İnşaAllah daha Mehdi (ə.s)-ın zühurunu görəsiyik, İsa Məsihi görəsiyik. Dəccaliyyətin fikirlə yox olduğunu görəsiyik. İslam Birliyinin meydana gəldiyini görəsiyik. Sonra müsəlmanlıq geriləməyə başlayacaq. Hicri 1506-cı ildən sonra 1543-cü ilə qədər inşaAllah geriləmə davam edəcək. Hicri 1543-cü ildən sonra sırf Allahsız, Kitabsız tiplər qalacaq. 1545-ci ilə kimi də Allahın icazəsi ilə qiyamət qopacaq.
Sənətçilərə hər kəsin dəstək olması lazımdır, hər kəsin şəfqətlə yaxınlaşması lazımdır. Sənətçi bütün dünyaya aiddir.
(A9 TV; 20 dekabr 2012)
Adnan Oktar
-
Biz Rəbbimizə qovuşmağı bayram qəbul edərik. Eşqimiz bizim Allahımızdır, əlhəmdülillah.
(A9 TV; 20 dekabr 2012)
Adnan Oktar
-
Mehdi (ə.s)-a qarşı otuzdan artıq dəccal mübarizə aparır. Cin düşmənləri də vardır.
(A9 TV; 19 dekabr 2012)
Adnan Oktar
-
Küfr elə azad deyildir. Münafiq azad deyil. Adam zənn edir ki, azaddır. Azad deyil. Münafiq ucsuz-bucaqsız azad olduğunu zənn edir. Halbuki, ən kiçik incəliyinə qədər onun nə edəcəyi müəyyəndir. Qədərdəkini edə bilər, başqa bir şey edə bilməz.
(A9 TV; 19 dekabr 2012)
Adnan Oktar
-
Ən gözəl nemət dərin imandır. Allaha şəksiz-şübhəsiz iman etməkdir. Diqqətin Allahın üzərində olması lazımdır. Bütün diqqət Allaha yönəlməlidir. Bütün sevgi Allahadır, insanları sevərkən Onun təcəllisi olaraq sevərsən.
(A9 TV; 19 dekabr 2012)
Adnan Oktar
-
Maddə var. Amma insanların anladığı mənada mütləq varlıq deyil, kölgə varlıqdır. Biz o kölgə varlığın xəyalını görərik. Mütləq varlıq bir tək Allahdır.
(A9 TV; 19 dekabr 2012)
Adnan Oktar
-
İrandakı kürd qardaşlarımızı da, İraqdakıları da, Suriyadakıları da, Türkiyədəkiləri də İslam Birliyinin isti bağrında ən xoşbəxt şəkildə yaşadacağıq inşaAllah.
(A9 TV; 19 dekabr 2012)
Adnan Oktar
-
Dəccal ordularını məğlub edəcək gücü Cənab Allah türk əsgərinə, polisimizə nəsib edəcək. Çünki axır zamandayıq, Mehdiyyət dövründəyik. Onlar Allah tərəfdarı və hz. Mehdi (ə.s)-ın ordusudur. Allah tərəfdarları məğlub olmaz.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Elmi qaribi bilməyən cahil, məlumatsız və biliksizlər özlərinə görə hz. Mehdi (ə.s)-a mövqe götürəcəklər. Bir zaman keçdikdən sonra o pərdə qalxınca, hz. Mehdi (ə.s) elmin hikmətlərini açıqladığında cahiliyyə əhlinin ağzı açıq qalacaq. Bu elmi qaribə, yəni ledün elminə dəccalın söykənməsi mümkün deyil.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Ledün elminə dəccal çarə tapa bilməz. Yəni ledün elmi onu suyun duzu əritməsi kimi əridər. Çünki dəccal zahiri elmlə mübarizə edər. Batın elmi ilə mübarizə edə bilməz. Batın elmi hz. Mehdi (ə.s)-dadır. Onun zahir elmini hz. Mehdi (ə.s)-ın batın elmi yox edər. Onun üçün hz. Mehdi (ə.s) dəccalın bütün qapılarını, bütün pəncərələrini açar, onun gizli qalalarına girər. Ən girilməz zənn edilən barmaqlıqlarına hz. Mehdi (ə.s) girər.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Ledün elmi olmadan axır zamanda mübarizə edilməsi, dəccalın məğlub edilməsi mümkün deyil. Mütləq bu qeyb elminin, bu ledün elminin tətbiq olunması lazımdır.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
HZ. MEHDİ (Ə.S) LEDÜN ELMİNİN AXIR ZAMANDAKI SULTANIDIR. Elmi-ledün ilə hz. Mehdi (ə.s) müvəffəqiyyətli olacaq.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Axır zamanda gələcək hz. Mehdi (ə.s) heç kimin o dövrdə etmədiyi ledün elmini tətbiq edəcək. Ona görə bir çox adam hz. Mehdi (ə.s)-a müxalif olacaq. Bir çox adam "Hərəkətləri İslama ziddir" deyəcək, eyni Xızır (ə.s)-a hz. Musa (ə.s)-ın qarşı gəlməsi kimi bilmədən qarşı gələcəkdirlər.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Allaha səmimi iman edən bir mömin cəhənnəmə getməz. Cəhənnəmi seyr edər, görər, hiss edər, xəbərlərini alar, amma cəhənnəmə getməz. Ərazisinə gedər, görər amma acı çəkməz.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Allah heç kimə zülm etməz. Möminlər heç bir şəkildə cəhənnəmə getməz. Amma mömin cəhənnəmdən qorxacaq, cəhənnəm əzabından çəkinəcək. Amma təkrar deyirəm: bir mömin əsla və qətiliklə cəhənnəmə getməz.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Xitablar gözəl olsun. Qardaşlarımız jarqon danışmasınlar. Danışarkən yersiz sözlər işlətməsinlər. Gözəl sözlər desinlər. Xüsusilə xanımlara xitablarda jarqon qəti şəkildə olmaz. Çox çirkin olar, ədəb-ərkana yaraşmaz. Xanımlara sözün ən gözəli ilə xitab edilər.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Dua hər gün olacaq. Cənab Allaha dua etmək çox zövqlüdür. Sevinc verər, rahatlıqdır dua. Böyük nemətlərdən biridir.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Ağıllı bir insanın rəhbəri Qurandır. Qurandan çıxsan ağlın da gedər, Allah əsirgəsin. QURANLA HƏRƏKƏT ETSƏ MÜVƏFFƏQİYYƏT QƏTİDİR. Ayədə onu Allah dəfələrlə açıqlayır. Qəti müvəffəqiyyətli olarsınız, deyir Allah. Amma səbirli, əzmli olaraq Qurana tabe olacaq.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Fanatik düşüncə dindən soyutmaq üçün dini xeyli çətinləşdirir. Çox hiyləgərcəsinə şeytanın bir oyunudur. Çox asan olduğu halda dini çətinləşdirəndə adamlar dinin yaşana bilməyəcəyini düşünür və imtina edirlər. Halbuki, din çox asandır.
(A9 TV; 17 dekabr 2012)
Adnan Oktar
-
Din rahatlıq, sevgi, gözəllik, sülh, yaxşılıq, bağışlamaq, demokratiya, fikir azadlığı, sənətin, elmin ən inkişaf etmiş ən gözəl istiqamətlərinin nümayiş olunduğu möhtəşəm bir quruluşdur. Qarışıq hala gətirirlər dini. İnsanları dindən lazımsız yerə soyudurlar. Dəccala xidmət elə olur.