Mardin izmirlilərindir, İzmir də mardinlilərindir. Bütün Türkiyə xalqı bütün Türkiyəyə hakimdir. Türkiyənin hər yeri, hər qarışı Türkiyədə yaşayan bütün insanlara aiddir.
Radikalla danışa bilmək üçün, müzakirə edə bilmək üçün, radikalın bütün izahlarına Quran ilə cavab verməyi, Quranı müdafiə etməyi bacarmaq lazımdır.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Türklərin İslamı şərh etməsi bütün dünya tərəfindən bəyənilir. Ən dindar, ən təmiz müsəlmanların Türkiyədə olduğu deyilir. Bu bir təxmin və yaxud öyünmə məsələsi deyil, bu bir həqiqətdir.
(A9 TV; 27 sentyabr 2013)
Adnan Oktar
-
Qatı dinçilərin yazdığı kitablar və düşüncələr ilə insanın həyatında yaxşılığa doğru heç bir inkişaf və dəyişiklik olmaz. Yalnız Harun Yəhya kitablarını oxuyan, həyatında müsbət mənada çox güclü dəyişiklik hiss edir. Zahirən rədd etsə belə, ürəyində qəbul etmiş olar.
(A9 TV; 27 sentyabr 2013)
Adnan Oktar
-
Əfqanıstanda, İraqda hər gün bombalar partlayır. Hər gün kütlə qırğınları olur, yüzlərlə, minlərlə müsəlman şəhid edilir. Bütün bunların hamısı qatı dinçilikdən qaynaqlanır.
(A9 TV; 27 sentyabr 2013)
Adnan Oktar
-
Qatı dinçilik təhlükəsi var. Bütün İslam aləmini bürümüş, məhv etmiş vəziyyətdədir. Misirdə zərbənin səbəbi nədir? Qatı dinçilərdir. Suriyada müsəlmanların bir-birini qırmasının səbəbi nədir? Qatı dinçilikdir. Mərakeş, Tunis, Əlcəzairdə müsəlmanların ağrı, acı, əzab çəkməsinin səbəbi nədir? Qatı dinçilikdir. Liviyadakı ağrıların mənşəyi qatı dinçilikdir.
(A9 TV; 27 sentyabr 2013)
Adnan Oktar
-
İranda kommunist rejimi var. İslama uyğun müsəlman adı yaradılıb. Sanki dinə də lağ edirlər. Xəyallarında bir mehdi gözləyişləri var. Kommunist sistemini yaşadırlar. Çinlə, Rusiya ilə kommunist birlik yaratmışlar.
(A9 TV; 27 sentyabr 2013)
Adnan Oktar
-
Dünyada ən təsirli, müasir, dəqiq İslam anlayışı, bizim tərəfimizdən izah edilir. Mövzunu uzatmadan birbaşa açıqlayırıq.
(A9 TV; 26 sentyabr 2013)
Adnan Oktar
-
İncildən, Tövratdan qorxmaq anormal hərəkətdir. Kommunist kitabları paylayırlar, onda bəzilərinin heç səsi-səmiri də çıxmır.
(A9 TV; 26 sentyabr 2013)
Adnan Oktar
-
Qurana görə, müsəlmanlar dəmir-beton kimi bir-birinə birləşmiş bina kimidirlər. O dərəcədə bir-birinə bağlıdırlar. Məsələn, körpüdə bütün daşlar bir-birinə yapışdırılır, birləşdirilir. Bir dənə daşı belə dartıb çıxarmaq mümkün olmur. Allah: "Bir-birinizdən heç ayrılmadan, tək daş belə çıxmadan, birləşmiş olaraq mübarizə aparın. Ayrılmayın. İxtilafa düşməyin" deyir.
(A9 TV; 26 sentyabr 2013)
Adnan Oktar
-
Müasir İslam anlayışını ağıllı olan hər kürd müdafiə etsin. Cəmil Bayık da İslam Birliyini müdafiə etsin. Kürd qardaşlarımız İslam Birliyi ilə xilas olacaqlar. Kommunizmlə heç vaxt xilas olmaz.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Mənim kürd canlarım dindar olmadan yaşaya bilməzlər. Onlara kommunizm dəhşətini yaşatmalarına icazə vermərik.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Öcalanın kommunizmin bitdiyini ifadə etməsi gözəl bir çıxışdır.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Biz cənub-şərqdə kommunist-stalinist kürd dövlətinə icazə vermərik. Ayrı torpaq parçası kimi olmasına icazə vermərik. Çünki oradakılar mənim analarım, bacılarımdır. Onları stalinistlərin, kommunistlərin əlinə vermərəm. Həyatımız bahasına olsa belə qarşı çıxarıq.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Yəhudilərə şəfqətlə yaxınlaşılmalıdır. Bu nifrət dəlilik halıdır.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Musəvilər müsəlmanları kafir hesab etmirlər, bəni-Nuh hesab edirlər.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Allah Quranda yəhudi xanımlarla evlənin deyir, bəziləri də yəhudiləri asıb-kəsməkdən bəhs edir. Müsəlman nifrət və vəhşilik ruhunu necə bəyənə bilər?
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Allah, şəfqəti, mərhəməti sevir. Sevgi müsəlmanın təməl xüsusiyyətidir. "Allah Qafur və Rəhimdir" deyirik. Bismilləhirrəhmanirrəhim; "Rəhman və Rəhim". Rəhim nədir? Qoruyucu, mərhəmətli, müşfiq deməkdir. Müsəlman da Allahın əxlaqı ilə əxlaqlanmalıdır.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Hörmətli Tayyib Ərdoğan məzlum və xoş niyyətli bir insandır. Əlindən gələnin ən yaxşısını etməyə çalışır. Ona qarşı çıxmaq vicdana uyğun hərəkət deyil.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Halal olsun Tayyibə, “dərin dövlət” təşkilatını qanunla, hüquqla darmadağın etdi.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Heç bir dövlətin, heç bir millətin qüruru qırılmamalıdır. Azad, rahat yaşasınlar. Hörmət, sevgi görsünlər.