İstəsən də, istəməsən də iman edərsən, bunu saxlamağa gücün çatmaz. Heç bir insanın iman etməməyə gücü çatmaz. Mütləq iman edər, lakin "iman etmirəm" deyər. İnadına, qəddarlığına, zalımlığına görə elə deyər, lakin mütləq iman edər. Dili "mən inanmıram." deyər, amma düşüncəsi isə " inanıram." deyər. Düşüncəsi ona inanmaz. O, düşüncəsinə, ruhuna tabe olacaq.
Gözəl əxlaqlı olmaq asan deyil. Asan olsaydı hər kəs gözəl əxlaqlı olardı. Gözəl əxlaqın bədəli vardır.
(A9 TV; 18 İyun 2012)
Adnan Oktar
-
Müdrik insanlar birliyi Mehdi, Xızır və İsa Məsihdən meydana gələr. Əsl birlik budur, inşaAllah.
(A9 TV; 15 İyun 2012)
Adnan Oktar
-
Türk-İslam Birliyi problemi vardır. Bu, bütün bölgənin, dünyanın problemidir. Yəni on və ya yüz adamın problemi deyil. 7 milyardlıq dünyanın İslam Birliyi problemdir, Türk-İslam Birliyi problemidir.
(A9 TV; 15 İyun 2012)
Adnan Oktar
-
MEHDİYYƏT HƏR KƏSİN RAHAT OLACAĞI, HƏR KƏSİN BƏYƏNƏCƏYİ SİSTEMDİR. Qorxunun, çətinliyin, ağrıların aradan qalxdığı, müharibələrin dayandığı, məhəbbətin, coşğunun hakim olduğu, sənətin, estetikanın mükəmməl hala gəldiyi, demokratiyanın, azadlıqların ən yüksək dərəcəyə çatdığı gözəl mühit olacaq.
(A9 TV; 15 İyun 2012)
Adnan Oktar
-
Türkiyə Mehdiyyətə doğru irəliləyir. Mehdi (ə.s) Türkiyədə zühur edəcək. Allah buna görə zəmin yaradır. Hökumət bir şey etmir. Allah müxtəlif hadisələri vəsilə edir, hökuməti də istiqamətləndirən Allahdır.
(A9 TV; 15 İyun 2012)
Adnan Oktar
-
KÜRD PROBLEMİ DEYİLƏN PROBLEM YOXDUR, İSLAM BİRLİYİ PROBLEMİ VAR. Türkiyədə bundan başqa da problem yoxdur. Dünyanın əsas problemi İslam Birliyi problemidir.
(A9 TV; 14 İyun 2012)
Adnan Oktar
-
Hər yerdə ola bilən Xızır (ə.s) vardır. Üç nəfərdən dördüncüsü Xızır (ə.s)-dır, onu söyləyirəm.
(A9 TV; 14 İyun 2012)
Adnan Oktar
-
PKK-ın hərəkətlərində belə xeyir vardır. Çünki o insanları İslam Birliyinə məcbur edir, birliyə çəkir. Bütün insanların çıxış yolu kimi İslam Birliyini istəməsinə vəsilə olur. Allah tərəfindən yaradılır. Heç bir şey xeyirsiz yaradılmaz.
(A9 TV; 14 İyun 2012)
Adnan Oktar
-
Fəthullah Gülən camaatında olan müvəffəqiyyətlər, Ərəb Baharı, hər biri Mehdiyyətlə əlaqəli olaraq Allah tərəfindən xüsusi olaraq yaradılır. ALLAH MEHDİYYƏTƏ GÖRƏ MÜVƏFFƏQİYYƏT VERİR. ÇÜNKİ MEHDİYYƏT XURAFATI LƏĞV EDƏN, ÖLDÜRƏN SİSTEMDİR.
(A9 TV; 14 İyun 2012)
Adnan Oktar
-
İslam Birliyi olarsa dərhal nəticə almaq olar. Döyüşlər, terror həmin anda bitər. Döyüşlərə xərclənən pul kasıba, fağır-füqəraya paylanacaq. Bu möhtəşəm bərəkət, bolluq, böyük gözəllik, dinclik deməkdir.
(A9 TV; 13 İyun 2012)
Adnan Oktar
-
Mehdi (ə.s) zühur etməyincə, İslam Birliyi olmadıqca dünya qaynayacaq. Hər yer qarışıq, iztirab doludur. Gəlin, Allaha, İslam Birliyinə, Hz. Mehdi (ə.s)-a təslim olun. Allah sizə hüzur, dinclik, güvən, zənginlik, bərəkət versin.
(A9 TV; 13 İyun 2012)
Adnan Oktar
-
Razılaşın, hər kəs silahları qaldırsın, Mehdiyə tabe olun, o müdafiəyə sərf olunan katrilyonlar kasıba, fağır-füqəraya yemək, paltar, avtomobil, ev olaraq paylansın. Siz də, onlar da rahat olsun. Əks halda həm qan tökülür, həm də ağrı-acı, iztirab yaşanır. Qalib gələn də yoxdur.
(A9 TV; 13 İyun 2012)
Adnan Oktar
-
İslam Birliyi olsa PKK, Suriya, Əfqanıstan, İraq, Misir problemi dərhal bitəcək, iqtisadi böhrana son qoyulacaq. Bütün fitnələr aradan qalxacaq.
(A9 TV; 13 İyun 2012)
Adnan Oktar
-
İrandakı, Şiədəki ruh Mehdi (ə.s) anlayışını, Mehdiyyəti yox etmək üçün şeytanın ortaya atdığı oyundur.
(A9 TV; 12 İyun 2012)
Adnan Oktar
-
Bədiüzzaman Mehdi ilə əlaqədar heç bir alimin, Əhli Sünnə, Şiə və ya Sünni aliminin vermədiyi dəqiq təfsilatları verib. Bədiüzzaman metafizik, Hz. Xızırla, cinlərlə görüşən, Sünuhat tərzində ilham alan insandır.
(A9 TV; 12 İyun 2012)
Adnan Oktar
-
Müsəlman "Niyə əxlaqsız, şərəfsiz qadınlardan belə pis sözlər gəlir, niyə şərəfsiz, pozğun kişilərdən belə sözlər gəlir?" deyə heyfislənməməlidir. Əksinə bunu nemət bilməlidir. Nemət bilməlidir ki, savabı artsın. Buna görə də MÜSƏLMAN HADİSƏLƏRDƏN QAÇMAZ, HADİSƏLƏRİN İÇİNDƏ OLMALIDIR Kİ, ONLARIN O SÖZLƏRİ MÜSƏLMANA DEYİLSİN, MÜSƏLMAN DA SAVAB QAZANSIN.
(A9 TV; 12 İyun 2012)
Adnan Oktar
-
Mənfi xarakterli kişilər və qadınlar Müsəlmanlara çirkin sözlər söyləyərkən Müsəlman durduğu yerdə savab qazanar.
(A9 TV; 12 İyun 2012)
Adnan Oktar
-
Əslində Müsəlmanların əleyhinə danışanlar Müsəlmanlara savab gətirirlər. Allah belə sistem qurmuşdur. Durduğu yerdə Müsəlman onlardan savab qazanır.
(A9 TV; 12 İyun 2012)
Adnan Oktar
-
Mən sənə fətvanı verirəm: Türk İslam Birliyi, İslam Birliyi. Nur kimi fətvadır. KOMMUNİZMƏ ADDIM ATDIRMAZ, BİR QARIŞ DA OLSUN TORPAQ VERMƏRİK. BU FƏTVANI 70 MİLYON VƏTƏNDAŞIMIZ İMZALAYIR.
(A9 TV; 11 İyun 2012)
Adnan Oktar
-
Hədislərə, Qurana görə İsrail o bölgədə qalacaq. Tövratda, Quranda İsrailin hökmü bildirilmişdir.