avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın çıxışı ilə birlikdə alimlərin bir qismi mehdiyyətdən və dəccaliyyətdən bəhs etməyi dayandırdılar. Öz ağıllarına görə mehdiyyəti gizlətməyə çalışırlar. Çox əbəs yerə çırpınırlar. Gələcəkdəki nəsillər alimlərin bu susqunluğunu və səmimiyyətsizliklərini heyrətlə xatırlayacaqlar.
A9 TV; 15 sentyabr 2013
avatar

Adnan Oktar

Alimlərin bir qismi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində xəbər verdiyi hadisələrin reallaşdığını gizləyirlər. Elm dünyası, hədislərdə bildirilən hadisələrin eynisilə reallaşdığını bilsə ayağa qalxar. Amma alimlərin heç birinin səs-səmiri belə çıxmır.
A9 TV; 15 sentyabr 2013
avatar

Adnan Oktar

Öcalan yaxşılıq etmək istəyirsə, İslam Birliyini var gücü ilə açıq-aşkar dəstəkləsin və günahlarına görə tövbə etsin. Türk millətinin birliyi üçün, fitnənin millətimizin üzərindən qalxması üçün dua etsin.
A9 TV; 15 sentyabr 2013
avatar

Adnan Oktar

Həddindən çox liderlər var, amma Allah heç birinə dünyanı nizamlama, düzəltmə gücünü vermir. Çünki Allah qədərdə İslamın dünya hakimiyyətini Mehdi (ə.s)-a nəsib edəcəyini yazmışdır.
avatar

Adnan Oktar

Sevgisizlik, mərhəmətsizlik, şiddət hər yeri bürümüşdür. Bunun yerini sevginin tutması üçün sevgiyə sahib olan, sevgini istəyən insanların cəhdlərini artırmaları lazımdır. Mehdi (ə.s), İsa Məsih aşiqlərinin, tələbələrinin var gücləri ilə cəhd göstərmələri lazımdır. Cəhd göstərdiklərində gözəl nəticə əldə edəcəklər.
A9 TV; 14 sentyabr 2013
avatar

Adnan Oktar

Massonlar Axırzamanda bütün dünyanı qurtaracaq bir insanı, Adonayı gözləyirlər. Deməli, massonlar və tampliyerlər Mehdi (ə.s)-a tələbə olacaqlar.
A9 TV; 14 sentyabr 2013
avatar

Adnan Oktar

Mehdi aşiqlərinin birlik üçün, sevgi üçün çoxlu cəhd göstərmələri lazımdır.
A9 TV; 14 sentyabr 2013
avatar

Adnan Oktar

Kimyəvi silahların təslim edilməsi mövzusu lazımsız yerə vaxt keçirməkdən, baş qarışdırmaqdan ibarətdir. Əsas olan İslam ölkələrinin dərhal birləşməsidir.
A9 TV; 14 sentyabr 2013
avatar

Adnan Oktar

Qatı dinçilər Allahın Quranda halal buyurmasına baxmayaraq bir çox yeməyi və zinəti haram etməyə meyillidirlər. Allah ayədə "bütün zinətləri Mən yaradıram, sizə kim haram etdi?" deyir. Kim edir? Xurafatçılar edir.
A9 TV; 14 sentyabr 2013
avatar

Adnan Oktar

Osmanlını daxilindən yıxan qatı dinçilər idi. Hal-hazırda da qatı dinçilərin İslam aləmini məhv etdiyinə şahid oluruq. Qatı dinçilər ikrah hissi doğurduqlarına görə, cəfəngiyat danışdıqlarına görə insanlar onlara nifrət edirlər.
A9 TV; 14 sentyabr 2013
avatar

Adnan Oktar

Fitnənin mənbəyi İrandır. Bölgədə kommunizmin himayəçiliyini o edir.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Allah xoşbəxtliyin açarını qısa şəkildə söyləmişdir: Mehdi və İsa Məsih. Bu qədər. Allah: "Onları başa keçirin, xoşbəxt və rahat olun. Yox əgər onlara qarşı müqavimət göstərsəniz sizləri yandırıb yaxaram, əzaba düçar edərəm, cəzalandıraram" deyir. Bəziləri: "Biz müqavimət göstərəcəyik" deyirlər. Müqavimət göstərən əzaba düçar olar. Müqavimət göstərməkdən imtina edən isə xoşbəxt olar.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Peyğəmbərlərin və vəlilərin imanı çox güclü olur. Çünki çox yaxşı mühakimə etmə qabiliyyətləri olur. Allahın varlığının dəlillərini yaxşı düşünürlər, qavrayırlar. Bəzi insanların zehni dağınıq olur, beynində imanını ələ ala bilmir, imanı zəif olur.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Allah yaratdığı hadisələrlə hamiyəti İslamiyyəni hərəkətə keçirərək, zülm içində olan müsəlmanların vəziyyətini görməməzliyə vuran, veclərinə almayan müsəlmanlara lənət oxuyur.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Müsəlmanların böyük bir hissəsinin bəsirət və fərasətləri bağlanıb. Evlərində oturub zikr edirlər. On min zikr edərkən orada 70 uşağı qətl edirlər. Onları qoruyacaq, qurtaracaq zikr et.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Quran üslubundakı dərinliyi yaxşı görmək lazımdır.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Yaxşı olmayan insanlar Allahın möminlərə verdiyi nemətlərdən istifadə edirlər. Yəni əslində nemətlər onlar üçün deyil, səmimi möminlər üçün yaradılır. Onlar da bir kənardan, bir yandan istifadə edirlər. Axirətdə bu imkanlar əllərindən alınar.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Allah yaxşı insanlar üçün dünyanı şəkildən-şəklə salaraq dizayn edir.
A9 TV; 13 sentyabr 2013
avatar

Adnan Oktar

Hal-hazırda dünyada sevgini müdafiə edənlər işıq saçırlar. Onsuz da Allah dünyanı onlara görə qoruyur. Yəni qiyamətin qopmamasının səbəbi budur.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Türkiyədə, Amerikada sevgini müdafiə edən çox az sayda nur kimi insanlar var. Allah sırf onlara görə dünyanı qoruyub yaşadır. Getdikcə bu nurların sayı artaraq işıq hər yeri bürüyəcək. Sonra bu nurlar zaman keçdikcə azalacaq, yox olanda qiyamət qopacaq.
A9 TV; 12 sentyabr 2013
avatar

Adnan Oktar

Allah sevgisinin təcəllisi olan imanlı insanların üslub və ruhları gözəl olur. Allah dünyanı zalımlara, sevgisizlərə, mərhəmətsizlərə görə deyil, iman edənlərə görə qoruyur.
A9 TV; 12 sentyabr 2013
PAYLAŞIN
logo
logo
logo
logo
logo