İnsan istəyərək peyğəmbər ola bilməz. Çalışmaqla peyğəmbər olmur. Çalışmaqla mehdi də olmaz. Cəhd göstərməklə, məsələn, biz məktəblər açsaq, təbliğ etsək, cəhd etsək mehdi olmaq istəsək də mehdi ola bilmərik. Dünya səviyyəsində, məsələn, böyük şirkətlər qursaq, mədrəsələr açsaq, kurslar açsaq, Quran kursları açsaq mehdi ola bilmərik. Allahın seçməsi lazımdır.
İnsanlar hiss edər Mehdi (ə.s)-ı amma adını qoya bilməz. Dəccalı da hiss edər, adını qoya bilməz, möminin içində ondan uzaqlaşdıran bir hiss olar.
PKK, Marksist, Leninist, Stalinist hədəfinə çatmadan silahı buraxmaz. Bir kommunist üçün proletar inqilabı olmadan, kommunist inqilab olmadan silah buraxmaq deyilən bir şey yoxdur.
Mehdi (ə.s) sevgi insanıdır. Zülm kilidinin açarıdır, onu həll edər, insanlar o zülm zəncirlərindən xilas olar. Bir siyasi istiqaməti yoxdur Mehdi (ə.s)-ın. Yəni nə baş nazirdir, nə respublika başçısıdır. Sevgi müəllimidir Mehdi (ə.s). Siyasətə girməz, ömrü boyu da girməz.
Allah heç bir zaman üçün buraxılmaz. Heç bir zaman üçün Cənab Allaha qarşı hüsnü-zənndən imtina edilməz.
Dərin iman, ən böyük nemət odur. Təvəkkül və dərin imandır. Çünki Allah insanları bir çox şeylə sınayar. Zaman-zaman əyilib bükülənlər olur, bu çox böyük səhvdir. Allaha hüsnü-zənn heç bir zaman yox edilməz. Allah heç bir zaman mübahisə mövzusu olmaz. Elə bir eşqlə bağlanılar ki, heç bir şəkildə Allaha olan hüsnü-zənn və sevgi buraxılmaz. Bir an da olmaz.
Din ümumi mədəniyyətdir. Adam dinsiz də olsa hər vəziyyətdə dinləri və ideologiyaları bilməsi lazımdır. Müsəlmanlığı da biləcək, xristianlığı da biləcək, yəhudiliyi də biləcək, kommunizmi də bilsin, faşizmi də bilsin.
Mehdi (ə.s)-ın zühur etməsi, İsa Məsih (ə.s)-ın o mübarək nəfəsinin hiss edilməsi lazımdır. Mütləq müsəlmanların başına mənəvi bir lider, hər kəsin sevəcəyi bir sevgi müəlliminin gəlməsi lazımdır. Belə olmazsa, qarışıqlıqlar da bitməz.
İmanı qurtarmaq, bütün cəmiyyətin imanlı olmasını istəməkdir. Xüsusilə gəncliyin, FQC-nın. Birinci hədəf bu olacaq. Quran əxlaqının Fələstində tam yaşanması və bütün müsəlman ölkələrin xilas olmasıdır.
Fələstində edilməsi lazım olan iman həqiqətlərinin izah edilməsidir, Quran möcüzələrinin izah edilməsidir. Darvinizm, materializmə qarşı bu Yaradılış Atlasları ilə gənclər orada elmi mübarizə etsələr məşhur sol düşüncəyə qarşı dərhal nəticə əldə etmək olar.
Məktəblərin ailə birliyi, kasıb uşaqlara paltar təmin etməklə məsuliyyət daşısınlar. Hamısı da gözəl geyinsin. Yaxud uşaqların gözəl geyinməsi üçün bir vəqf meydana gətirək. Amma onları xəcalətli etmədən təbii ki. Dövlət təməl qursun. Bu da məktəblərə kömək etsin.
Allah hər cür neməti eyni anda vermir. Bir tərəfdən verirsə bir tərəfdən də bir əksiklik meydana gətirir ki, insanlar imtahan versin.
Məsihiyyətin təsiri hər yerdə görülür. Qan mümkün dərəcə azaldılır. Amma bir zaman gələcək, qan heç olmayacaq. Döyüş, silah, düşmənliklər heç olmayacaq.
Mehdi (ə.s)-ın vəzifəsi budur, sevgi müəllimliyidir. Döyüşü ayırmaq, dostluğu təmin etmək. O qədər. Yoxsa Mehdi (ə.s) dövlət işlərinə qarışmaz. Hökumət işlərinə qarışmaz. Yalnız sevgi, mərhəmət, qardaşlıq, sülh, dostluq, yaxşılıq, gözəllik, Allah sevgisi, Allah qorxusu; budur Mehdi (ə.s)-ın vəzifəsi.
Bu qarışıqlıq, bu zülm, bu acı, bu sevgisizlik, bu uğursuzluq Mehdi (ə.s) olaraq bildiyimiz bir insanın insanlara mehribanlığı, sevgini öyrətməsi ilə sona çatacaq. Lazımsız olan bu donuqluq, bu ölülük sanki Mehdi (ə.s)-ın açar vəzifəsi yerinə yetirməsi ilə bu kilid açılacaq.
Məni çox sevsəniz, məndən qorxsanız, Qurana uysanız, səmimi olsanız, davamlı ağlınız, ürəyiniz Məndə olsa və tövbə etsəniz, Allaha həmd etsəniz, Allahın böyüklüyünü söyləsəniz ‘Allahu əkbər', Məni tənzih etsəniz deyir Cənab Allah ‘SubhanAllah', "Əksik, nöqsan sifətlərdən münəzzəhsən Ya Rəbbim, mükəmməlsən" şəklində Məni tərifləsəniz deyir Cənab Allah, Mənim şanımı təqdir etməyə var gücünüzlə cəhd göstərsəniz sizə müsibət üz etməz deyir Allah. Rahatlayarsınız, deyir. Burada bir sirr var.
Nəyə çox diqqət yetirməsi lazımdır müsəlmanların? Halala, harama diqqət yetirməsi, Allahı çox sevməsi, Allahı çox xatırlaması, davamlı ürəyinin Allah ilə birgə olmasıdır. Bu nəyi gətirər? Burada bir sirr var. Rahatlayarsınız, deyir Allah.
Zənginlikdə insanların əksəriyyətində həm eqoizm, həm qürur, həm təkəbbür meydana gəlir. Kasıblıqda da təvazökarlıq, mehribanlıq, Allaha yaxınlıq, istilik, az bir şeydə xoşbəxt olma inkişaf edir. Ancaq cənnətdə zənginliyi qaldıra biləcək ruhda olur insanlar.
İqtisadi böhran dövrlərində insanlar həmişə dindar olmuş, yığışmış, daha məqbul hərəkət edər hala gəlmişdir. Onun üçün dünyanın hər yerində həmişə iqtisadi çətinlik vardır. Allaha dönsünlər deyə Allah bunu xüsusi olaraq belə edir.
Müsəlman əzabla çox təmasda olmaz. Küfr çox şiddətli əzabla təmasda olar. Cənab Allah Quranda əzabın növlərini izah edir. Müsəlman yalnız əzab haqqında məlumat əldə edər və yalnız uzaqdan görər.
Allah iman edib səmimi əməllərdə olan qulları ilə əlaqəli olar. Onların sözünü, tələbini dinləyər, dualarını qəbul edər. Ayədə "və onlara Öz fəzlindən artırar" buyurur. Məsələn, sağlamlıq verdisə artırır, səhhət verdisə artırır, mal verdisə artırır, təsir verdisə artırır, güc verdisə artırır, artırar.