Kiprdən veriləcək bir qarış torpağımız yoxdur. Yunanlar və türklər birlikdə qardaşcasına yaşayacaqlar, lakin heç vaxt torpaq vermərik.
İmanın məqsədi sevgidir. Sevgisizlik xəstəlikdir, anormallıqdır.
Allah doğrunu hər insanın vicdanına ilham edər. Şeytan da vicdanın dediyinin əksini etməyi söyləyər. Mömin vicdanına qeyd-şərtsiz tabe olar.
Sevimlilik insanın ruhuna çox dərindən təsir edən gözəllikdir. Allah heyvanlarda sevimliliyi sırf xoşumuza gəlsin deyə yaradır.
Dövlətin başçısı; prezidentimizin Quran oxuması, Baş Qərargah rəisinin və siyasətçilərimizin dindar olması çox böyük nemətdir.
Bəziləri gənc qızların həyatına mütləq müdaxilə etmələrinin ehtiyac olduğuna inanırlar. Qadının vicdanına, ağlına və mühakiməsinə etibar etmək lazımdır.
Ailədaxili zorakılıq olduğu zaman cəmiyyətin bu övladlara öz övladı kimi sahib çıxması lazımdır. Məhəllənin qoruma duyğusu güclü olmalıdır.
Mövhumatçı sistemdə cəhənnəm əhlinin 90%-nin qadınlar olduğuna inanıldığı üçün qadına olan baxış prizması ən başından çox səhv olur.
Türkiyənin gələcəyi inşaAllah çox gözəl olacaq. Bir imtahan dövründən keçirik, lakin nəticə gözəl olacaq inşaAllah.
Atatürk səmimi dindar idi. Quranı yanından ayırmayan, hər gecə hafiz çağıran, İmam Hatipləri quran, Elmalılı təfsirini hazırlatdıran biri idi.
Mövhumatçılığa qarşı olan, lakin Quran müsəlmanlığını sevən və mənimsəyən bir nəsil yetişir, bu çox gözəl nemət oldu.
Müsəlman qadın deyildiyi zaman, Allahı çox sevən, Allahdan çox qorxan, azad şəxsiyyətli, nəcib, çiçək kimi tərtəmiz, alicənab bir varlıq ağla gəlməlidir.
Ağacların üzərinə plakat asılması, dibinə kimyəvi yuyucu vasitəli su tökülməsi tamamilə qadağan olmalıdır. Ağacların qorunması cinayət sanksiyası ilə təmin edilməlidir.
Quran müsəlmanlığı hakim olsa vəhhabi, sünni, şiə, ələvi, hamısı qardaş olar, heç kim bir-birinə düşmən ola bilməz.
İmanı güclü, Allahı çox sevən bir insan bədbəxt olmaz. İman zəifliyi yarandıqda bədbəxtlik olar, insanın sevinci qaçar, sıxıntı içində yaşayar.
Həqiqətən səmimi olan biri ruh sahibidir. Ruh sahibi olan bir insan dinlə, imanla birlikdə yaradılar və bu insan mütləq dinlə qarşılaşar.
Bu gün 10 iyul sevgi bayramıdır, hər il inşaAllah sevgi bayramını coşğu ilə qeyd edəcəyik.
Hörmətli Kılıçdaroğlu dürüst və təmiz insandır. Müxalifətin güclü olması Türkiyənin demokratik zənginliyidir, gözəllikdir.
Şəhidlərimizə Allah taledə ən gözəl məqamı nəsib etmişdir və vaxtı gəldikdə onları o gözəlliyə alır. Nə xoşbəxt onlara, məqamlarına qibtə edirik.
İslam Birliyi hər an qapıdadır. İslam Birliyi olduğu zaman qadınlar azad olacaq, bütün inanclara hörmət görəcək, bütün ictimai təzyiqlər aradan qalxacaq, ictimai ədalət tam hakim olacaq, hər yer bağ-bağçalıq olacaq, terror və anarxiya bitəcək. Bu mövzuda, bu gözəlliyi tələb edən hər düşüncəyə, inanca sahib insanla həmfikirik.
Mən ateist qardaşlarımın düşüncəsinə hörmət edirəm, hamısına dostluqla, qardaşlıq duyğusu ilə yanaşıram.