İslam dini vəhşilik dini kimi göstərilir. Ona görə bu antipatiya meydana gəlir. Deyirlər ki, "İslamofobiya"dır. Dəhşətə fobiya vardır, vəhşilikdən qorxur insanlar. Bir vəhşilik sistemindən bəhs edirsən, İslam deyə tanıdırsan. Vəhşiliyin adını İslam qoymusan. İslam dinində şəfqət, mərhəmət, sevgi, sənət, estetika, elm, gözəllik hər şey vardır.
Müsəlmanlar sənətə, musiqiyə, qadınların dekolte geyinməsinə qarşı çıxdıqlarına görə, avropalılar da artıq bunlardan bezir. Heykələ, portretə, musiqiyə, əyləncəyə, qadınların gülməsinə, küçəyə çıxmasına, dekolte geyinməsinə, kişinin saqqalını kəsməsinə qarşı çıxırlar və verdikləri cəzalar da həmişə ölümdür.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Türkiyə müasir bir ölkə olduğunu yaxşı şəkildə vurğulamalıdır. Qadın hüquqlarını olduqca yaxşı şəkildə qoruyan, sənəti, gözəlliyi, estetikanı, elmi müdafiə edən demokratik bir ölkə olduğumuzun yaxşı şəkildə vurğulanması lazımdır. Qatı dinçiliyə meyilli bir ölkə şəkli meydana gəldi. Bunu tamamilə aradan qaldırmalıyıq.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Dövlət Şeş TV-ni nağara-zurna havasının yayımlandığı bir kanala yox, kommunizmin, darvinizmin etibarsızlığını, Stalinizmin vəhşiliyini izah edəcəyimiz televiziya proqramlarının yayımlandığı bir kanala çevirsin. Bu çox vacibdir.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Bizim Cənub-Şərq bölgəsində evbəev, küçəbəküçə gəzib anti-kommunist, anti materialist təbliğat aparmağımız mümkün deyil, amma Şeş TV vasitəsilə bu çox asanlıqla edilə bilər.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Hal-hazırda PKK bir sahə tədqiqatı aparır. Çünki bunların izahat verməsi, təbliğat aparması üçün sakit bir mühitə ehtiyac vardır. Polis, jandarma müdaxilə etməməlidir. Adamlar çayxanalarda, küçələrdə, dağlarda, daşlarda siyasi təbliğat, kommunizm təbliğatı aparırlar.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Təkcə PKK var, tək bir rəhbərlik var; Abdullah Öcalanın rəhbərliyi var, bu qədər. "Silahı yerə qoyacaqlar", "dağdan enəcəklər", bunlar xalqı səhv məlumatlandırıb vaxt qazanmaq üçün deyilən sözlərdir. Həmin müddətdə PKK inkişaf edir. Məsələn, vilayətdə hakimiyyəti ələ keçirir, məhkəmələr yaradır, vəzifələrə icra hakimi təyin edir.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Həbsxanada on minlərlə əsgərimizi, polisimizi şəhid edən qatillər vardır, bunların sərbəst buraxılmasından söhbət gedə bilməz. Onda cinayət törətməyin sərbəst olması başa düşülər. Onda Türkiyə darmadağın olar, Allah qorusun.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Dövlət bizə TRT 6 və ŞEŞ TV kanallarını açmalıdır. Biz konfrans keçirməklə nəhəng Cənub-Şərq bölgəsini, Anadolunu xəbərdar edə bilmərik. Dövlətin professorları, dosentləri var. Biz məlumatı verək, onlar da çıxıb izah etsinlər. Bunun başqa yolu yoxdur.
(A9 TV; 1 dekabr 2014)
Adnan Oktar
-
Yaxın Şərqlini Yaxın Şərqlinin əliylə məhv edib İslamı, müsəlmanları öz yerlərində yox etmək istəyirlər. PKK da namərd, alçaq, murdar bir təşkilat olduğu üçün ən uyğun olaraq bunları gördülər.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Dəccaliyyət Türkiyədə bir dəccal sistemi qurub, bütün Yaxın Şərqi, dəccalaşdırdığı insanların əli ilə məhv etməyi düşünür. Bu müddət ərzində Amerika əsgərini, Avropa əsgərini istifadə etmək istəmir. Kommunistləşdirdiyi Yaxın Şərq xalqlarını öz insanlarına qarşı istifadə etmək istəyir.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Cümhuriyyət hökumətini və dövləti dağıtmağa çalışan bir sistem var; PKK-nın xüsusiyyəti budur. Məqsədin məlumdur; dövləti dağıtmaq. Onun yerinə kommunist bir dövlət yaratmaq. Cənub-Şərq bölgəsini parçalamaq, qalan yerləri də işğal etmək. Abdullah Öcalanın düşüncəsi Marksist, Leninist, Stalinist bir düşüncədir.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Bütün millətlər sevilərsə, hər millət rahatlıq tapar. Amma mən bir millətə zülm edəcəyəm desən, bütün millətlərin üzərinə zülmün qapısı açılar, olmaz belə şey. Sevirsənsə hamını sevərsən, sevmirsənsə heç kəsi sevməzsən.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Türkiyədə İsrailə verilən qarşılıq, nifrət 80%-ə çatmışdır. Dəhşətli bir göstəricidir. Bu dərhal düzəldilməlidir. Siyasətçilərimizin də bu mövzuda mülayim, gözəl, sevgi dolu çıxışları çox faydalı olar. Digər ölkələri sevən bir millət olmalıyıq. Əksi bizə yaraşmaz.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Türkiyədə digər ölkələr, digər millətlər az sevilir. Sən Allahın digər qullarını sevmirsənsə, onda Türkiyəni də sevməzsən. Səmimi ol. Suriyalını, ərəbi, yunanlını, rusu, iranlını, avropalını, amerikalını sev. Hamısı Allahın quludur, rəngarəng nə gözəl. Allah onu bir nemət olaraq yaratmışdır.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Dünyəvilik dini susdurmaq deyildir. Dinin istifadə edilməsi də deyil. Dinin səmimi şəkildə yaşanmasıdır. Bir siyasətçi içindən gəldiyi kimi Allah haqqında danışmaq istəyirsə danışsın, dindən danışmaq istəyirsə danışsın.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Sən Allahı sevsən, sevdiyin görüntü də sonsuza qədər yox olmaz. Heç bir varlıq yox olmaz. Mövcud olan bir şey bir dəfə yarandısa, artıq bir daha yox olmaz. Mümkün deyil, texniki baxımdan da mümkün deyil.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
Gözəlliyi göstərən Allah, bir görüntü olaraq göstərir. Bütün hamısı Allaha aiddir, sevdirən Allahdır, göstərən də Allahdır. Bütün sevgini Allaha yönəlt. Allahı sevmir amma insanı sevir, ondan sonra da "vay yandım" deyə başlayır.
(A9 TV; 30 noyabr 2014)
Adnan Oktar
-
CHP Atatürkün anlayışını mənimsəsin. CHP Atatürkün sevgi, dostluq, qardaşlıq, birlik anlayışı, Türk-İslam Birliyi, İslam Birliyi anlayışı, Türk dünyasının birləşməsi anlayışı, Qurana sevgi anlayışı, qadına və sənətə baxışını yaxşı şəkildə mənimsəsin. Əgər bu olsa, CHP-nin səy göstərməsinə ehtiyac qalmaz, onsuz da millət dərhal onu bağrına basar.
(A9 TV; 29 noyabr 2014)
Adnan Oktar
-
Rusiya-Türkiyə əvvəldən bəri dostdurlar, bundan sonra da dost olaraq qalacaqlar. Qarşılıqlı sevgimiz çox güclüdür. Bundan ötrü də ticarət əlaqələrimizin güclü olduğunu güman edirəm. Amma ticarət bizim üçün ikinci yerdə gəlir. Sevgi, dostluq, qardaşlıq və qarşılıqlı etibar ən əhəmiyyətli mövzulardır.