avatar

Adnan Oktar

İnsan səmimidirsə, onsuz da Quranı da, Quranın hökmünü də başa düşər, Allahı, Quranı, səhabəni sevər, hər kəsi çox sevər. Təvazökarlığı, əxlaqı hər şeyi mükəmməl olar. Bütün məsələ səmimiyyətdədir. Çünki, Allah ilhamla ona səhv olanları hiss etdirər. Doğrunu da görər.
A9 TV; 16 Aprel 2013
avatar

Adnan Oktar

Allah sevgisi, insan sevgisi, şəfqət mərhəmət olmayanda bir-birini bombalayırlar. Dəccalın əsas xüsusiyyəti qan tökmək, mərhəmətsizlik və şiddətdir. Vampir kimi qan arxasındadırlar. İslam Birliyi ilə, sevgi ilə, mehdiyyətlə bu qan dayanacaq.
A9 TV; 15 Aprel 2013
avatar

Adnan Oktar

Keyfiyyətsizlik, çirk bir məmləkətdə yayılsa orada sənət, elm, estetika, ruh ölər, Allah əsirgəsin. Bu heç də gözəl deyil. Buna görə də gözəlliyi, estetikanı sona qədər axtarmaq, hər yeri gözəlləşdirmək lazımdır.
A9 TV; 15 Aprel 2013
avatar

Adnan Oktar

Həyatı gözəlləşdirmək müsəlmanın vəzifəsidir. Allah bizə dünyanı cənnətə çevirmək üçün vəzifə verir. Bağçaları, insanları, uşaqları gözəlləşdirəcəyik. Evlər, avtomobillər baxımlı olacaq.
A9 TV; 15 Aprel 2013
avatar

Adnan Oktar

Kommunizm, PKK Mehdi (ə.s) olanda məğlub olar, inşaAllah.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

PKK, inşaAllah, marksist düşüncəsindən, kommunistlikdən imtina edər.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

Təhqirə qarşı ən gözəl reaksiya, hüquqla göstərilən reaksiyadır.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

Uşaqların sevinci, şirinliyi, o üzlərindəki təmiz ifadə, günahsızlıqdan qaynaqlanan o nur möhtəşəmdir. Uşaqları seyr etmək böyük nemətdir. Çünki günahsız bir insanla qarşı qarşıya olursan. Sözlə ifadə etmək mümkün deyil, mələk kimidirlər, maşAllah.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

Fələstinli, israillilərin sayı çox azdır. Divarları yıxın dedik, inşaAllah yıxdıracağıq. Allah qoruyar, divarda elə bir güc yoxdur ki, qorusun. Divarı bomba ilə də dağıtmaq olar. Allah qoruyacaq. Allahın şəfqətinə, sevgisinə, mərhəmətinə sığınacaqlar.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

Böyük dünyada hamıya yer var, insanların bu təcavüzkarlığı çox təəccüblüdür. Şeytanın qurduğu oyuna düşürlər.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

İsa Məsih dünyadadır, lakin hələ ki, gizlənir.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın, İsa Məsihin olduğu, Xızır (ə.s)-ın təhlükəsizlik yaratdığı, bir gün Texasa, bir gün Ankaraya, başqa bir gün də Tehrana, Tokioya getdiyi mühitdə insanlar kommunist hekayələrdən bəhs edirlər. Əllərindən heçnə gəlməz. Bütün qüdrət Allahın əlindədir.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

Millət, Allah göstərməsin, dinsiz olsa Türkiyə toz –dumana bürünər. Türk milləti, Türkiyə deyilən heç nə qalmaz. Türkiyəni yaşadan dindir. Din vəsiləsi ilə Allah dəstək olur. Din birləşdirən, qovuşduran, tamamlayandır. Din olmasa ailə də, əxlaq da, dövlət də qalmaz, heç nə olmaz.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

Allah böyük hadisələrlə dünyaya bir şeyi xatırlatmaq istəyir. Hadisələrin hikmətlərini araşdırarkən ən son gəldiyimiz nöqtə yenə Mehdiyyətdir.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

Allaha olan sevgi Onun uğrunda əziyyət, ağrı-acı çəkəndə daha da gözəl olar.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

İman, səhər oyananda ilk qarşılaşdığımız ən böyük həqiqət, həyatımızda da dayanmadan həyəcanını yaşadığımız ən böyük həqiqətdir.
A9 TV; 18 Aprel 2013
avatar

Adnan Oktar

Heç kimin təhqir etmək azadlığı yoxdur.
A9 TV; 17 Aprel 2013
avatar

Adnan Oktar

Təhqir edənə qanuni lazım olan cəza veriləndə bir daha təhqir edə bilmir. Danışığını düzəldir. Deməli, düz danışmağı bilir. Hüququn, qanunların belə tərbiyə edici, gözəl tərəfləri vardır.
A9 TV; 17 Aprel 2013
avatar

Adnan Oktar

Başqalarını təhqir edənlər və buna qarşılıq olaraq məhkəməyə veriləndə buna reaksiya göstərənlər eyni təhqiredici sözlər özlərinə qaytarılanda, bu dəfə də özləri təhqirlərə görə məhkəməyə verirlər. Bu, səmimiyyətsizliklərinin açıq sübutudur.
A9 TV; 17 Aprel 2013
avatar

Adnan Oktar

Hal-hazırda təhqir edənə qanuni hüquqla lazım olan cavab verilir. Əvvəllər isə ağlasığmaz təhqir edirdilər və onların cəzası da verilmirdi. Artıq kiminsə təhqir edə bilməməsi bu hökumətin bir gözəlliyidir.
A9 TV; 17 Aprel 2013
avatar

Adnan Oktar

Bir millət olaraq bizi küfrə, təhqirə öyrəşdirməyə çalışanlar var. Bunu qəbul etmərik. Biz küfr, təhqir istəmirik.
A9 TV; 17 Aprel 2013
PAYLAŞIN
logo
logo
logo
logo
logo