Kəşfiyyat təşkilatlarının çoxunun CIA-nın nəzarəti altında olduğunu zənn edirlər. Halbuki bir çox kəşfiyyat təşkilatı İngiltərə dərin dövlətinin nəzarəti altındadır. Abdullah Öcalan İngiltərə dərin dövlətindən xəbərdardır, PKK hərəkatını onlar başlatdı deyir.
Osmanlı dövlətinin süqutunu İngiltərə dərin dövləti təşkil etdi. Suriya və İraqın sərhədlərini çəkən İngiltərə dərin dövlətidir. Hərami-Şərifi, yəni Məkkəni və Mədinəni Osmanlı dövlətinin əlindən alan İngiltərə dərin dövlətidir. Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində PKK-nı gücləndirib ayrı bir dövlət yaratması üçün çalışan yenə İngiltərə dərin dövlətidir.
(A9 TV; 11 yanvar 2016)
Adnan Oktar
-
Hz. Musa (ə.s)-ın ətrafındakı bir çox insanın ağlı həmişə küfr əhlində qaldı. Yəni səhraya köç etdilər, lakin oradakı həyatı qəti unuda bilmədilər. O Qədim Misir mədəniyyəti, o buzovlar, oradakı həyat, yeyib-içmə formalarına qədər hər şey onlarda heyranlıq kimi qaldı. Böyük hissəsi hz. Musa (ə.s)-ın vəfatına qədər həmişə o dəlisov ruhun içində qaldılar.
(A9 TV; 11 yanvar 2016)
Adnan Oktar
-
Ailə, evlənmək, uşaq sahibi olmaq, bunlar həmişə münafiqlərin dindən üstün tutduqları xüsuslardır. Buna görə, din və bütləri arasında qərarsız qalarlar. Münafiq ailəsini bütləşdirər, uşağını bütləşdirər. Onu İslama qarşı bir fürsət hesab edər.
(A9 TV; 11 yanvar 2016)
Adnan Oktar
-
Baxın İblisə, o kimi müdafiə edirsə, o insanda pis hərəkətlər vardır. Kimdən bəhs etmək istəmirsə, kimdən çəkinirsə onda da bir gözəllik olur. İblis yaxşı insanlardan çəkinər, onlardan bəhs etmək istəməz, heç xoşlamaz, çox narahat olar.
(A9 TV; 10 yanvar 2016)
Adnan Oktar
-
İblislə mübarizə aparmaq səbir, iradə və ağıl tələb edər. Çünki iblis ağıllıdır, inadkardır, xaindir, yaxşı oyun qurandır. Müsəlman da çox ağıllı, yaxşı oyun quran və səbirli olmalıdır. Çünki iblis asanlıqla əl çəkməz, bir anda ölməz dəccaliyyət. Çox səbirli şəkildə, tək-tək qurduğu hər oyun yox edilməlidir.
(A9 TV; 10 yanvar 2016)
Adnan Oktar
-
Axırzamanda Dəccalın ən narahat olacağı şey mehdiyyətdir. Mehdiyyət onu ağıl, elm və irfanla parçalayacaq bir sistem olduğu üçün, dəccaliyyət bilavasitə mehdiyyəti hədəf alar.
(A9 TV; 10 yanvar 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin təməl fəlsəfəsi sosial darvinizmdir. Bunun üçün darvinizmi bütün dünyada ehtiyatla ayaqda tutmağa çalışır.
(A9 TV; 9 yanvar 2016)
Adnan Oktar
-
Darvinizm; bu dəccalın dinidir. İngiltərə dərin dövlətinin himayəsi altında olan bir sistemdir. Dünyada bütün məktəblərdə məcburi surətdə tədris edilir.
(A9 TV; 9 yanvar 2016)
Adnan Oktar
-
Allah bizim vicdanımızı hərəkətə keçirmək üçün məzlumların əzildiyini, öldürüldüyünü, yandırıldığını göstərir. Əgər biz vicdanımızı hərəkətə keçirməsək günah işləyərik. Olmaz bu. Var gücümüzlə İslama xidmət etməliyik.
(A9 TV; 9 yanvar 2016)
Adnan Oktar
-
Dinə qarşı həssas olmaq lazımdır, İslama güclü sahib çıxmaq lazımdır. Allah bizə sahib çıxır. Göz verir, burun, ağız, qulaq verir, ürəyi fasiləsiz işlədir. Dayandırsa yıxılarıq. Yemək verir, rənglər yaradır, səslər yaradır, gözəlliklər yaradır. Allah həmişə bizimlə əlaqədədir.
(A9 TV; 9 yanvar 2016)
Adnan Oktar
-
Gələcək qorxusu iman məsələsidir. İnsan imanı ilə buna qalib gələr. İmanına etibarının olmamağı, imtahandan məğlub çıxmasının əlamətidir. Bu qorxuya mütləq qalib gəlməlidir.
(A9 TV; 8 yanvar 2016)
Adnan Oktar
-
İnsanların müsəlman olmasına mane olan şey, gələcək qorxusudur. Yoxsa onlar Allaha, Qurana və İslama xidmət edərlər. Gələcək qorxusundan ötrü, bütün vaxtını pul toplamağa, karyera qurmağa və evlənməyə sərf edir.
(A9 TV; 8 yanvar 2016)
Adnan Oktar
-
Dünyadakı bütün fəlakətlərin mərkəzi Londondur. Hazırki Suriya rejiminin meydana gətirdiyi bütün fitnəni və zülmü İngiltərə dərin dövləti idarə edir. İraqdakı hadisələri İngiltərə dərin dövləti idarə edir. Vaxtı ilə Suriyanın sərhədlərini təyin edən İngiltərə dərin dövlətidir. Xətkeşlə çəkmişdir. Hal-hazırda PKK-nı dəstəkləyən də yenə İngiltərə dərin dövlətidir.
(A9 TV; 7 yanvar 2016)
Adnan Oktar
-
Kasıblıq zahirən bir fitnə kimi, acı bir hadisə kimi görünür. Lakin kasıblıq insanları təvazökar, dindar və gözəl xasiyyətli edir. Nemətdən yaxşı anlayan, nemətin qədrini bilən edir.
(A9 TV; 7 yanvar 2016)
Adnan Oktar
-
İnsan Allahın onu bağışlayacağına inanır, lakin özü bağışlamaq istəmir. Bu cür olmaz. Necə ki, Allahın bağışlayacağını bilirsə, özü də bağışlamağı bacarmalıdır.
(A9 TV; 6 yanvar 2016)
Adnan Oktar
-
Bağışlayıcı olmaq Allahın çox bəyəndiyi xarakterdir. Çünki intiqam, ruha nəfsani zövq verər. Bağışlamaq çox çətindir. Yəni iradə tələb edir, ağıl tələb edir. Çünki insan bağışlamaqla məmnunluq hissinə çata bilməz. Lakin intiqam almaqla məmnun olar. Bunun üçün Allah bağışlamağı əsas götürür.
(A9 TV; 6 yanvar 2016)
Adnan Oktar
-
Sən Allaha etibar etmirsənsə, Allah da sənin qarşına etibar edəcəyin insan çıxartmaz. Hamısını başına bəla edər. Sən Allaha qarşı mübarizə aparsan, bu zaman Allah da səninlə mübarizə aparar. Sən Allahı gücsüz hesab etsən, Allah da bu zaman sənin qarşına da gücsüz insanlar çıxardar.
(A9 TV; 6 yanvar 2016)
Adnan Oktar
-
Müsəlman gələcək qorxusunu mütləq şəkildə tərk etməlidir. Sən Allaha güvənmirsən amma evinə güvənirsən, puluna güvənirsən. Allah həlak edər insanı. Allah bəla verdikdən sonra pulun olsa da nə faydası olar? Bu cür olmaz. Heç kim acından ölməmişdir. Bu günə qədər Allaha güvənən heç bir insana heç nə olmamışdır.
(A9 TV; 6 yanvar 2016)
Adnan Oktar
-
Gələcək qorxusu haramdır, müsəlman bu cür düşünməməlidir. Hər anımızı Allah yaradar. Sənin aldığın bütün tədbirlər başına bəla olar. Misal üçün pul yığarsan, xərçəng xəstəliyinin müalicəsinə gedər o pul, yaxud müəyyən yolla əlindən çıxar. Ev alarsan, Allah başına uçurdar. Belə şeylərə güvənmək olmaz, təkcə Allaha güvənmək olar. Bu çox yanlışdır, həm də, Allah bunu xoşlamaz.
(A9 TV; 6 yanvar 2016)
Adnan Oktar
-
Müsəlmana romantiklik və qəzəbli olmaq yaraşmaz. Çünki müsəlman həmişə Allah ilə birlikdə hərəkət edən varlıqdır. Həmişə ağıllı və düzgün düşünməlidir. Çox qorxunc görünən hadisəni belə Allahın yaratdığını unutmamalıdır.