İslam Birliyi olunca kürd olan qardaşlarımızın olduğu bölgələr təbii ki, çox azad, dinc olacaq. Onlara misli görünməmiş bir azadlıq, mədəniyyət, rahatlıq və gözəllik təqdim edəcək İslam Birliyidir.
Hörmətli baş nazirimiz mənim gördüyüm səmimi qənaətimlə respublika tarixinin ən yaxşı baş naziridir.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Təhqirdə mütləq məhkəməyə verib hüquqi qarşılığını vermək lazımdır ki, etdiyinin səhv olduğunu görsün. Nəzakətli danışmağın lazımlılığını daha yaxşı anlayar o zaman.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
İnsanların dininə, imanına, müqəddəsatına çirkin hərəkət sənətmi olar? İnsanları narahat etmək, insanları kədərləndirməyə çalışmaq, əsəbləşdirməyə çalışmaq, narahat etmək sənətdirmi? Bu tərbiyə nöqsanlığıdır, mədəniyyət nöqsanlığıdır, ədəb nöqsanlığıdır. Belə sənət olmaz.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Bütün məsələ dostluqda və sevgidədir. Düşmənçiliklərin qalxması, bu da ancaq Mehdiyyətlə olar. Ancaq Kral Məsihin gəlişi ilə olar. Bunun üçün Allaha yalvarmaq və dua etmək lazımdır.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Sarsıntılar, bağlanmalar, sıxılmalar fəlakət gətirər. Müstəqilliyin, azadlığın olması, inkişafı bərəkət gətirər.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Faiz həm yəhudilikdə haramdır, həm müsəlmanlıqda. Yəni Rəhmani, İbrahimi dinlərdə faiz həmişə haram qılınmışdır.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Keyfiyyət insanın içini açar. İnsanın çox xoşuna gələr. Yəni keyfiyyət həyatın ən əhəmiyyətli bəzəklərindəndir. Keyfiyyət itsə, insan içinə qapanar.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Peyğəmbər əfəndimiz (s.ə.v) çox keyfiyyətli bir insan idi. Dişləri tərtəmiz idi. Məsələn, bu bir keyfiyyətdir. Qoxusu xoş ətirlidir. Ən keyfiyyətli ətiri istifadə edir. Ən keyfiyyətli paltarı geyinir həmin dövr üçün. Xitabı son dərəcə keyfiyyətli, seçdiyi cümlələr son dərəcə keyfiyyətlidir. Yerişi çox keyfiyyətlidir. Oturması, qalxması çox keyfiyyətlidir. Yemək yeməsi çox keyfiyyətlidir. Hər yerdə keyfiyyət hakimiyyəti var.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Şübhəsiz İslam Birliyini istəyin. Nə çəkinirsiniz? Şübhəsiz Mehdiyyəti müdafiə edin. Mehdiyətdən çəkinsəniz adam batil bir ideal çıxardır, adamlar batil bir ideal çıxardıb onun arxasına qaçırlar o zaman. Sən haqq bir ideal, haqq olan bir ideal ortaya qoy, Mehdiyyəti ortaya qoy, bax gör insanlar necə arxasından gedir.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Kiçik bir nöqtədə əgər bir çirk meydana gəldisə elektrik süpürgəsini üstünə qoysan varını, yoxunu hamısını təmizləyər. Kökdən təmizləyər. İslam Birliyi hər şeyi təmizləyər. İslam Birliyini istəyin. Mehdiyyəti istəyin.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Fanatik insanların çoxu küt olurlar, çox darıxdırıcıdırlar. Fanatiklərin uşaqlarının çoxu müasir yaşayır. Məsələn, qızları həmişə açıq-saçıq geyinər. Bir çoxu da namaz qılmır. Onların dindar yoldaşları çox olmur. Bu keyfiyyətsizlik təzyiqdən olur. Halbuki, keyfiyyətli bir mühit görmüş olsalar, elə anormal bir hərəkət etməzlər.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Sevinc, nəşə, zarafat bir keyfiyyətdir. Xoşsözlü olmaq, rahat olmaq bir keyfiyyətdir. Məsələn, alicənablıq, nəzakətlilik bir keyfiyyətdir.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
İslamı o qədər qarışıq, o qədər çətin göstərirlər ki, yaşanacaq həyatın keyfiyyət anlayışını o qədər əzik, o qədər əksik göstərirlər ki, adama o, haşa, cəhənnəm kimi gəlir. Cənnət kimi bir İslam, cənnət kimi bir mühit göstərsə, cənnət kimi bir üslub istifadə etsə gözəl olar.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Adam "Mən izah edirəm, İslam yayılmır" deyirsə özündə axtarsın səhvi. Keyfiyyət əksikliyi vardır.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
İslamın yayılmasında, insanların İslamı qəbul etməməsində əsas problem keyfiyyətdir. Başqa heç bir şey yoxdur.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
İslamın yayılmamasının tək səbəbi keyfiyyət əksikliyidir. Bir dinsizə də desən ki, "sevgi, mərhəmət, şəfqət, dostluq, yoldaşlıq, demokratiya, xoş niyyət, xoş söhbət olan bir mühit, ictimai ədalət, elmdə, sənətdə, estetikada ən yüksək dərəcədə inkişaf, nə deyirsən?" desən, "Dərhal qəbul edirəm" deyər. İslam budur.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Keyfiyyətin pulla əlaqəsi yoxdur. Yəni ucuz olar, lakin keyfiyyətli olar görünüşü. Yəni bir insanın bir dənə paltarı olar, amma çox keyfiyyətli olar. Keyfiyyəti ehtirasla tətbiq etmək, dayanıqlılıqla onu müdafiə etmək çox əhəmiyyətlidir.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
İslama təzyiq edilir zənn edirlər. İslama təzyiq yoxdur, keyfiyyətsizliyə təzyiq var.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
Keyfiyyətli İslam anlayışı izah edilmiş olsa dünya axınla İslama dönər. Keyfiyyətsiz İslam anlayışı izah edildiyi üçün insanlar İslama qarşı olurlar.
(A9 TV; 7 dekabr 2012)
Adnan Oktar
-
İndi müsəlman aləmi birləşməyə doğru gedir. Küfr aləmi də birləşəcək. Yəni Allaha, dinə inanmayanlar da deyəcəklər: "Bizim də bir liderimiz olsun." Onlar da dəccalı özlərinə lider seçəcəklər, bir dəccal seçəcəklər, amma Mehdiyyət şəfqətlə, mərhəmətlə, sevgi ilə, ağılla, elmlə yaxınlaşdığı üçün dəccalın bir gücü olmayacaq.