Masona nifrət etsən, Qurana uyğun davranmamış olarsan. Əgər səhv yoldadırsa, şəfqətlə İslama dəvət etməlisən. Doğru hərəkət edirsə, onsuz da müttəfiqindir. Birlikdə hərəkət edərsən. Əksik məlumatı vardırsa, SƏN ƏMRİ BİLMARUF və NƏHYİ ANİLMÜNKƏRLƏ MÜKƏLLƏFSƏN. NİFRƏT ETMƏKLƏ DEYİL.
İsrail bir peyğəmbər adıdır. İsraili onsuz da sevirik. İsrail dövlətinin içində yaxşısı da, pisi də var. Yaxşılarını, mazlumlarını sevirik. Pislərini sevmirik, amma yaxşı olmaları üçün də səy göstəririk.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Ateist, Allaha inanmayanlar Allah xatırladıldığı zaman dəhşət içində olarlar. Bundan əlavə onlar özlərini təkamülə, Darvinizmə uyğunlaşdırdıqları üçün, Darvinizmin saxta olduğunu anlamaq onlara çətin gəlir. Çünki Darvinizm saxtadırsa, deməli Allah vardır. Allahın mövcud olması, axirətin də olduğunu göstərir. ONLARDAKI AXİRƏT QORXUSU ÖLÜM QORXUSUNDAN DA BETƏRDİR.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Masonlar, təbii ki, bizim anladığımız mənada dindar deyillər, amma dindarlara zəmin hazırlayacaq, asanlığı təmin edən quruluşdur.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Masonların tək istədikləri şey, yəni səmimi olaraq mənim gördüyüm, İslamın dünyaya hakim olması, sülhün gəlməsidir. İslamın hakim olmasında onları əsl maraqlandıran sevgi, sülh, qardaşlıq, dostluq, qanın dayanması, döyüşlərin olmaması, sənətin və elmin hakim olmasıdır. Bu həmçinin də Mehdiyyət deməkdir.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Allahı sevmədən sevgini yaşaya bilməzsən. ALLAHA SƏMİMİ İMAN ETMƏDƏN XOŞBƏXT OLMAQ DA MÜMKÜN DEYİL. Elə olsa dünya kabusa dönər. Allah eşqlə səmimi sevildiyi zaman dünyanı gözəlləşdirər.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Allaha inancı olmadıqdan sonra sevginin də bir mənası olmur.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Hər kəsin sevdiyi tək lider olsa, radio, televiziya və internetlə bütün dünyanı bir ay içində mükəmməl şəkilə salmaq olar.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
DÜNYA MASONLUĞU İSLAMIN DÜNYA HAKİMİYYƏTİ ZAMANI ÇOX BÖYÜK VƏZİFƏ HƏYATA KEÇİRƏCƏK KİMİ GÖRÜNÜR. Allah masonları, Rotari, Rotarakat, Lions Klubunu, təriqətləri, camaatları, hər birini vəsilə edəcəyi aydın görünür.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Mehdi (ə.s.) zühur edərkən nə qədər mikrob komandası vardırsa, yod sürtmüş kimi axtarsan belə tapmazsan. Harda axtarsanız da tapa bilməyəcəksiniz. Səsləri belə çıxmayacaq.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Mehdi (ə.s.) zühur etsə, dünya on beş gün ərzində cəhənnəmdən cənnətə dönər. Mehdi (ə.s) cəhənnəmi cənnətə çevirər.
(A9 TV; 14 İyul 2012)
Adnan Oktar
-
Dünyanın atomları maşAllah, inşaAllah zikrlərini dayanmadan hiss edir. Belə olduqda qədər dayanmadan dünya hakimiyyətinə doğru dəyişər. Qədərin qidası “maşallah, inşaAllah” zikrləridir. Qədər maşaAllah və inşaAllahı sevər.
(A9 TV; 13 İyul 2012)
Adnan Oktar
-
Biz verdiyimiz şəhidlərlə tanınan millətik. Cənabı Allah bizi çox imanlı, Allaha aşiq, Allah üçün şəhid olmaqdan qürur, sevinc hissi duyan, zövq alan, Allahdan bunu eşqlə, şövqlə istəyən bir millət olaraq yaradıb. Allah hamımıza nəsib etsin.
(A9 TV; 13 İyul 2012)
Adnan Oktar
-
"Ramazan-ı şərifin 10-cu gününün 2-ci saatı ", yəni günortadan sonra saat iki. KÜFR ƏHLİ BU TARİXİ UNUTMASIN. Bunu yadlarından çıxarmasınlar. RAMAZAN AYININ 10-CU GÜNÜNÜN 2-Cİ SAATI, 2120-Cİ İL, SAAT 2.
(A9 TV; 13 İyul 2012)
Adnan Oktar
-
SEVGİ DOLU İNSANLAR ÇOX NADİR OLURLAR. Halbuki, nursuz bir çox insan vardır. Dayanmadan pis, mübahisəçi, söz atan, qəlbqırıcı üslubları vardır. Bunu bəzi ölkələrdə siyasətə də qarışdırırlar. Nifrət toxumları əkən quruluş var. Şeytanlıq bu sistemə də girdi. Halbuki, partiya sistemində mehriban və dostyana bir üslub olmalıdır.
(A9 TV; 13 İyul 2012)
Adnan Oktar
-
YALNIZ XIZIR (Ə.S.) MÜBARƏK QRUPU İLƏ QİYAMƏT GÜNÜNƏ QALACAQ. Qiyaməti zövq alaraq, sevinclə, təkbir gətirərək seyr edəcək. O ana qədər vəzifədədir. Ondan başqa bütün övliya, vəlayət əhli geri çəkiləcək. Quranın səhifələri qalmayacaq, inşaAllah.
(A9 TV; 13 İyul 2012)
Adnan Oktar
-
Ayə-ayə Quran, addım-addım İslam. VAXT TAMAMDIR. Mason lojaları 1506-ya kimi bağlanacaq. Artıq bitir. MASONLUQ DA, TAMPLEYERLƏR DƏ BİTİR. Çünki artıq bir mənası yoxdur. Çünki din bitir.
(A9 TV; 13 İyul 2012)
Adnan Oktar
-
Allah insanın hər yerində bir acizlik yaradıb. Ancaq ağıllı insanlar təmizlənərək cənnət bədəninə sahib ola bilərlər.
(A9 TV; 13 İyul 2012)
Adnan Oktar
-
Allah ən çox sevgini sevdirmişdir. Xoş hissdir. Yeddinci hiss də deyə bilərik. Yeddinci hiss olaraq sevgi vardır. Təsəvvür etmək mümkün deyil. Təsəvvür edilməyən xoşluqdur.
(A9 TV; 13 İyul 2012)
Adnan Oktar
-
Şəfqətli, mərhəmətli, sevgi dolu olmaq cənnət əxlaqına xas olduğu üçün Allah bu xüsusiyyətləri sevir. Əslində biz onun üçün yaradılırıq. Allah bizdə onları görmək istəyir.
(A9 TV; 13 İyul 2012)
Adnan Oktar
-
Gözəl xasiyyətli, sevgi dolu, bağışlayan olmaq lazımdır. Mübahisədən çəkinmək, kinli olmamaq lazımdır. Bunun əksi isə ağılsızlıqdır. Allahın rizasına uyğun olmayan, Allahın qəzəbinə səbəb olan davranışdır. Çünki yaradılışa ziddir, əxlaqsızlıqdır, yəni insanın çirkin cəsarəti, şeytani yönüdür.