İnsanların çoxu funksionallığı əsas götürür. Geyim zövqü, keyfiyyət, incəsənət, gözəllik axtarışı demək olar ki, heç olmur. Bu dəhşətli vəziyyətdir. Əksər insan arasında gözəlliyi öldürmə anlayışı yaranmış vəziyyətdədir. Gözəlliyi istəyəni və baxımlı olanı günahkar kimi görürlər, digər tərəfdən gözəlliyi təqdir edəcək, bəyənəcək kəsləri də olmur. Bu zaman inkişaf etmək, yaxşı olmaq, gözəlləşmək üçün heç səy göstərmirlər. Yaxşılıq, gözəllik, incəsənət, sevinc, sevgi, nəciblik həyatlarından çıxdığı zaman isə boğucu, şizofrenik, eqoist və içinə qapalı xarakter yaranır.
Allahı tərk edən insan faciəvi şəkildə sovrular. Allaha çox möhkəm sarılmaq, Allahı heç tərk etməmək lazımdır.
İnsan zəif yaradılmış varlıqdır. Allaha özünü bağlamayan insan pessimist, içinə qapalı, şizofrenik xarakter formalaşdırar.
Sevgiyə duyulan həsrət Quran müsəlmanlığına duyulan həsrətdir. Bu həsrətin çoxalması mehdiyyətin an məsələsi olduğunu göstərir.
Quran ruhunun hər yerə yavaş-yavaş yayıldığını görürük. İnsanların sevgi, qardaşlıq və dostluq axtarışı bu ruhun əlamətidir.
Quran əxlaqına əsaslanan ağıllı sevgi, şəfqət, yetkinlik anlayışının insanlara mənimsədilməsi lazımdır. Bu da ənənəçi izahatla olmaz.
İbadətgahlara hücum etmək Qurana görə haramdır. Məscidlər, sinaqoqlar, kilsələr Allahın qorunmasını əmr etdiyi müqəddəs məkanlardır. İbadət edən insanlara polad qapıları təpikləyərək reaksiya göstərmək qəhrəmanlıq deyil, ağılsızlıq, ədəbsizlikdir. İbadətgaha hörmət göstərilər.
Ərəb düşmənçiliyi də, İsrail düşmənçiliyi də xüsusi təhriklə əldə edilir. Sevgisiz insanların nifrət siyasətinə qarşı səbirli izahat əsas şərtdir.
Ərəb Dövlətləri Liqasının asta, monoton, soyuq üslubu çox yanlışdır. Həll edilməsi lazım olan təcili məsələlər olduğu zaman asta davranmaq çox çirkindir.
Tayyib hocamın Körfəz danışıqları inşaAllah faydalı və təsirli olar, çalışqanlığı və İslam aləmi üçün səyi çox gözəldir.
Masonluq ən azı 10 min illik təriqətdir. Nəmrud da, Firon da mason idi. Axırzamanda masonluq mehdiyyətin xidmətində olacaq.
Xəta etdiyin vaxt, heç bir açıqlama vermədən dürüst şəkildə üzr istəmək keyfiyyətli insan əxlaqıdır.
Quran əxlaqını yaşayan mömin, insanları öz uşağı kimi qorumaqla, dəyər verməklə, sahib çıxmaqla məsuldur. Hamilik sistemi budur.
Biz dünyaya özümüzü tanımaq, özümüzü sevmək üçün gəlirik. Özünü sevməyi öyrənə bilməyən cənnətdən zövq ala bilməz. Allah üçün səbir edən, gözəl əxlaq göstərən insan özünə göstərilən hörmətin haqlı və doğru olduğunu görər. Cənnətdə bundan zövq alar.
Hörmət, səmimiyyətdən uzaq süni davranışlar etmək deyil. Hörmət, dərin sevmək və qorumaq hissidir. Qarşındakını özündən daha çox qorumaqdır.
Vicdanın böyük gücü var. Vicdan səsini dinləməyəni əzər, cəhənnəmi yaşadar. Vicdan özünü dinləyəni isə xoşbəxt edər.
Həqiqi seçilmiş insan Allahı sevən, Allahdan qorxan, incəsənətə, nəzakətə, keyfiyyətə, ədəbə dəyər verən, sevgiylə mərhəmətlə davranan insandır.
Cəmiyyətin qabaqcıl təbəqəsinə təbliğ etmək Quranda bildirilən üsuldur.
Betonlaşmanın dayandırılması mühüm məsələdir. Yaşıllıq, bağlıq, bağçalıq sahələrinin tezliklə genişləndirilməsi lazımdır.
Kommunizmdə din, ailə, əxlaq və dövlət yoxdur. Kommunal cəmiyyət anlayışı vardır. Qol gücü və dəhşət sistemidir, təzyiqə əsaslanar. Kommunizm qol gücü və zorakılıqla ictimai ədaləti təmin etmək iddiasındadır və buna görə mərhəmətsizdir. İslam da isə sevgi ilə ictimai ədalət təmin olunar.
Allah müsəlmanların qurğuşunla qaynaq edilmiş binalar kimi birlikdə olmalarını bildirmişdir. Münafiqlər isə ayrılıb dağılmağı müdafiə edər. Dağılıb ayrılmamaq, birlik olmaq müsəlmanlara fərzdir.