Suriyadakı ziddiyyətin iki tərəfi də haqsızdır. Bir tərəf kommunist fanatik, digər tərəf klassik fanatikdir.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Başıaçıq və ya makiyajlı xanımları görmək istəməyənlər özləri örtük taxsınlar. Bu daha praktik çıxış yolu olar.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Kimyəvi silah xaricində öldürmə üsullarının məqbul qarşılanması qorxuncdur. Əsədə: "öldürürsənsə adam kimi öldür. Asaraq, kəsərək, yandıraraq, vuraraq öldürsən də olar, amma kimyəvi silah istifadə etməyin doğru deyil" deyirlər.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Allahın məqsədi yaxşı insanların cənnətdə Allahı sevib Allahın onları sevməsi ilə, onların da öz-özlərini sevməsi ilə birlikdə xoşbəxt yaşatmaqdır. Tək məqsədi budur.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Allah ledün elminin Sultanıdır.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Saxta mehdilik iddiasında olan səfehlərə fikir vermək lazım deyil. Həmçinin, bunları bəhanə edərək mehdiyyəti inkar etmək də səmimiyyətsizlikdir.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
İnsan öldürməyə aid filmlərlə, oyunlarla insanların beyninə yaxşıca təsir ediblər. Şiddət ehtiva edən filmlər ən böyük əyləncə halına gəlmiş vəziyyətdədir.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Bütün dünyada baş verən qarşıdurmaların, savaşların bitməsi üçün, Quranın ruhunu bütün səmimiyyətiylə izah edən Mehdi (ə.s)-ı istəmək lazımdır.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
İnsanların böyük qismi, qatı dinçiliyi qüsursuz müsəlmanlıq hesab edirlər.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
İnsanlar qatı dinçilərin təsiri altında olduqları üçün, yəhudilərə sevgi, şəfqət göstərənin dindən uzaq düşdüyünü düşünürlər.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
İnsanlar qatı dinçiləri həqiqi dindar zənn edirlər. Müasir, musiqi dinləyən, sənətə bağlı olan müsəlmanı da dindən uzaqlaşmış kimi görürlər. Çox səhv düşüncədir. Quranı əsas götürmələri lazımdır.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
İddia edildiyi kimi Suriya rejimi ələvi deyil, kommunistdir. Kaş ki, ələvi olsalar. O zaman bunlar baş verməzdi. Ələvilər baş tacıdır.
(A9 TV; 29 sentyabr 2013)
Adnan Oktar
-
Dünyaya maraq, istək duymaq dəlilikdir. Dünyada həm cənnət, həm də cəhənnəm xüsusiyyətləri vardır. Fani dünyaya sahib çıxmaq istəyi səhvdir. Allah Quranda: "Əsl olan yurdu, sonsuzluq yurdunu istəyin" deyir.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Mələkləri görmək üçün əvvəlcə nur olmaq lazımdır. Maddi aləmdən çıxmaq lazımdır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) mələkləri görürdü, amma maddi olaraq görmürdü. Əvvəl nur halına gəlirdi. Maddə olmaqdan çıxırdı, xüsusi bir hala girirdi.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Sadəliyə sadəliklə cavab vermək müsəlmana yaraşmaz. Müsəlman soylu, zadəgan olmalıdır. İslamı zadəganlığı ilə təbliğ etməlidir. Səbirli olması ilə, hörmətli rəftarı ilə, sadə, iffətli rəftarı ilə diqqət çəkər.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Mühafizəkar, xurafata əsaslanan İslam anlayışını dünyanın heç bir yeri qəbul etməz. Nə Avropa, nə Amerika, nə də müsəlmanlar qəbul etməz. Mehdiyyətə, Qurana əsaslanan, səhabə İslamı isə bütün dünya qəbul edər. Bizim təsvir etdiyimiz, göstərdiyimiz İslam anlayışı bütün dünya tərəfindən qəbul edilir.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Zəlzələlər mehdiyyətin möhürüdür. Allah: "Ya Allaha dönərsiniz, ya da dünyanı həmişə beşik kimi yelləyərəm. Mənə dönəcəksiniz, Məni sevəcəksiniz, sizdən istədiyim budur. Yoxsa dünyanı sizə dar edərəm" deyir. İzahı lazım olan budur.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Mardin izmirlilərindir, İzmir də mardinlilərindir. Bütün Türkiyə xalqı bütün Türkiyəyə hakimdir. Türkiyənin hər yeri, hər qarışı Türkiyədə yaşayan bütün insanlara aiddir.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Radikalla danışa bilmək üçün, müzakirə edə bilmək üçün, radikalın bütün izahlarına Quran ilə cavab verməyi, Quranı müdafiə etməyi bacarmaq lazımdır.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Türklərin İslamı şərh etməsi bütün dünya tərəfindən bəyənilir. Ən dindar, ən təmiz müsəlmanların Türkiyədə olduğu deyilir. Bu bir təxmin və yaxud öyünmə məsələsi deyil, bu bir həqiqətdir.