Mehdi (ə.s) çox müasir insan olaraq gələcəkdir.
Mehdi (ə.s) ayrı-ayrı otaqlara bağlanmış kimi olan müsəlmanların aralarındakı divarları söküb hamısını birləşdirəcək.
İslam aləminin bu an başına gələn bəlanın ən fundamental səbəbi nədir? Qurandan çıxmaları, uydurma hədislərə görə hərəkət etmələridir.
Demokratiyanın olmadığı, qadınların rahat yaşaya bilmədiyi, qadınların təzyiq altına alındığı bir sistemdə xoşbəxtlik olmaz. Hər şeyin qadağan olduğu, hər şeyə ölüm cəzasının gəldiyi bir sistem müsəlmanlıq deyil. Bu faşist bir baş, mərhəmətsiz, psixoloji prablemləri olan bir başdır. Müsəlmanlıqla əlaqəsi yoxdur.
Peyğəmbərlərə nə deyirdilər? "Dəli" deyirdilər, "Yalançı" deyirdilər. Hücum edirdilər, söyürdülər. Biz də onların yolundayıq, onların ümmətiyik, Peyğəmbərimiz (s.ə.v)-in ümmətiyik. Hz. İbrahim (ə.s)-ın övladlarıyıq. Hz. İsa Məsihin övladlarıyıq. Bu səbəbdən bizlər də əziyyət çəkəcəyik, ağrılar çəkəcəyik.
Tayyib bəyin vəzifəsi çox çətindir, əbəs yerə təzyiq göstərməsinlər. Əksinə hörmətlə, şəfqətlə yaxınlaşmaq lazımdır.
Allah ―"Birlik olun" ―deyə hökm verir, haşa "biz istəmirik" deyirlər. İslam Birliyini istəməyənlər, bəla gələndə niyə çaşıb qalırsız?
Hər kəs daim ağrılardan bəhs edir, həllini söyləyən isə yoxdur. İslam Birliyini istəmədiklərinə görə əbəs yerə ağlamasınlar.
İslam aləmində ağrını ağrı ilə aradan qaldırmağa çalışırlar.
İslam aləmində demokratiya Mehdi dövründə olacaq. Çünki Ortodoks İslam inancı demokratiyaya icazə vermir.
Yüzlərlə Musa olmaz, bir Musa olar. Onu tapmağa çalışmalıyıq. Yüzlərlə rəhbər olunca İslam aləmi parça-parça olur.
Tayyib bəyi incitməsinlər. Diktator sözü həm eyib, həm də günahdır. O da bunu söyləyənlərə fikir verməsin. Çünki biz elə düşünmürük. Əksinə Tayyib bəy Yaxın şərqin ən mülayim, ən ağıllı lideridir.
Hər hansı fikir sevilərək və istənilərək qəbul edilir. Xalqı guya qorxudaraq, şiddət göstərərək öz fikirlərinə tabe etməyə cəhd etmək əxlaqsızlıqdır.
İmansızlıq dünyanı cənginə almışkən İslama ən gözəl xidmətlərdən biri, iman həqiqətlərinin izah edilməsidir.
Bəzi müsəlman alimlərin dili kilidləndi, İslam Birliyindən bir kəlmə də bəhs etmirlər.
"Yalnız bu ölkə xilas olsun!" deyirlər, lakin belə olmaz. Bu, eqoistlikdir. Bütün müsəlmanların qurtuluşunu istəməlidirlər.
Əxlaqı Allah müəyyənləşdirir. İnsana əxlaqı öyrədən Allahdır. Biz Allah öyrətdiyi üçün əxlaqı bilirik. Haşa, Allaha əxlaq öyrətməyi istəmək çox böyük ağılsızlıqdır. Haşa Allaha, Qurana din öyrətməzlər.
İnsan cənnətə sevgini öyrənmədən getsə, ürəyi bomboş olar. Cənnətə getmədən əvvəl dünyada sevgini öyrənməliyik. Ürəyində sevgi olmayan cənnət nemətlərindən zövq ala bilməz.
Mehdi (ə.s) müsəlmanları birləşdirən, ictimai ədaləti təmin edən, dünyadan bütün silahları yox edəcək insandır… Bu, mehdiyyətin, Quranın feli tətbiqidir.
Çox təkrar etmək ürəyi rahatlaşdırar, təkrar gözəldir. Allah təkrar-təkrar xatırlanar, sevgi təkrar-təkrar deyilər. Allahı xatırlamaqdan, gözəllikləri söyləməkdən bezmək olmaz.
Allah tövbə etdiyi təqdirdə fironun belə tövbəsini qəbul edəcəyini bildirir. Heç bir insan üçün həyatda olarkən tövbə qapısı bağlanmaz. Hansı günahkar olursa olsun onu tövbəyə dəvət etməkdə məsuliyyət daşıyırıq. Tövbə hər cür günah üçün olar. "Bu adam üçün olmaz" demək çox sevgisiz bir dünyagörüşüdür, doğru deyil.