İsraillilər gözəl insanlardır. Hahamlar çox nəzakətli, sevgi dolu insanlardır. Lazımsız təbliğatla qəzəb meydana gətirilir. Nur kimi insanlardır. Heyrətamiz dərəcədə dindardırlar, Allahdan heyrət doğuran dərəcədə qorxurlar, Allahı çox sevirlər. Süni nifrət hakimdir. Cinayət işləyən ayrı, ona nə deyirsən de, amma məzlumundan nə istəyirsən?
İslam pul qarşılığında təbliğ edilməz, haramdır. Bu müsəlman üçün çirkin və xoşagəlməz davranışdır. Allah ayədə, “sizdən mükafat istəməyənlərə tabe olun” deyir. Ayənin hökmü çox aydındır, bu mövzuda onlarla ayə var. İslamı təbliğ etdikdə mükafat istənilməz.
(A9 TV; 10 iyul 2015)
Adnan Oktar
-
Bölünmə riskinin nə olduğunu bilirsən? İnsanların tək-tək ölməsi deməkdir, ailələrin yox olması deməkdir, İslamın yox olması deməkdir, İslam Birliyinin mümkün olmayan hala gəlməsi deməkdir. Buna heç vaxt icazə vermərik.
(A9 TV; 10 iyul 2015)
Adnan Oktar
-
Darvinizm nə deyir bilirsən? Tövrat, İncil, Quran haqq kitablar deyil, Quran doğru söyləmir deyir. Peyğəmbərlər yoxdur deyir. Axirət, cənnət, cəhənnəm və mələklər yoxdur deyir. Darvinizmin anlatmaq istədiyi budur. Sən bu inkar fəlsəfəsini məktəblərdə dərs kimi öyrətsən, cavabını verməsən hər cür fəlakətə qapı açılar.
(A9 TV; 9 iyul 2015)
Adnan Oktar
-
Osmanlı imperiyasının süqut etməsinin əsil səbəbi darvinizmdir. Əbdülhəmidin dövründə bütün məktəblərdə darvinizm öyrədilirdi.
(A9 TV; 9 iyul 2015)
Adnan Oktar
-
Çin, hansı amerikalıya uyğur türklərinə davrandığı kimi davrana bilər? Bunu qətiyyən edə bilməzlər. Bu ədəbsizlikdən, vicdansızlıqdan əl çəksinlər. Uyğur türklərinə, ingilislərə, amerikalılara, hollandlara necə davranırlarsa, eynilə o cür davranmalıdırlar. Ölçü budur.
(A9 TV; 9 iyul 2015)
Adnan Oktar
-
Çinin uyğur türklərinə bu qədər hiddətlənməsinə ehtiyac yoxdur. Onları bu qədər hiddətlənməsi insanlarda dəhşətə və təşvişə səbəb olur. Yaxalarından əl çəkin, normal yaşasınlar. Amerikalılara, fransızlara necə hörmət edirsinizsə, uyğurlara da o cür hörmət edin.
(A9 TV; 9 iyul 2015)
Adnan Oktar
-
Yəhudilər ayrıdır, Yəhud qövmü vardır. Tövratda da keçər onlar; “Yəhudlar”. Yəhudilərdən fərqli qövmdür. Müşrik qövmdür və onların bir hissəsi keçmişdə mömin yəhudilərə baş bəlası olmuşdur.
(A9 TV; 8 iyul 2015)
Adnan Oktar
-
Cinayət törədənləri sərbəst buraxmaq olmaz. PKK-lılar; əsgərləri, polisləri vuracaq, şəhid edəcək; sonra isə onları sərbəst burax deyəcəksən. O zaman cinayət törətmək sərbəst olmuş olar. Belə şey olmaz.
(A9 TV; 8 iyul 2015)
Adnan Oktar
-
Yəhudilər, müsəlmanları mömin qəbul edərlər, iman əhli olaraq görərlər. Nuh nəsli olaraq görürlər. Biz də hz. Məhəmməd (s.ə.v)-i peyğəmbər olaraq qəbul etdikdən sonra, bütün yəhudiləri mömin qəbul edirik. Tövratda bildirilən namazı qılır, Tövratda bildirildiyi kimi zəkat verirsə mömindir. Hz. Məhəmməd (s.ə.v)-i də peyğəmbər olaraq görürsə, tamamdır.
(A9 TV; 8 iyul 2015)
Adnan Oktar
-
HDP adlı partiya yoxdur. Çünki HDP-nin bünövrəsi və ideologiyası yoxdur. İdeologiyası nədir? Marksizm deyil, kommunizm deyil, millətçilik deyil. Tək ideologiyası var ki, bu da qorxudur. Yəni bünövrəsi qorxudur. Xalq qorxudan gedib HDP-yə səs verir, məsələ budur.
(A9 TV; 8 iyul 2015)
Adnan Oktar
-
"Öcalana azadlıq" nə deməkdir bilirsən? "Cinayət sərbəst" deməkdir. "Qatil olmağın cəzası yoxdur. Əsgər şəhid etmənin, polis şəhid etmənin cəzası yoxdur”. Bu mənaya gəlir. Bu PKK-nın fəaliyyətini qanuniləşdirmə cəhdidir.
(A9 TV; 8 iyul 2015)
Adnan Oktar
-
AKP-in diqqət yetirəcəyi şey budur: Bizim millətimiz mənəviyyatına bağlı millətdir. Əvvəla bölünmənin olmasını istəmirik. İkincisi də; PKK bəlasından qurtulmaq istəyirik.
(A9 TV; 7 iyul 2015)
Adnan Oktar
-
PKK-nın başa düşəcəyi dil həmişə alçaltmadır. Əxlaqsız hərəkətlərini vurğulamaq, pis əməllərini dünyaya çatdırmaqdır. Bu ABŞ-ın bütün planlarını alt-üst edən bir sistemdir.
(A9 TV; 7 iyul 2015)
Adnan Oktar
-
Şirk ruhu özü ilə qorxaqlıq gətirər. Bunu anlamırlar. Allah; “qəlblərinə qorxu salacağam” deyir. Həqiqətən də qəlblərinə qorxu salır; qorxurlar, güzəştə gedirlər bu dəfə.
(A9 TV; 7 iyul 2015)
Adnan Oktar
-
İslam aləmi hal-hazırda xurafatlardan ötrü sürünür, məhv olmuş vəziyyətdədir. Qatı dinçilik özü ilə qorxaqlıq da gətirir. Bu zaman insanlar səhabələr kimi cəsur və igid olmurlar.
(A9 TV; 7 iyul 2015)
Adnan Oktar
-
Allah nə deyirsə, Peyğəmbərimiz (s.ə.v) nə deyirsə, səhabələr nə deyirsə o edilsin. Peyğəmbərimiz (s.ə.v)-in dövründə məzhəblər vardı? Hənəfi, Hənbəli, Maliki, Şafi, Şiəlik, Vəhhabilik vardı? Yox idi. Allahın bəla verməməyi üçün, Allahın xalis və həqiqi dininə, Qurana dönülməlidir.
(A9 TV; 7 iyul 2015)
Adnan Oktar
-
Anadolu insanının tərtəmiz şəxsiyyətinin qorunub saxlanılması mühüm məsələdir. Bunu yazıçılar, jurnalistlər də dilə gətirməlidir. Hətta lazım olsa, hökumət qoruyucu tədbirlər görməlidir.
(A9 TV; 7 iyul 2015)
Adnan Oktar
-
Anadolu xalqı çox təmiz xalqdır, çox sadə xalqdır. Sən onlara hörmətlə, ədəblə davranmalı, onların adət-ənənələrinə hörmətlə yanaşmalısan. Anadolu xalqının özünəməxsus əxlaqı var, bu gözəl əxlaqa əl vurma, qoy tərtəmiz qalsın.
(A9 TV; 7 iyul 2015)
Adnan Oktar
-
Dəccalın təkcə bir xüsusiyyəti var, insanlara Allahın varlığını inkar etdirməsidir. Mehdiyyət də dəccalın təxribatını ortadan qaldıran gücə deyilir.
(A9 TV; 6 iyul 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) Dəccalı təsvir edərkən; "bütün dünyaya Allahın varlığını inkar etdirəcək" deyir. Hal-hazırda inkar etdirdi, insanlar darvinizmdən ötrü Allahı inkar edir. Deməli, dəccal gəlmişdir. O zaman mehdiyyətin buna qarşı öz kəskin mövqeyini göstərdiyini də görməlisən. Dəccal varsa Mehdi susmaz. Onun başını elmlə, irfanla əzər.