İslam Birliyi olana qədər dünyada rahatlıq yoxdur. Allah rahatlıq verməz. Qan axıdan Allahdır. Tufanları göndərən Allahdır, zəlzələləri edən Allahdır. Allaha təslim olunsa, İslam Birliyi olsa, o gün bitər, inşaAllah.
Axirətdə yeni bir yaradılışla yaradacağam, deyir Cənab Allah. Fizika qanunları dəyişir, kimya qanunları dəyişir. Alışdığımız sistemlər dəyişir. Məsələn, bizim normalda qanımız var. Cənnətdə insanın qanı yoxdur. Qanı olmadan yaşayır. Daxili orqanları yoxdur. Daxili orqanı olmadan yaşayır. Fizika qanunları da dəyişir. İşıq qaynağı yox, maddə özündən işıqlıdır.
Cənab Allah müsəlmanları cənnətə, sevgi yurduna, səfa yurduna, hüzur və təhlükəsizlik yurduna alacaq, inşaAllah.
Cənab Allah şəfqətli, mərhəmətlidir. Bizə şəfqəti, mərhəməti öyrədən Allahdır, Allahın mərhəmətini araşdırırlar. Mərhəməti biz Ondan öyrənirik.
Kainatın quruluş məqsədi sevgidir. Cənab Allah peyğəmbərimiz (s.ə.v)-i mükəmməl bir sevgi ilə sevir. Peyğəmbərimiz (s.ə.v) necə sevir Allahı? Aşiqdir. Müsəlman elə olacaq. Hər şeyə, Allahın yaratdığı hər gözəlliyə aşiq olacaq; çiçəyə, böcəyə.
Hər yerdə sevgidən bəhs edilsin. Sevgi, dünyanın quruluş məqsədidir. Cənab Allah sevgi olmasa kainatı yaratmazdı. Sevgi üçün yaradır Cənab Allah.
Mehdi (ə.s)-dan başqa sülhü kimsə təmin edə bilməz. O sevgini kimsə təmin edə bilməz. SEVGİ MÜƏLLİMİ MEHDİ (Ə.S)-DIR. ŞƏFQƏT MÜƏLLİMİ MEHDİ (Ə.S)-DIR.
Mehdi (ə.s) dövründə piramidaların içindəki bütün müqəddəs əmanətlər çıxarılacaq. Gizli olan bütün hissələrinə giriləcək. Altında peyğəmbər məzarları da var. Oralara giriləcək, amma hələ bunlara vaxt var.
Xəstəliyi söyləyirlər, dərmanını söyləmirlər. Yaşanan bu hadisələrin, qarşıdurmaların dərmanı Mehdiyyətdir.
İffət Quranın hamısıdır. Hər cür haram fahişəlikdir, fahişdir. Fahiş iş, fahiş olan şeylər, səhv olan şeylər mənasındadır. Onlar yalnız cinsi əlaqə olaraq götürürlər, xeyr, haram olan hər şey fahişdir. Tövbə etsə tərtəmiz olar, inşaAllah.
Qadın da kişi də səhvindən peşman olub, Allaha tövbə edib imtina etdiyində iffətli olar. Allah ona bir nur və gözəllik verər.
İslam Birliyi böyük bir idealdır. Hamımızın, hər müsəlmanın idealıdır. Orta şərq dövlətlərinin ortaq siyasətidir.
İslam Birliyində rahatlıq vardır, bölünmədə fəlakət vardır.
Hədislərdə bildirildiyinə görə Mehdi (ə.s)-ın elmi hücumları qüvvətli olacaq.
Mehdi (ə.s) dövründə insanlar kədəri unudacaqlar.
Hədisdə bildirildiyinə görə Mehdi tələbələri xəstəlik və kədərlə imtahan verəcəklər. Mehdi (ə.s) çıxınca, Allah xəstəliyi və kədəri onların üzərindən qaldıracaq.
Liderlər, alimlər toplandıqlarında gözəl arzularla qalmasınlar, İslam Birliyini nəticələndirmək əhəmiyyətlidir. Yalnız "birləşək" demək ölü təklif olar. Lidersiz, Mehdi (ə.s)-sız birləşmə olmaz, İslam Birliyi olmaz. Əvvəl liderin olması lazımdır. Allah lideri Mehdi (ə.s) olaraq seçmişdir.
Qardaşlarımızın ürəklərində iman şənliyi var, maşAllah.
Müsəlmanlar da, yəhudilər də Mehdi (ə.s)-ın, yəni Kral Məsih Moşiyahın zühuru üçün eyni duanı edəcəklər. Vaxt tamam, əlamətlər tamamdır. Tezliklə hər yer cənnətə dönəcək Allahın icazəsi ilə. Qeyri-adilik olmasa bu qədər üstündə dayanmazdım. Adım kimi əmin olmasam bu qədər üstündə dayanmazdım.
Fələstin xalqının sülhə dəvət edilməsi Quranla, hədislə olsa bu yumşaldıcı, ürəkləri rahatladan olar. Qan tökənlərə fürsət verməmək üçün Fələstində də, İsraildə də dilin, üslubun yetkin, Quran üslubu, Tövrat üslubu olaraq istifadə edilməsi lazımdır. Əksinə dağıdıcı olar.
Hər yerə Yaradılış Atlası hədiyyə etsin qardaşlarımız. Xüsusilə cənub-şərqdə kafelərə, məscidlərə hər yerə Yaradış Atlasından bir dənə mütləq hədiyyə etsinlər. Çünki kommunist təhlükə əsas oradadır. İmansızlığın əsas problemi Darvinizmdir. Darvinizmi ən güclü yıxan da Yaradılış Atlasıdır.