İnsanların çoxu uşaqlıqdan etibarən Allah sevgisini heç vaxt gündəmə gətirmədən yaşayar. Bir çox hoca kimi bilinən adamın evində belə "Allahı çox sevirəm" cümləsi heç vaxt istifadə edilmir. Ana sevgisindən, ailə sevgisindən, millət sevgisindən bəhs edir "pişikləri, çiçəkləri sevmək lazımdır" deyirlər amma hamısını verən hər şeyin sahibi olan Allaha olan sevgidən heç bəhs etmirlər. Bu, dəccaliyyətin sehrinin təsiridir. "Allahım Səni çox sevirəm, Sənə aşiqəm" demək heç ağlına gəlmədən yaşamaq dəhşətli vəziyyətdir.
Dürüst insan çox böyük nemətdir. Dürüst insanı tapdığında əsla buraxmamaq lazımdır. Xəstələnsə, əsgərə getsə, işə girsə, başqa şəhərə getsə, evlənsə, o insanı heç vaxt buraxmamaq, dostluğunu pozmamaq lazımdır.
(A9 TV; 10 iyun 2018)
Adnan Oktar
-
Şən, xoş söhbət, azadlığı ön plana salan üslub hər zaman tələb olunar. "Azadlığı ola bildiyi qədər təşviq edirəm, azadlıq İslamın ruhunda vardır. İstər dekolte olsun, istər hicablı olsun hamısı başımızın tacıdır. Kimsə kimsəyə paltarına görə qarışa bilməz" açıqlamaları güvən verici olaraq çox əhəmiyyətlidir. Qatı, sevgisiz, təzyiq göstərən bir ovuc insanın səsinin çox çıxmasına görə xalqın bəzi kütləsində narahatlıq olur. Bu narahatlığı aradan qaldırmaq üçün güvən verən açıqlamalar və fəaliyyətlər etmək çox əhəmiyyətlidir.
(A9 TV; 10 iyun 2018)
Adnan Oktar
-
Qurana uyğun olan hədis etibarlıdır. Qurana uyğun olmayan etibarlı deyil. Hədisləri tamamilə rədd etmək ağla və məntiqə də ziddir, Peyğəmbərimiz heç danışmadı, heç bir şey söyləmədi mənasını verər. Ölçü, hədisin Qurana uyğun olub-olmadığıdır. Axırzaman hədislərinin doğruluğunu isə reallaşmasıyla anlayarıq. Hədisdə verilən məlumat olduğu kimi reallaşarsa, o hədis doğrudur və haqdır.
(A9 TV; 10 iyun 2018)
Adnan Oktar
-
Mehdiyyət dövründə silaha xərclənən pul, silahlar ortadan qalxdığı üçün, tamamilə xalqa xərclənəcək, çox böyük bolluq olacaqdır.
(A9 TV; 10 iyun 2018)
Adnan Oktar
-
Ən əhəmiyyət veriləcək mövzu darvinizmi elmi olaraq çökdürmək olmalıdır. O zaman dinsizliyin və dəccaliyyətin dinini çökdürmüş olarsan və İslamı çökdürməyə çalışanlara ən təsirli cavabı verərsən.
(A9 TV; 9 iyun 2018)
Adnan Oktar
-
Münafiq küfrə gedib küfrü yaşaya bilər. Amma möcüzəvi şəkildə it kimi alçaldılaraq müsəlmanları dağıtmaq, bu səbəbdən İslama zərər vermək üçün məşğul olar. Bu çox təəccüblüdür. Darvinizmlə, PKK ilə, FETÖ ilə, dinsizliklə məşğul olmaz, bunları tamamilə buraxar. Ən başarılı gördüyü müsəlman kimdirsə, bütün vaxtını onları dağıtmağa ayırar. Münafiqlərin bu hücumu da müsəlmanlar üçün müdhiş bərəkət olar. Möminlərin bu vəsiləylə həm sevgiləri artar, həm müəllif gücləri artar, həm də şövqləri artar. Münafiqlərin varlığı möminin nurunu artırar, ömrünü uzadar. Münafiqin üzünü qaraldar, ömrünü azaldar. Möminin gücünü və ona olan sevgisini artırar. Münafiqin yalnız qalmasını və alçaldılmasını təmin edər.
(A9 TV; 9 iyun 2018)
Adnan Oktar
-
İnsan özünün və qarşısındakının Allahın ruhu olduğunu bilərsə və Allahın ruhunu sevdiyini bilərək sevsə, Allah böyük sevgi meydana gətirər. Amma sevdiyini bütləşdirərsə, o büt onu boğar.
(A9 TV; 9 iyun 2018)
Adnan Oktar
-
Münafiqin yaradılması müsəlmanın canlandırılması, ətalətin aradan qalxması üçündür. Münafiqlərin varlığı müsəlmanların qardaşlarına daha çox bağlanmasına, daha çox candan İslamı müdafiəsinə vəsilə olar.
(A9 TV; 9 iyun 2018)
Adnan Oktar
-
Allah ordumuzu müyəssər etsin. Allah aslanlarımızı namərd güllələrdən qorusun. Mələklər, onlarla birlikdə, dəccaliyyətin 40 ili doldu, dəccaliyyətin kökünü qurutsunlar inşaAllah. Türkiyədə və Türkiyənin sərhədlərində cinayət işləyən, terrorist heç bir quruluşu istəmirik.
(A9 TV; 9 iyun 2018)
Adnan Oktar
-
Peyğəmbərimiz dövründə münafiqlər dində daha təqva olmaq iddiasıyla ortaya çıxdılar. Haşa Peyğəmbərimizin dindarlığını öz zəif ağılları ilə yetərli görmürdülər. Münafiq həmişə bu axmaq hərəkətlə ortaya çıxar.
(A9 TV; 8 iyun 2018)
Adnan Oktar
-
İnsanlar mənəvi olaraq öldürülür, müsəlman "mənə nə" deyə bilməz. İran, Səudiyyə Ərəbistanı kimi ölkələr də daxil olmaqla hər yerdə məktəblərdə gənclərə "Allah yoxdur" təhsili verilərkən, deizm, ateizm dayanmadan yayılarkən müsəlman "mənə nə" deyə bilməz. Suriyada, İraqda, Liviyada müsəlman qanı axarkən müsəlman "mənə nə" deyə bilməz. Bu qədər fəlakət varkən, öz işini, evliliyini, həyatını düşünən, həccə getməyi yetərli görən zehniyyət əsla qəbul edilə bilməz.
(A9 TV; 8 iyun 2018)
Adnan Oktar
-
Sevginin insana həddindən çox müsbət təsiri olar. Sevgi insanı dincləşdirər, canlandırar. Sevgini bilən insanın ağlı rahatlayar, yaddaşı güclənər, danışığı axıcı hal alar.
(A9 TV; 8 iyun 2018)
Adnan Oktar
-
Mübahisə, qarşıdurma mədəniyyəti insanın şüurunu bir müddət sonra bağlayar. İnsan ruhunun rahatlamağa, incəsənətə, gözəlliyə, nəşəyə, sevincə ehtiyacı vardır. Gərginliyi azaldan, sevgini təşviq edən sözlər əhəmiyyətlidir. İnsanlar ən çox Allahın sənətini görməkdən zövq alarlar, iman həqiqətlərindən, Allahı sevməkdən güc taparlar. Hər gün yeni düşmənlər icad etmək şüuru dondurur. Bizim yeni düşmənlərə deyil, dostluğa, qardaşlığa ehtiyacımız vardır.
(A9 TV; 8 iyun 2018)
Adnan Oktar
-
Münafiqin bütün məqsədi müsəlmanlara pislik və zərər verməyə çalışmaqdır. Əsla bunda müvəffəqiyyətli ola bilməz. Ölümcül nifrət duyar amma bu nifrəti yalnız özünə zərər verər, münafiqi daxildən çürüdüb bitirər.
(A9 TV; 6 iyun 2018)
Adnan Oktar
-
Şirk insana çox yaxın olduğu üçün çox diqqətli olmaq lazımdır. Allahın gücünü başqasına vermək, məsələn dərmanın şəfa verəcəyini düşünmək şirkdir. Bir hadisənin, bir sözün Allahın idarəsi xaricində reallaşdığını düşünmək şirk olar. Biri pis söz eşidəndə Allahdan kənar olduğunu zənn edərsə bu şirk olar. Hər şey amma hər şey Allahın idarəsində olar, Allahın bilmədiyi heç nə olmaz. Mömin bunu əsla unutmayacaqdır.
(A9 TV; 6 iyun 2018)
Adnan Oktar
-
Mükəmməl təvəkkül tam mənasıyla cənnət olar. Təvəkküllü insan sinirləri olmayan ət olar, tamamilə hüzurlu olar, dünyada cənnəti yaşayar. Allah ayədə, "Allah insanlara zülm etməz, insanlar özlərinə zülm edər" deyə bildirir. İnsanlar özlərinə əziyyət verərək yaşayarlar.
(A9 TV; 6 iyun 2018)
Adnan Oktar
-
Münafiqlər cəhənnəmin ən dibindədir. Münafiqlər o qədər alçaq və xaindir ki, Allah cəhənnəm əhlini belə münafiqlərlə axirətdə danışmasına icazə vermir. Münafiqlər cəhənnəm quyusunun ən dibində sonsuza qədər qalacaqlar.
(A9 TV; 6 iyun 2018)
Adnan Oktar
-
Qadınları ət-sümük kimi görürlər. Qadın Allahın sənətidir. Qadınlar Allahın sənətinin mükəmməl təcəlli etdiyi nəcib, qiymətli, böyük nemətdir. Allahın möhtəşəm təcəllisiylə ünsiyyətdə olduğunu bilib çox dəyər vermək, çox hörmət göstərmək, onlara hər cür yaxşılığı təqdim etmək lazımdır.
(A9 TV; 6 iyun 2018)
Adnan Oktar
-
Cənnətdə dünyaya dair xoşumuza gəlməyən heç bir şeyi, heç bir anı xatırlamarıq. O hissələrdə atlamalar olar, biz atlamalar olduğunu bilmərik. Axirətdə möminlər üçün yalnız nəşə, sevinc, sevgi, xoşbəxtlik vardır.
(A9 TV; 5 iyun 2018)
Adnan Oktar
-
PKK necə ortaya çıxır, bu mövzunu nədənsə heç vaxt danışmırlar. Bir insan PKK-lı olaraq doğulmur, sonradan aldığı təhsillə ölməyə və öldürməyə qərar verir, PKK-lı olur. Buna qarşı, əks təhsil verilsə PKK deyə mövzu olmaz. Darvinist təhsilə son verilsə PKK tamamilə bitər. Çözüm, elmi yoldur.