İşsizlik probleminin aradan qalxması üçün Türkiyənin əkinçilik və heyvandarlığa üstünlük verməsi lazımdır. Əkinçilik və heyvandarlığa prioritet verilsə əlavə sahələri ilə birlikdə milyonlarla insan üçün iş sahəsi yaranar.
Millətimizin Atatürkə sevgisi ağıllı, etidallı və dərin sevgidir. Atatürk Quran müsəlmanıdır, keyfiyyətdən, incəsənətdən xoşlanan insandır.
Süleyman məscidi yenidən inşa edildiyi zaman, ilk daşı hz. Mehdi qoyacaq.
Heyvanlara cəza verərək yetişdirmək çox qorxunc üsuldur. Heyvanların yetişdirilməsi mükafata əsaslanmalıdır.
Mömin imtahan olduğunu bilməsinə baxmayaraq, çətinlik anlarında həyəcan yaşaya bilər. Bu həyəcana baxmayaraq təvəkkül edər.
Mehdiyyətin iki əsas mövzusu var: İctimai ədalət və sevgi. Dünyadakı bütün problemləri sevgi ilə aradan qaldıracaq olan mehdiyyətdir.
İngiltərə dərin dövlətinin agentlərinin və tərəfdarlarının fəaliyyətlərinə qarşı çox diqqətli olmaq əhəmiyyətlidir.
Dostcasına və qardaşcasına yanaşılsa fələstinlilər və israillilər arasındakı problemlər də həll olar. Birlikdə rifah içində yaşaya bilərlər.
Quran şəfqətlə, ağılla, incəsənətlə, gözəlliklə İslamı hakim etməkdən bəhs edər, pisliyə pisliklə, zülmə zülmlə qarşılıq vermək doğru olmaz.
Münafiq özünü namuslu, ağlı başında, İslam üçün yaşayan insan kimi göstərməyə çalışar, lakin əslində şeytani şəriətə tabe olar. Münafiqin şəriətində Quranın 95%-i yoxdur, lakin müsəlman olduğunu və öz aləmində Qurana tabe olduğunu iddia edər. Münafiq Allahın ayələrini kefi istədiyi kimi şərh edər, Allah üçün deyil, kefi üçün gəzər, haram yeyib-içər, şeytani və dəlisov şəriətini tətbiq edər.
Münafiqin bütün ibadətləri xəyalidir. Münafiq namaz da qılmaz, dəstəmaz da almaz. Xəyali olaraq namaz qıldığını izah edər.
İman edən insan İslama xidməti nemət olaraq görər, münafiq isə İslama xidmət etmək istəməz, öz şeytani şəriətini tətbiq edər. Münafiqlərin şəriətində yalnız yaşamaq, xəsis olmaq, məsuliyyətsiz olmaq, boş və məqsədsiz yaşamaq, hər cür əxlaqsızlıq, yalan danışmaq sərbəstdir.
Münafiqin şeytani din anlayışında, Allah üçün səy göstərmək, dini yaymaq, müsəlmanlarla birlikdə yaşamaq yoxdur.
İnsanların bir-birindən həm şəxsiyyət, həm də xarici görünüş olaraq bu qədər fərqli olması Allahın yaratma sənətidir.
Dəccaliyyətin mənfi fəaliyyətlərini biz, müsbət fəaliyyətlərimizlə, sevgi ilə pozuruq.
Qadınlar azad olmadığı zaman bu onların yaddaşına, danışığına, gözəlliyinə təsir edər, qadın azad olduğu zaman yaradıcı gücü ortaya çıxar. Qadınlar mehdiyyət dövründə tam azad olacaqlar. Peyğəmbərimiz (s.ə.v) də hədislərində qadın azadlığına diqqət çəkmişdir.
Yaxşı qidalanma məsələsinin dövlət siyasəti olaraq ələ alınması lazımdır ki, gənclərin həm fiziki, həm də zehni inkişafı yaxşı olsun.
İnsan Allahın ruhu ilə birlikdə olduğunu bilməsə, halal və harama diqqət yetirməsə, Allah qorxusunu və Allah sevgisini bilməsə hər şeyi meta (maddə) kimi görər.
Darvinist düşüncə insanı maddiləşdirər, insana Allahın ruhunu daşıyan varlıq olaraq baxmaz, buna görə də, dəyərsiz görər.
Allahı sevmədən, Allaha təslim olmadan insan rahat ola bilməz. Allahı tərk edən insan ağır sıxıntıya düçar olar, depressiya içində yaşayar. Bütün ruhi xəstəliklərin təməlində Allahı tərk etmək var. İnsan Allahı unutsa ruhu və vücudu şikəst qalar.
Allah insanın ağlından heç vaxt çıxmaz, hər şeyi yaradan Odur, bütün gözəlliklərin sahibi Allahdır, bütün gözəllikləri sevdirən də Allahdır.