıb-yalvardıqları, qarışıqlıq, ağrılı bir mühiti olacaq onlar üçün.
()
Adnan Oktar
-
Bizim internet saytlarımız universitetlərə də açıqdır. Bu saytlar bir çox universitetin bir araya gəlməsi kimidir. O universiteti yaradan da Allahdır, kompüteri yaradan da Allahdır. Oradakı hər yazını, hər rəqəmi Allah xüsusi olaraq yaradar.
()
Adnan Oktar
-
Vəhdəti-vücud bizim görüşümüz deyil. Hər şeyi Allah yoxdan və zamansız olaraq yaradar. Allahın haşa gözləməyə ehtiyacı yoxdur. Zaman bizə görə vardır, bizim üçün yaradılmışdır. Allah üçün zaman yoxdur, zamanı yaradan Allahdır.
()
Adnan Oktar
-
Axirətdə hər kəs cəhənnəmin kənarına gətirilir. Orada zülm edənlərin qürurunu qırmaq üçün Allah, onları cəhənnəmin ətrafında dizüstü çökdürür. Müsəlmanlar da oraya gəlir, Allah Müsəlmanları ayırır. Onların önlərində və sağlarında işıq olur. Dizüstü çökənlər isə cəhənnəmə aparılır.
()
Adnan Oktar
-
De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər” (Məryəm Surəsi, 75) Allah keçmişdəki azğın qövmlərə də şans vermişdir. Allah, Darvinizmə də 150 illik uzun bir vaxt şansı verdi. Özlərinə vəd ediləni, Mehdini, İslamın yüksəlişini, Türk İslam Birliyini görəndə, öz ordularının heç olduğunu anlayacaqlar.
()
Adnan Oktar
-
Hz. Mehdinin (ə.s) hərbi gücünün silahı sevgidir, mərhəmət və söhbətdir. Dəccalının gücü isə qan və barıtdır. Hz. Mehdi (ə.s) yalnız sevgi ilə hərəkət edər. Ustad Bədiüzzamanın ifadəsiylə Hz. Mehdinin (ə.s) üç silahı sənət, bacarıq və ittifaqdır.
()
Adnan Oktar
-
Bölünmüş parçalanmış ittifaq olmaz. İttifaq "təklik" deməkdir. Hz. Mehdi (ə.s), Müsəlmanların bölgüsünü aradan qaldıracaq. Eyni Peyğəmbərimiz (s.ə.v)ın dövründə necə idisə elə olacaq.
()
Adnan Oktar
-
Məscidi Əqsanın dağıdılmasını əsla bacarmayacaqlar. Cinlərin şeytanların belə təsiri olmayacaq Məscidi Əqsanın dağıdılması üçün. Ora Allah tərəfindən qorunar, oranı yıxacaq əl qırılar.
()
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) vəfat etdiyində, “Ya rəbbim ona cənnətini nəsib et” deyəcəyik. Amma o dövrdə Hz. İsa (ə.s) vəzifədə olacaq. Hz. Mehdi (ə.s)ın cənazə namazını Hz. İsa (ə.s) qıldıracaq. Hz. İsa (ə.s) vəzifədə olduğu üçün, Hz. Mehdi (ə.s)ın vəfatı Müsəlmanları sarsıtmayacaq. Amma Hz. İsa (ə.s)ın vəfatından sonra Müsəlmanlar bir boşluğa düşəcəklər. Daim qarışıqlıq yaşanacaq.
()
Adnan Oktar
-
Qarışıqlıq başladıqdan sonra Hicri 1506-cü ildən sonra küfrə qarşı bir mübarizə başlayar amma müəyyən səviyyədə. Hicri 1508-ci ildən sonra tarazlıq tamami ilə pozulur. Hicri 1543-cü ilə qədər davam edir bu hal. 1543 -1545-ci illərdə cəmiyyətdə vəhşilik artar, artıq yer üzündə Müsəlman qalmaz. Ölüm, qırğın olacaq, binalar dağıdılacaq, məscidləri yandırılacaq, tam vəhşi və dəli bir qrup formalaşacaq. Yer üzündə Quran, hədis heç bir şey qalmayacaq. Dinə dair heç bir yazı tapılmayacaq. Tam "bəs qiyamət qopmayacaqdı?" dedikləri vaxtda isə qiyamət qarşılarına çıxacaq.
()
Adnan Oktar
-
Qiyamət vaxtı gəldikdə, axşama yaxın vaxtda səsli bir toqquşma meydana gələcək. Kül kimi olacaq. Dəhşətli bir zəlzələ başlayacaq və sona çatmayacaq. İnsanlar küçələrə töküləcək. Yer üzü getdikcə düzənlik halına gəlməyə başlayacaq. Uşaqların saçları ağaracaq, ilk onların ruhları alınacaq, cəsəd halında gəzişəcəklər. Göy yarılacaq, qapqara kosmos görünəcək. Atmosfer təbəqəsi tamamilə açılacaq. Ardından yenə bir toqquşma daha olacaq və onunla birlikdə dünyanın hərəkət istiqaməti tərs çevriləcək. Günəş Qərbdən doğulmuş, mələklər yer üzünə enmiş olacaqlar. Artıq imtahan mühiti sona çatmış olacaq.