İslam Birliyi ilə xristianlara da, yəhudilərə də, dinsizlərə də sahib çıxacaqsan. Dünyaya, ədaləti, sülhü, qardaşlığı, sevgini göstərəcəksən. Qanın olmadığı, silahların olmadığı şiddətin, dəhşətin olmadığı bir dünya olduğunu insanlara yaşayaraq inancınla göstərdiyində ən gözəl nəticəni alarsan.
Bir Müsəlman həm İsəvidir, həm yəhudidir, həm İsmayılıdır, həm Nuhidir amma hamısından əvvəl Məhəmmədidir. Siz o biri peyğəmbərləri yox hökmündə görsəniz, Allah qorusun, dindən çıxarsınız. Olmaz elə şey.
Cənub-şərqdəki qardaşlarımıza türkcə öyrətməyib kürdcə öyrətsələr bütün əlaqələrini qoparmış olarlar, Allah əsirgəsin. Çox dəhşətli olar. Böyük bir mədəniyyət ayrılığı olar. Olmaz.
Türk Milləti gözəl bir millət, sadə bir millətdir. Niyə? Təqvasına görə. Ona görə biz millətimizi təqdir edirik. Əxlaqına görə təqdir edirik. İslamı gözəl yaşayır, təmiz yaşayır, vəfalı, gözəl xasiyyətlidir. Əxlaqına görə sevirik biz, genetik üstünlüyünə görə deyil. Genetik üstünlük necə olsun? Bütün insanlar onsuz da bərabərdir.
İrqçilik, Darvinizmin doğurduğu qorxunc bir sistemdir. Ancaq Darvinizmin etibarsızlığı elmi dəlilləriylə ortaya qoyularaq və yaradılış həqiqəti izah edilərək irqçilik bəlasından qurtula bilər.
Milli mənfəət adı altında dünyada qeyri-adi bir eqoistlik hakimdir. Qarşılıqsız dostluq təqdim etmək ancaq mehdiyyətlə mümkün olar.
İslam Birliyinin qurulmasını hədəfləmədikdən sonra Şanxay Birliyinə girməyin heç bir faydası olmaz.
İslam ölkələri ancaq mehdiyyət ruhu ilə birləşsə təsirli olar. Mehdiyyət ruhu olmadan qurulan birliklərdən heç bir nəticə çıxmaz.
İnsanlar haşa "biz Allahdan ağıllıyıq" dedikcə, xilas ola bilməzlər. Allahın göstərdiyi qurtuluş İslam Birliyi və mehdiyyətdir.
Hal-hazırda bir “Öcalanı sevdirmə” modası çıxdı, amma boş yerə çalışırlar. PKK bir cinayət təşkilatıdır, etdikləri də göz qarşısındadır. Bizim millətimiz belə oyunlara gəlməz.
Quranda möminlər üçün ictimai və fiziki şəfa vardır. Bütün ictimai xəstəliklərin şəfası Qurandır.
Biz Qurana görə yaşadığımızda azad oluruq. Fərahlıq və gözəllik Qurana uymaqdır.
Bədiüzzaman Mehdi (ə.s) və tələbələrinə çiçək deyir.
Allaha üsyan, insanları məhv etdi. Bu fəlakətin qalxması üçün Allah sevgisi lazımdır.
İnsanların böyük hissəsi vəhşi kapitalizmin dəli ruhuyla bir-birləriylə var gücü ilə bir rəqabət halındadırlar. Dünyanın hər yerində əzən əzilənə hakimdir. İnsanlar sevgisizlikdən məhv oldular.
Ətrafdakı insanların çıxarılması və bölgədə heç insan olmaması şərtiylə Suriyadakı kimyəvi silah anbarları məhv edilə bilər.
Darvinist- materialist təhsilin zarafatı olmaz. Yəni imanlı gənclik qalmaz. İddiası olan insanlar qalmaz. Olsun, Türkiyə qalar, türk torpaqları qalar, hökumət də qalar, amma imanı olan gənclik qalmazsa və ya çox azalsa heç bir şeyin qiyməti qalmaz.
Darvinist-materialist təhsil imana zərbədir, bunun görülməsi lazımdır.
Mehdiyyət dövründə də taxt olacaq, gözəlliklər olacaq. Mebel gözəl olacaq. Saraylar olacaq, ehtişam olacaq. Mehdiyyətin bir uğuru və bir ehtişamı olacağını Qurandan anlayırıq.
Mehdiyyət dövründə coşğulu sevgilər olacaq. İnsanlar bir-birlərini bağırlarına basacaqlar, sarılacaqlar. Hal-hazırda belə bir sevgi anlayışı çox yoxdur. Amma axırzamanda olacaq.
Möminlərin əməllərində bağışlanma diləmək bir ibadətdir.