Kitab evdəki səssiz mürşiddir. Gecə-gündüz bezib usanmadan təbliğə davam edər, bütün məhəlləyə öyrədər. Kitabla təbliğ ən yaxşı üsuldur.
Bəzi insanlar dini çox yanlış bilir. Dindar olan içinə qapanar, anti-sosial olar, sevinci azalar, mistik auraya bürünər deyə güman edirlər. Din bu deyil. Tam əksinə imanla, dinlə insan canlanar, sevinər. Mömin moderndir, həyat doludur; əksi müşriklərin iddiası və həyatıdır.
Təsadüflər nəticəsində yeni genetik məlumatın yaranması deyə bir şey ola bilməz. Genetika anti-təkamülçü elm sahəsidir.
Təkamül kainatın yaranmasını təsadüflərlə izah etməyə çalışan şumerlər dövründən qalmış elmdən kənar, bütpərəst xurafatdır.
Təkamül şumerlərdən qalan xurafatdır. Yaradılış elmdir. Elmə qarşı bütpərəst xurafatların təqdim edilməsini qəbul etmərik. Təkamülçülərin əlində təkamülü göstərən tək bir fosil belə yoxdur. Təkcə xəyali rəsmlər və nağıllar var.
Fosil qeydləri canlıların bir anda yarandığını, mərhələli formalaşma deyə bir şey olmadığını göstərir. Bunun mənası təkamül yox deməkdir.
Təkamülçülərin çırpınması bizim təkamülün əsassızlığını daha əhatəli izah etməyimizə vəsilə olur. Hər çırpınışları fayda gətirir. Biz təkamülün olmadığını milyonlarla elmi dəlillə göstəririk. Təkamülü müdafiə edənlər tək bir dəlil belə təqdim edə bilmir və sadəcə demaqoqluq edirlər.
Quranda təkamül vardır yanlışlığını müdafiə edənlər cənnətin, mələklərin, cinlərin, cənnət köşklərinin, bitkilərinin necə yaradıldığını izah edə bilmir. Quranda təkamül yoxdur. Elm də təkamülün olmadığını sübut etmişdir. Mərhələ-mərhələ inkişaf, əmələ gəlmə deyə bir şey yoxdur.
Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyinə görə Allah Mehdiyə bütün peyğəmbərlərə verdiklərini verəcək və Mehdi dünyanı başqa dünyaya çevirəcək.
Bəzi müsəlmanların həm Qərbin mədəniyyətinə şiddətlə qarşı olması, həm də Qərbdə yaşamaq üçün can atması çox böyük ziddiyyətdir. Musiqiyə, incəsənətə, rəsmə, heykələ, Qərbdə olan bütün mədəniyyətə qarşı olduqlarını söyləyənlər təhsil almaları üçün övladlarını həmişə Qərbə göndərirlər. Əgər Qərbə yönəltdikləri tənqidlərində səmimi olsalar, Qərbdə yaşamaq üçün belə can atmazdılar. Bu kəslər şüur altlarında mədəniyyətin gözəlliyini bilirlər.
Cənnətdə insanlar təkamüllə yaradılmır. Dünyaya gəlmədən əvvəl də insanlar Qalu Bəlada vardı. Sonradan təkamüllə yaranmadılar.
Quranda təkamül yoxdur. Allah kainat yaradılmadan əvvəl bütün insanları yaratdığını və onlardan əhd aldığını bildirmişdir.
İngiltərə dərin dövlətinin oyunlarını sənədləri ilə ifşa etməyimiz dəccaliyyətin çöküşünün başlanğıcı oldu.
Quranda hökmü ləğv edilən ayə yoxdur. Quranın bütün ayələri qiyamətə qədər keçərlidir. Quranın bəzi hökmlərinin ləğv edildiyini iddia edənlər axirətdə bu çirkin cəsarətlərinin qarşılığını tam alacaqlar. (Bəqərə surəsi, 85: Sonra (yenə) siz, bir-birinizi öldürür, bir qisminizi öz yurdundan çıxardır, günah və düşmənçiliklə əleyhlərində ittifaq edir və sizə əsir kimi gəldikləri vaxt, onlarla fidyələşirdiniz. Halbuki onları çıxartmağınız sizə haram edilmişdi. Yoxsa siz, kitabın bir hissəsinə inanıb da, bir hissəsini inkar mı edirsiniz? Artıq sizdən belə edənlərin dünya həyatındakı cəzası rüsvay olmaqdır, qiyamət günündə isə ən şiddətli əzaba düçar ediləcəklər. Allah nə etdiklərinizdən xəbərsiz deyil.)
Hər gün sevgini xatırlatmağımız, şeytanın hər gün etdiyi düşmənçilik hərəkətinə qarşı ən gözəl cavabdır.
Qadınların əzildiyi hər cəmiyyət dağılar. Qadınlar azad olmalıdır. Hər cür azadlığı təkcə kişilərin haqqı kimi görmək vicdani deyil. Qadınların qiymətini bilməmək insanlar üçün fəlakətdir. Qadının necə gözəl nemət olduğunu görə bilməmək o insan üçün bəladır.
Peyğəmbərimiz (s.ə.v), Mehdi dövründə qadınların mümkün olduğu qədər azad olacağını bildirmişdir.
Mövhumatçıların incəsənətdən, keyfiyyətdən, əyləncədən, gözəllikdən uzaq yaşamaları, fərqində olmasalar da müsəlmanların əzilməsinə səbəb olur.
İslamı içinə qapalı, ölü, əzab dolu sistem kimi göstərdikləri üçün insanlar İslamdan qaçır. Dəccaliyyətin bu oyununu biz pozduq. Sevgi, əyləncə, gözəllik, dostluq ən gözəl halı ilə İslamda yaşanar.
Tövratda bəhs edilən hakimiyyət, Mehdi (Moşiyah) dövründə İslam əxlaqının bütün dünyaya hakim olmasıdır.
Anadolunu tanıdan tədbirlərdə xalqı pis göstərəcək bir üslub işlədilməsi çox çirkin olar. Anadolu insanına layiq olduğu hörmət göstərilməlidir. Cəmiyyəti adi, bəsit, keyfiyyətsiz əyləncələrə təşviq etmək doğru deyil. Xalq həmişə keyfiyyətli, gözəl şeylərə təşviq edilməlidir.