Mehdi (ə.s) tək başına hərəkət edən bir insan deyil. Yüzlərlə xristian ruhani, qiymətli müsəlman alimlərlə ittifaq edərək hərəkət edən bir insandır. Həyatı, danışıqları şəffaf, niyyəti açıq, aydın, çox dəqiqdir.
Amerikan xalqının, Amerikan dövlətinin istədiyi odur ki, bütün dünya cənnət kimi, rahat olsun. Amma bunu edərkən İncildəki Faraklidi, Tövratdakı Moşiyahı, hədislərdəki Mehdi (ə.s)-ı axtarmaları lazımdır. Faraklid, Moşiyah, Mehdi (ə.s) da eyni adamdır.
(A9 TV; 16 may 2013)
Adnan Oktar
-
Mehdiyyət sırf sevgini, mərhəməti, şəfqəti harada tapmaqla, dostluq, qardaşlıq, yoldaşlıq necə olur, sənətin, elmin necə inkişaf etməsi ilə maraqlanar. Mehdiyyət siyasətlə maraqlanmaz.
(A9 TV; 16 may 2013)
Adnan Oktar
-
Mehdiyyət ağıllı müsəlmanlarla ağıllı, səmimi xristianların birlikdə dünyaya sevgi və sülh, qardaşlıq təqdim etmələridir. Mehdiyyətdə siyasət yoxdur.
(A9 TV; 16 may 2013)
Adnan Oktar
-
Körpələr niyə ölür? Körpələr onsuz da mələk olaraq gəlir və mələk olaraq da gedir. Onlar xüsusi olaraq yaradılır. Dünyaya vildan kimi gəlir, dünyadan cənnətə də yenə vildan kimi gedirlər. Allah deyir ki, Mən vildanımı siz görün deyə göndərdim, axirətdə də sizi qarşılayacaq, səbir etsəniz, cənnətdə o sizin vildanınız olacaq. Məsələ budur.
(A9 TV; 13 may 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) rəsulullah (s.ə.v)-in seyfi-şərifini (qılıncını) uğurlu olması üçün belinə taxacaq, inşaAllah. Hırka-ı Şərifi geyəcək beyət edilərkən. Bir; Ayasofyanın açılışında, iki; Məkkədə Kəbə-i Şərifdə, üç; Qüds-ü Şərifdə.
(A9 TV; 13 may 2013)
Adnan Oktar
-
Dünyada sırf israf dayandırılsa, bütün kasıb ölkələrə çatar. 1) Mehdi (ə.s) gəlsə israf olmaz; 2) Silahlara ayrılan pulun onda biri o canlarıma ayrılmış olsa, Parisin ən lüks restoranlarında yedikləri yeməklərin ən yaxşısını yeyərlər. Silahlara ayrılan pulun onda biri bütün dünya kasıblarının ən keyfiyyətli restorandakı yeməklərlə qidalanmalarını təmin edər.
(A9 TV; 13 may 2013)
Adnan Oktar
-
Biz AK Partiya hökumətinin, sağın fəlsəfəsini bütün Anadoluda yaydıq. Darvinizmi-materializmi elmi dəlillərlə yerlə-yeksan etdik. Solun dayaq nöqtələrini aradan qaldırdıq. Həm müasir İslam anlayışının, həm anti-darvinist, anti-materialist sistemin yayılması hökuməti ideoloji istiqamətdən polad kimi gücləndirdi. Beləcə devrilməz iqtidar yaranmış oldu.
(A9 TV; 13 may 2013)
Adnan Oktar
-
Biz AK Partiya hökumətinin, sağın fəlsəfəsini bütün Anadoluda yaydıq. Darvinizmi-materializmi elmi dəlillərlə yerlə-yeksan etdik. Solun dayaq nöqtələrini aradan qaldırdıq. Həm müasir İslam anlayışının, həm anti-darvinist, anti-materialist sistemin yayılması hökuməti ideoloji istiqamətdən polad kimi gücləndirdi. Beləcə devrilməz iqtidar yaranmış oldu.
(A9 TV; 13 may 2013)
Adnan Oktar
-
Mən müsəlmanların xidmətçisiyəm. Nadir insan deyiləm. Buna görə də mənim liderlik iddiam olmaz. Amma sevgi, məhəbbət iddiam olar. Allah eşqi ilə yanmaq iddiam olar. Bu, doğrudur. Amma liderlik iddiamız olmaz.
(A9 TV; 10 may 2013)
Adnan Oktar
-
Allah Quranın dəyişməyəcəyini söyləyir. Quran hafizlərin əli ilə gəldi. Hafizlərin əli ilə gələn Quranın dəyişməsi onsuz da mümkün deyil.
(A9 TV; 10 may 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-a sarılmazsanız, İslam Birliyi olmaz. Mehdiyyətə sarılsanız, məsələ həll olar. Allahın dediyini edəcəksiniz. Özbaşına hərəkət etmək olmaz.
(A9 TV; 10 may 2013)
Adnan Oktar
-
Bəzən mömin müttəqidirsə, təmiz müsəlmandırsa, şeytan vəsvəsə verər, təsir göstərməyə çalışar. Onun ürəyində mütləq kənardan girmək istəyər, incitməyə çalışar. Onun üçün qeyd-şərtsiz iman çox vacibdir. Allaha sığınmaq lazımdır. Çünki şeytanın əsl məqsədi incitmək, narahat etməkdir.
(A9 TV; 10 may 2013)
Adnan Oktar
-
Günahsız insan görmək gözə, ruha qidadır. Uşaqlar, körpələr günahsızdır. Nə gözəl günahsız bir insan, maşaAllah, əlhəmdülillah. Heç günahı yoxdur, nur kimidir, maşaAllah.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Ateist yoldaşların könülləri rahat olsun. Mən onların hamısına şəfqətlə baxıram. Yazışa bilərik, danışa bilərik, kimsə sizə qarşı pis rəftar göstərə bilməz. Elə bir şey olmaz. Fikir azadlığı var. Siz fikrinizi söyləyəcəksiniz ki, məlumat, düşüncə dəqiqləşsin.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Cəhənnəm dərəcə-dərəcədir. Yəni, cəhənnəmin hər yerində atəş yoxdur, hər yerində eyni şey yoxdur. Azğın adamlar üçün şiddətli əzab vardır. Cəhənnəmin bəzi yerləri daha sakitdir.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Cəhənnəm dərəcə-dərəcədir. Cəhənnəmin elə yerləri vardır ki, adam oturar, söhbət edər. Sadəcə sakit, dümdüz mühitdir. Amma cəhənnəmin verdiyi ağrının səbəbi budur ki, cənnətlə müqayisədə canı çox incidilər.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Allah ədalətlidir, nə edəcəyini bilər. Mərhəməti bizim üçün yaradan Odur. Allah yaratmasaydı, biz mərhəməti bilmirdik.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Suriya Allahın izni ilə Türkiyənin idarəsinə girəcək. Baxın, müjdəni verirəm. Bu dəqiqdir. Türkiyə ilə Suriyanın sərhədləri açılacaq. O sərhədlər Suriyanın deyil. İngilislər onu masa arxasında xətkeşlə çəkiblər. Türkiyə ilə Suriya iç-içə olacaq. Fitnə də aradan qalxacaq, burdan Şama istədiyimiz kimi gedəcəyik.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
İslamda haqlı olan güclüdür. Təkamülçü düşüncədə isə güclü olan haqlıdır. Baxın, iki zidd düşüncə.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Quranda qırğınlar, didib-parçalamalar, nifrət yoxdur. Qatı dinçilərin tətbiqi o tərzdə olur. Bu Quranın günahı deyil, haşa, qatı dinçiliyin günahıdır.