İnsanlar İslama, Allaha, Peyğəmbərə haşa qarşı olurlar, lakin rumiliyi dəstəkləyirlər. Bundakı anormallığı müsəlmanların görməsi lazımdır. İnsanların anladığı Anadolu mövləviliyi deyil, şərabın, homoseksuallığın halal sayıldığı darvinizmin olduğu rumilik fəlsəfəsidir.
Müşrik sistem Allahın nazil etdiyinə görə deyil, atalarından öyrəndiyinə görə hərəkət edər, dini atalarından öyrəndiyi kimi yaşamaq istəyər.
İnsanları itirmək deyil, qazanmaq əhəmiyyətlidir. Səhv edən olsa belə həmişə onu qazanacaq üslub işlətmək, şəfqətlə yanaşmaq lazımdır.
Atatürkün həqiqi dindar şəxsiyyətindən danışmağımız mühüm xidmətlərimizdən biri oldu. Geniş kütlələrdə Atatürk sevgisinin artmasına vəsilə olduq.
Dəccaliyyətə qarşı böyük mübarizə aparırıq. İngiltərə dərin dövləti bütün iyrənc şəbəkələriylə hərəkətə keçdi, ölkəmizi parçalamaq istəyir. İstədikləri planı qursunlar, qətiyyən müvəffəqiyyətli ola bilməyəcəklər. Türkiyəni bölməyi əsla bacara bilməyəcəklər.
Şəffaflaşma İngiltərə dərin dövlətinin müsəlmanları təzyiq altında saxlamaq taktikasıdır. Öz aləmlərində mehdiyyətə bu yolla mane olacaqlarını güman edirlər.
Müsəlmanların Quranda ittifaq etməsi lazımdır, bir-birlərini qorumalıdır, kiminsə başqasını əzməsinə tamaşa etməməkdir.
Rusiyanın tez-tez İngiltərə dərin dövlətinin oyunlarını gündəmə gətirməsi mühüm və gözəl irəliləyişdir.
Türkiyəyə sülh deyə zorla qəbul etdirmək istədikləri model Cənub-Şərqi Anadolu bölgəsini almaq, Öcalanı sərbəst buraxmaq və dövlət başçısı etmək, qatilləri əfv etmək, yaradılacaq kommunist dövlətin pulunu da siz verəcəksiniz modelidir. Bunları I Dünya müharibəsində də təklif etdilər, cavabını aldılar. I Dünya müharibəsində əsgərlərini göndərənlər indi də kiralıq qatillərini göndərir, Türkiyəni parça-parça edəcəyik deyirlər, heç nə ala bilməzlər. Qurtuluş Savaşında yüz minlərlə şəhid verdik, indi 83 milyon şəhid olarıq, lakin vətənimizdən tək bir çınqıl vermərik.
Dərin dövlətlər münafiqlərdən həmişə istifadə edər. Lakin istifadə etdikdən sonra ən alçaq şəkildə bir kənara atar.
Münafiqlərin fərqli dövrləri var. Əvvəlcə möminlər arasında qəzəblə yaşayar, sonra qopar, sonra təcavüzkarlığı artar, sonra da öz içində çökər.
Münafiq müsəlmanların yanına əvvəlcə imkan tapmaq üçün gələr, lakin müsəlmanların imanını və İslamı tanıdıqca möminlərə kini, nifrəti artar.
Müsəlman münafiqlə elmi yolla aslanın sərçə ilə oynaması kimi oynayar. Münafiqin həyatı dünyada da, axirətdə də rüsvayçılıq içindədir.
Müsəlmanın cənnətdəki məqamı münafiqlərlə, şeytanla, nəfslə fikri mübarizə ilə yüksəlir.
Münafiq imansızdır. İmansız olmasına baxmayaraq, İslama xidmət etməsi ona çox böyük əzab verər.
Müsəlmanların nümunə götürəcəyi insan Rəsulullah (s.ə.v)-dir. Rumilik fəlsəfəsi müsəlmanların nümunə götürəcəyi bir model əsla deyil. Anadolu mövləviliyi ilə İngiltərə dərin dövlətinin təlqin etdiyi rumilik tam fərqli iki şeydir. Rumilikdə homoseksuallıq, darvinizm, bir çox azğınlıq var.
Şəffaf cəmiyyət modeli lazımdırsa, əvvəlcə İngiltərə dərin dövlətindən başlasınlar, görək necə olduğunu, niyə Yaxın Şərqdə şəffaflıq şərtdir? Niyə İngiltərə dərin dövlətinin strukturları deyil, məscidlərin, müsəlmanların şəffaflıq adı altında nəzarət altında saxlanılması lazım gəlir? Şəffaflıq ifadəsi adı altında müsəlmanları kiçik hissələrə ayırıb, şüşə qablar içində nəzarət altında saxlamağı qarşılarına məqsəd qoyurlar. Bütün bunların məqsədi öz aləmlərində İslam Birliyinin qarşısını almaq, İslam əxlaqının hakimiyyətini dayandıra bilməkdir. Bunları heç vaxt bacara bilməzlər.
Dövlətin güclü olmasını təmin edən, vətəndaşın hər dəqiqəsini nəzarət altında saxlamaq deyil, keyfiyyətli insan yetişdirməkdir. Təzyiq, güc və zor tətbiqetmə, vətəndaşın ağlına və vicdanına dəyər verməmək, bunu da şəffaflıq adı altında etmək, İngiltərə dərin dövləti təlqinidir.
Əbdülhəmid dövründə Fələstində 36 musəvi yaşayış məntəqəsi yaradılmışdır. Əbdülhəmidin musəvilərə torpaq verməsi yanlış rəftar deyil.
İsrail dövlətinin yaradılmasını planlaşdıran, təşkil edən, nizamlayan dövrün İngiltərəsi olmuşdur. Yaxın Şərq xəritəsini İngiltərə dərin dövləti çəkmişdir.
Dünyada bir çox qəzetə, İngiltərə dərin dövlətinin işçilərini yerləşdiriblər. Beləliklə rumilik və homoseksuallıq təbliğatını rahatlıqla aparırlar.