İslam olacaq, Türk-İslam Birliyi olacaq. Bunu Amerika da istəyir, İsrail də istəyir. Başqa cür onsuz da dünya rahat olmaz. Dünyanın hüzuru üçün bu şərtdir.
Türkiyə yalnız böyüyəcək və dünyanın ən böyük dövləti, ən böyük milləti olacaq.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
Terrora qarşı mübarizə edən hər məmur, hər əsgər bizim mənəvi məsuliyyətimiz altındadır. Namus üçün, din üçün, Allah üçün, Kitab üçün canını ortaya qoyur. Biz də onlara malımızla, sevgimizlə, hörmətimizlə dəstək verməliyik. Əksi vicdansızlıqdır.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
Polisimizin əhvalını yüksəldəcək şəkildə hərəkət etmək, onlara dua etmək, şəfqət göstərmək çox gözəl olar.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
Madam polisə zidd olan insanlar var, biz də sevgi ilə, maddi dəstəklə polisimizə kömək edək. Millət olaraq dəstəkləyək. Onun üçün hər yerdə bir şəfqət dəstəyi, sevgi dəstəyi lazımdır və kiçik maddi dəstəklərin də böyük mənası var. Bir "Polisə sevgi kampaniyası" "Polisə məhəbbət kampaniyası" ola bilər.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
Polislər xalqımızdan hər yerdə şəfqət görsün, hər yerdə sevgi görsün. Dinini, imanını, namusunu, həyatını qoruyur, həyatını fəda edərək qoruyur. Allah rizası üçün canını verir, sırf qarşıdurmaya girir, canını ortaya qoyur.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
Polisimizi çox işlətmək olmaz. Yorğun düşməsinlər; diqqəti dağılar, gücü gedər, sağlamlığı pozular. İşçilər, məmurlar nə qədər işləyirlərsə o qədər işləsinlər.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
Polislərimiz necə bizləri qoruyursa, bizlər də onları qorumaq məcburiyyətindəyik. Onlara şəfqət göstərmək məcburiyyətindəyik.
(A9 TV; 12 dekabr 2012)
Adnan Oktar
-
İsrailin edəcəyi, Şilohu axtarmaq, yəni Mehdi (ə.s)-ı axtarmaq, gəlişi üçün dua etməkdir. O zaman Qızıl Dövrü, o xoşbəxtlik dövrünü bütün bərəkəti ilə, gözəlliyi ilə, bütün ehtişamı ilə yaşayacaqlar, inşaAllah. Əgər bunu etməsələr, Tövrata qarşı çıxmış olarlar.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Peşmanlıq tövbə etməkdir. Peşman olub doğrusunu, yaxşısını etməkdir.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Sevgisizlikdən, çətinlikdən, kədərdən xərçəng olurlar, xora olurlar. Min bir müxtəlif xəstəlik yaranır, ruhi xəstəliklər inkişaf edir. Xalqın böyük bir hissəsi― 70-80 %-i əsəb dərmanları istifadə edir. Halbuki, sevgi hakim olsa heç bir şeyə ehtiyac yoxdur. O əsəb dərmanlarının heç birinə ehtiyac qalmaz. Sevgisizlik insan bədəninin qaldıra biləcəyi bir şey deyil.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Sevgi bölgəyə hakim olsa əla olacaq. İnsanların ömrü də uzanar sevgidə. Sevincləri də artar, sağlamlıqları, səhhətləri də artar.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Orta şərqdə şiə-sünni ayrı-seçkiliyinin ortadan qaldırılıb, şiələrlə sünnilərin qucaqlaşması lazımdır. Mehdiyyəti gündəmə gətirib İslam Birliyini yaratmaq lazımdır. Yoxsa bölgə cənnət kimidir. İraq, Suriya hamısı tarixi məkanlardır, bitki örtüyü çox gözəldir, amma sevgi, dostluq dövrəyə girmədiyi üçün cəhənnəm kimidir ortalıq.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Peyğəmbərlərə məxsus bir xüsusiyyət, hamısı igid olur. Peyğəmbərlər qorxmazlar. Möminlərin də bu şəkildə olması lazımdır. Allahdan başqa heç kimdən qorxmayacaqlar.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) çox nurlu idi, işıq saçırdı sanki ətrafa. Mehdi (ə.s) da elədir, nurludur. Onun izah etdiyi həqiqətlər, məsələn, Darvinizmi, materializmi çökdürməsi, Quran möcüzələrini, iman həqiqətlərini izah etməsi nur saçmaqdır.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Hüzur və güvən İslam Birliyi ilə, Mehdiyyətlədir. Sevginin hər tərəfi bürüməsi, sülhün hər tərəfi örtməsi, döyüşlərin dayanması, silah emalının dayanması Mehdiyyətlə olacaq. Silah fabriklərinin sənayeyə yönəlməsi radio, televiziya, soyuducu, avtomobil sahəsində ola bilər. Tank almaq əvəzinə kasıb-füqəraya avtomobil al. Hava topunu soyuducu et. Mina hazırlamaq əvəzinə gözəl yeməklər hazırla.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Bütün dünyada sıx olaraq anti-Darvinist, anti-materialist bir fəaliyyət göstərilməlidir. O zaman gənclərin imanının üstündəki o şeytani gənə onların imanını sormaqdan imtina edər. Vampir kimi üstlərinə yapışmış Darvinizm, materializmdir. O dərddən bir xilas olsalar, başları beyinləri bir rahatlayar. İslam Birliyini istəməyə başlayarlar. Mehdiyyətə qarşı könüllərində böyük bir eşq, böyük bir məhəbbət inkişaf edər.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) üçün vaxt qiymətlidir, hər anı qiymətlidir. Ümmətin faydası üçün, ümmətin mənfəəti üçün dəqiqəni, saniyəni belə diqqətli istifadə edir. Onun üçün elə boşa zaman istifadə edənlər, boşa vaxt xərcləyənlər peyğəmbərimiz (s.ə.v)-i narahat edir.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Vaxtı yetərincə qiymətləndirmək əhəmiyyətlidir. İnsanların çətinliklərindən biri də boş sözə vaxt sərf etmələridir, bu vaxtlarını çox alar. Halbuki, bu qiymətli həyatın qızıl kimi vaxtını amansız şəkildə sərf etməkdir. Olmaz.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
İslam Birliyi içərisində təbii ki, kürdlər də, lazlar da, çərkəzlər də hər insan qövmü, hər insan birliyi hüzur içində olacaq, amma biz Türkiyənin içərisində əridik. Türkiyənin içərisində qardaş olduq. Adın nədir deyiləndə, "Biz Türkük" deyirik. Bu qədər. Məmnunuq.
(A9 TV; 11 dekabr 2012)
Adnan Oktar
-
Kürd onsuz da mənim qardaşım, mənim parçamdır. Laz da mənim qardaşım, parçamdır. Hamısı bu millətin insanlarıdır. Biz qohumuq, bağlıyıq, ailəyik onlarla. Buna görə onların saçının bir telinə zərər verdirmərik.