Küfrün tələsi dəccala qarşı, Allahın küfrə tələsi isə Hz. Mehdidir (ə.s). Heç gözləmədikləri anda Allah Hz. Mehdini (ə.s) vəsilə edərək onları fikri mübarizədə yerlə yeksan edəcək. İslamın dünya hakimiyyəti kimə aid olacaq Allah göstərəcək.
Şövqsüz və istəksiz bir Müsəlman, " evliyəm, ticarətim, məktəbim" deyər; "yorğunam, xəstəyəm" deyər, daim bəhanə tapar. Müsəlmanlar, İslama kömək etməli, Allah üçün fəaliyyət göstərməlidir. Həqiqi müsəlman isə hər zaman canlı, daim şövqlüdür.
Allah eşqiylə dünyanı gözəlləşdirmək çox asandır.
Dünyada təmin edilməmiş heç bir instinkt yoxdur. Allah bu cür yaradar. Sonsuz həyat instinkti vardır ancaq təmin olmayan. Onu da Allah, axirətdə verəcək.
Allah, cənnətdə axan sulardan bəhs edir. İnstinkt olaraq bizə suyu sevmək arzusu verilmişdir. Bimədiyimiz təqdirdə o suyun ətrafında oturmaq istər insan. Ev alarkən belə, hovuzu varmı və ya dəniz kənarındamı ona baxar insanlar. Allah cənnətdə bu neməti təkrarən yaradacaq.
Tarixin heç bir dövründə belə bir Mehdi çaxnaşması yaşanmamışdır. Hal-hazırda davam edən bu çaxnaşma Hz. Mehdinin (ə.s) gəldiyinin bir isbatıdır.
Dəccal Müsəlmanları zorla dinsiz etdi, zorla Darvinist etdi. Sehri baş tutuncaya qədər təlqinini təkrar etdi. "Sən Darvinistsən, sən təsadüfən meydana gəldin" deyərək cadu etdi. Bu sehrin qırılması üçün yenə eyni şəkildə həqiqətləri təkrar etmək lazımdır. Daim izah etmək dəccalın sehrini qırmaq üçün çox əhəmiyyətlidir.
Şeytan insanlara gözəlliyi çətin göstərir. Sevgini çətin göstərir. Nifrəti, sevgisizliyi isə asanlaşdırır. Beləliklə də insanlar, ən çətin şeyi asan, ən asanı çətin görməyə başlayırlar. Halbuki Allah Quranda, "səni asan olanda müvəffəqiyyətli edəcəyik" deyir.
İnterneti yaradan da Allahdır, kompüteri yaradan da Allahdır. İnsanların, çox vaxt beyinlərinin içindəki kompüteri gördüklərindən, beyinlərinin içindəki düymələrə basdıqlarından xəbərləri yox. Kompüter ekranının əsli, eşikdə şəffaf və qapqaranlıq. İnsanlar bu sirri bilsələr bir an yerlərində dayana bilməzlər.
Mehdiyetin inkişaf etdiyi dövrdə əleyhdarların olması, anti-Mehdi hərəkətin olması normal haldır. Dəccal yoxdursa süfyan, yoxdursa Hz. Mehdi (ə.s) də yoxdur.
Darvin olmasa Hz. Mehdi (ə.s) də olmaz. Ateistlər də, Mehdiyetin həyəcanını artıran varlıqlardır. Allah bütün bunları xüsusiylə yaradır.
Kiçik bir qrupla, Darvinistlərin, xurafatçıların meydana gətirdiyi nəhəng bir quruluşa qarşı mübarizə edirik. Qarşımızdakıların ortaq xüsusiyyəti isə anti-Mehdiyet olmalarıdır.
2012-ci il önəmli bir ildir, Mehdiyetin hücum illərindəndir.
Hz. Mehdi (ə.s) bütün məzhəbləri qaldıracaq. Ələvi, Sünni, Şiə hamımız qardaşıq. Türk İslam Birliyi yaradıldığında coşğulu bir qardaşlıq olacaq.
Fanatizm və gericilik hiyləgər bir təhlükədir gericiliyə qarşı mübarizə isə Quranla mümkündür.
Sevgiylə qucaqlaşmaq, sevgiyə qol açmaq, mehdiyətdir, kəsmək isə dəccaliyyətdir.
Ustad Bədiüzzamanın ifadəsinə görə, Hz. Mehdi (ə.s) kiçik bir qrupla Darvinizmə qarşı üstün bir müvəffəqiyyət əldə edəcək.
Allaha iman və təvəkkül dünyadakı ən böyük lüksdür. İnsan təvəkkülü unutduğunda dünya üstünə çökər. Təvəkkül etdiyində isə bütün dünya onun xidmətinə girər.
İnsanlar möhkəm mala, pula bel bağlayırlar, halbuki bunların hamısı beynində yaradılır. İnsanların çöldə zənn etdiyi lakin yalnız beyinlərində yaradılan dollarların rəngi əslində yaşıl deyil. Onlar çöldə qapqara qaranlıqdırlar. Günəş də qaranlıqdır, işığı bizim beynimizdə yaradılar.
Təkamülçülər hər şey mutasiyalarla təsadüfən meydana gəlir deyirlər. Allah axirətdə təsadüflərin necə bir dünya əmələ gətirdiyini göstərir onlara. Orada onlar üçün qışqırıb-yalvardıqları, qarışıqlıq, ağrılı bir mühiti olacaq onlar üçün.
Bizim internet saytlarımız universitetlərə də açıqdır. Bu saytlar bir çox universitetin bir araya gəlməsi kimidir. O universiteti yaradan da Allahdır, kompüteri yaradan da Allahdır. Oradakı hər yazını, hər rəqəmi Allah xüsusi olaraq yaradar.