Küfrdən gələn bir insan, küfrdəki mayası qaldısa adam olmur. Bu maya yenə onu bürüyür. Yenə o dəli ruha qayıdır, o anormal ruha qayıdır. Lakin bu mayadan tamamilə xilas olsa həqiqətən tərtəmiz olur.
Özünü böyük görəni Allah kiçildir. Özünü kiçik görəni də Allah böyüdür. Mömində eqoistlik olmaz, böyüklük hissi olmaz.
(A9 TV; 24 aprel 2016)
Adnan Oktar
-
Nəyisə bildiyini güman edən insan, çox az şey bildiyini başa düşməlidir. Bu məlumatı da ona verən Allahdır. "Mən ən böyüyəm, mən ən ağıllıyam, mən ən gözələm" iddiası yanlışdır. Həmişə başqasını tərifləmək gözəldir. Belə olan insan gözəlləşər.
(A9 TV; 24 aprel 2016)
Adnan Oktar
-
Biliyi olub da, sevgisi yoxdursa, bu insan məhv olar. Sevgi həyatdır.
(A9 TV; 24 aprel 2016)
Adnan Oktar
-
İnsan bilik sayəsində vəhşi insan ola bilər. Məsələn, kommunist, stalinist, terrorist ola bilir. Lakin sevgiylə belə olmur, sevgiylə insan olur. Allahdan qorxur, Allahı sevir, insanları sevir. Biliklə sevginin birləşdirdiyi vaxt, ortaya möhtəşəm bir şey çıxır.
(A9 TV; 24 aprel 2016)
Adnan Oktar
-
Qəlbləri hər cür həssaslıqdan məhrum olanlar, mərhəmət nədir bilməzlər, incəlik nədir bilməzlər, Allahın dərin sənətini görə bilməzlər. İnsanların nəyi xoşladığını, nədən narahat olduğunu bilməzlər.
(A9 TV; 23 aprel 2016)
Adnan Oktar
-
Münafiqi, kafiri nəzarət etməliyik, analiz etməliyik. Niyə bu vəziyyətə düşüblər, çarə nədir, nə edilə bilər, necə razı sala bilərik, necə danışa bilərik? Səhvləri nələrdir? Müsəlmanlar üçün hansı mövzuda pis düşünürlər? Necə zərər verə bilərlər? Necə bir oyun oynaya bilərlər, necə tələ qura bilərlər? Bunların araşdırılmasının fərz olduğunu Nisa surəsinin 104-cü ayəsi mühüm ibadət kimi bizə bildirir.
(A9 TV; 23 aprel 2016)
Adnan Oktar
-
Şeytanı tanımalıyıq, münafiqi, küfrü anlamağa çalışmalıyıq. Müsəlmanlara nə cür zərər verə bilərlər, bunları bilməyə çalışmalıyıq. Nisa surəsinin 104-cü ayəsində bu bir ibadət olaraq Allah tərəfindən müsəlmanlara əmr edilib.
(A9 TV; 23 aprel 2016)
Adnan Oktar
-
Çiçəklərin gözəlliyi, məsumluğu, təmizliyi, incə sənəti Allahın üstün əxlaqını insanlara göstərir.
(A9 TV; 20 aprel 2016)
Adnan Oktar
-
“Kutül Amarə” tariximizin mühüm zəfərlərindən biridir. Belə mübarək bir zəfərin unudulmasına icazə verilməməlidir.
(A9 TV; 20 aprel 2016)
Adnan Oktar
-
Hazırda Cənub-Şərqi Anadolu bölgəsindəki tikililər strateji cəhətdən PKK-nın girməsinə çox əlverişlidir. Bir-birinə bitişik, hamısı bir-birinə bağlı və dar küçələr var. Lakin geniş prospektlər, rahat evlər bir-birindən ayrı-ayrı inşa edilsə, PKK ora necə girə bilər? Hamısı tutularlar.
(A9 TV; 20 aprel 2016)
Adnan Oktar
-
PKK-nın, Birləşmiş Millətlər Təşkilatının terrorist siyahısında olmaması qalmaqaldır. Hökumət bu mövzuya əl atsın. Bu siyahıda Əl-Qaidə var. Əl-Qaidə 4-5 min insanın ölümünə səbəb olub, PKK on minlərlə insanın şəhid olmasına səbəb olub, siyahıda yoxdur. Məhz bu İngiltərə dərin dövlətinin bir oyunudur. Buna son qoyulmalıdır.
(A9 TV; 19 aprel 2016)
Adnan Oktar
-
Zorakılığı təşviq etmək qəhrəmanlıq deyil. İslamda zorakılığa əsaslanan mübarizə yoxdur. Sülh içində qardaş kimi yaşamaq lazımdır.
(A9 TV; 19 aprel 2016)
Adnan Oktar
-
Mehdiyyət üslubundan istifadə etmək bərəkət gətirər. Allah Mehdini sevəni qoruyar.
(A9 TV; 19 aprel 2016)
Adnan Oktar
-
Uydurmalar, xurafatlar terroru qidalandırar. Quran terroru aradan qaldırar, yox edər.
(A9 TV; 19 aprel 2016)
Adnan Oktar
-
İslam terroru aradan qaldırmaq üçün gəlmişdir. İslamın, Quranın vəzifəsi terroru aradan qaldırmaqdır. Allah bunun üçün peyğəmbər göndərmişdir, bunun üçün Quranı nazil etmişdir. Həmçinin İslam o dövrdə həmin bölgədəki terroru aradan qaldırmışdır. Bu əsrdəki terroru da, yenə İslam aradan qaldıracaqdır.
(A9 TV; 19 aprel 2016)
Adnan Oktar
-
Obama kommunist düşüncəyə sahib bir ailə mühiti içində yetişmiş, kommunist partiya ilə ortaq fəaliyyətləri olmuşdur. PYD/PKK-ya dəstək verməsinin səbəbi budur.
(A9 TV; 19 aprel 2016)
Adnan Oktar
-
Musəvi qaynaqlara görə, Moşiyah, yəni Mehdi bütün dünyanı yenidən quracaq və beləliklə insanlar Allaha birlikdə xidmət edəcəklər.
(A9 TV; 18 aprel 2016)
Adnan Oktar
-
Obamanın PKK-ya, YPG-yə, PYD-yə dəstək olması Amerika tarixində görülməmiş rüsvayçılıqdır. Heç bir Amerika prezidenti kommunist Stalinistləri dəstəkləməyib. Heç bir prezident terroristləri dəstəkləməyib. Bir qeyri-adilik vardır. Obama dürüst olsun, kommunistdirsə, mən kommunistəm desin. Stalinist kommunist olduğunu bildirsin.
(A9 TV; 18 aprel 2016)
Adnan Oktar
-
Müsəlmanlığı dağıtmaq üçün, "təkamül Quranda var" deyərək müsəlman gəncləri darvinist etməyə çalışdılar, lakin bacara bilmədilər. Quranda təkamül yoxdur.
(A9 TV; 18 aprel 2016)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) bir hədisində Mehdinin sevgisinin dünyadakı ən kəskin qılınc olacağını söyləyir. Mehdinin şəfqətiylə ən qaranlıq ruhlar belə işıqlanacaq.