İslam aləminin qarşısındakı qüvvənin, yəni dəccaliyyətin nə olduğunu açıqlamadan, İslam Birliyini istəmədən İslam aləminin problemləri həll edilməz.
Hörmətli Kamal Kılıçdaroğlu çox stabil, ağıllı, terrora tamamilə qarşı, hər problemi demokratik üsullarla həll etməyə çalışan təmiz insandır. Hörmətli Kılıçdaroğlu seyid kökündən gələn, olduqca keyfiyyətli Anadolu insanıdır.
Hz. Musanın saqqalı çox sıx və uzun, çiyinləri çox geniş, baxışları çox kəskin idi.
Şəhidlərimizin məqamı çox gözəldir, onlara qibtə edirik. Allah şəhidlərimizin ailələrinə uzun ömür versin.
Quran əksik və yanlış cəhətləri düzəldən kitabdır, özündən əvvəl gələn haqq kitabları təsdiqləyər, lakin onlardakı təhrifi də düzəldər.
Hz. İsa (ə.s) çillidir, gözləri bozdur, çox kəskin baxışlı, çox sevgi doludur. Sakit təbiətli insandır, hər kəsə qarşı çox şəfqətlidir, çox pakdır. Hz. İsa (ə.s) düşünmə gücü çox yüksək olan peyğəmbərdir.
Quranda Tövrat və İncilə isnad var, lakin bəzi müsəlmanlar bunu anlamaq istəmirlər, halbuki İncil və Tövrat oxusalar üfüqləri geniş olar.
Müsəlman, xristian və ya musəvi olan insan peyğəmbərlərdən hər hansı birini inkar etsə bu küfr olar.
Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul edən bir musəviyə “kafir” demək Qurana uyğun olmaz.
Kitab əhli öz şəriətini yaşaya bilər, lakin Peyğəmbərimiz (s.ə.v)-ə öz aləmində yalançı deyən və peyğəmbərliyini qəbul etməyən küfr etmiş olar.
Müsəlmanların Tövrat və İncilin təhrif edilməmiş hissələrini oxumaları və həyata keçirmələri lazımdır. (Maidə surəsi, 44: Şübhəsiz ki, Biz Tövratı, içində hidayət və nur olaraq endirdik.)
İslam aləmini parça-parça edən, Osmanlını yox edən üst ağıl İngiltərə dərin dövlətidir. Bədiüzzaman da bunu əsərlərində söyləmişdir.
Bədiüzzaman da dəccaliyyətin dünya hakimiyyətinə diqqət çəkmişdir. Dəccaliyyəti idarə edənin İngiltərə dərin dövləti olduğu açıq ifadə edilməlidir.
Allah sevgisi özü özlüyündə yaranmaz, zəhmət çəkmək, əziyyət çəkmək lazımdır. Əzablar, çətinliklər olmadan insanda dəlicəsinə sevgi yaranmaz.
Dünya qarışıq yer deyil, hər şeyin səbəbi var. Allah hadisələri yaradarkən tək məqsədi var. Allah Özünü çox sevməyimizi istəyir. Allahın ən mühüm xüsusiyyəti sevməsi və sevilməsidir. Pişiklərin, bəzəklərin, musiqinin, insanların, ağacların yaradılmasının səbəbi həmişə sevgidir. Bütün yaradılışdakı məqsəd insanın Allahı sevməsidir. Sevgi olmazsa insanın ağlı donuqlaşar.
İngilis heyranlığını təlqin etmə məsələsi Əbdülhəmid dövründən bəri bütün Yaxın Şərqdə geniş yayılıb. Bu, İngiltərə dərin dövlətinin yönləndirməsidir.
Türkiyə də, Rusiya da Suriyanın bölünməsinə qarşıdır. Suriyanın ərazi bütövlüyünün qorunması düzgün siyasətdir.
Tövrat və İncil əhlinin Quranı qəbul etməsi əsas şərtdir. Quran əhlinin də Tövrat və İncildəki Qurana uyğun hissələri qəbul etməsi əsas şərtdir.
Allah dinin çətinləşdirilməsini istəmir. Quranın hökmünün kafi olduğunu bildirir.
Tövrat və İncilin etibarsız olan hissələri Quranda bildirilib. Qurana uyğun hissələrinin müsəlmanlar tərəfindən da bilinməsi lazımdır.
Amerika YPG/PYD-yə kameraların gözü qarşısında silah və sursat verir, əksini iddia etmələri həqiqətə uyğun deyil.