Allah təkcə Qurandan sorğu-sual ediləcəyimizi bildirir. Quran aydın və qətidir. Allah bizi səhifələrlə fiqh kitablarından məsul tutmayacaq.
(A9 TV; 22 sentyabr 2016)
Adnan Oktar
-
Əvvəldən bəri müəyyən kütlələrin Əbdülhəmidə istiqamətli haqsız qəzəbi var. Bu haqsız qəzəbə qarşı Əbdülhəmidi hər zaman qoruyacağıq. Lakin Allahın açıqca inkar edildiyi darvinizmin Osmanlıya hakim olması, güzəştə gedən siyasət izlənilməsi qəbul ediləcək şey deyil.
(A9 TV; 22 sentyabr 2016)
Adnan Oktar
-
Mömin səhv olanı söyləmək, doğru olana dəvət etməklə məsuldur. Buna görə də, Əbdülhəmidin səhv cəhətlərini gündəmə gətiririk. Əgər Əbdülhəmid dövrünü tənqid etməsək hazırda hələ də davam edən İngiltərə dərin dövlətinin təsirinin ölçülərini görə bilmərik.
(A9 TV; 22 sentyabr 2016)
Adnan Oktar
-
Əbdülhəmidə qarşı təhqiri, alçaltmanı, qara təbliğatı əsla qəbul etmərik. Lakin tarixi həqiqətlər ortadadır. Əbdülhəmid dövründə niyə Kiprin verildiyi, niyə donanmanın çürüdüldüyü, niyə darvinizmin yayıldığı, niyə fahişəxanalar, pivəxanaların açıldığı da cavablandırılmalıdır.
(A9 TV; 22 sentyabr 2016)
Adnan Oktar
-
Xəyali bir Əbdülhəmid dövrü yaradılıb və əksəriyyət buna inanır. Sənədlərə baxıldığı zaman rəsmi fahişəxana bu dövrdə açılır. İmperiyanın hər tərəfində darvinist təbliğat başlayır, Kipr İngiltərəyə kirayə verilir, rakı və pivə zavodları bu dövrdə açılır.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Əbdülhəmid dövrünü sənəd və məlumata əsaslanaraq tənqid edirik. Fərqli fikri olanlar demaqoqluq etməməli, sənədlə cavab verməlidir.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Əbdülhəmid dövrünün ən dəhşətli iki cəhəti darvinizmin Osmanlıda hakim olması və böyük torpaq itkilərinin olmasıdır.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Əbdülhəmid dövrünə dair etdiyimiz tənqidlərin səbəbi bənzər səhvlərə bir daha yol verilməsinə maneə olmaqdır. Heç kimə düşmənçilik etmirik.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Mənim və dostlarımın şüarı dürüstlük, səmimiyyət, Allahdan qorxmaq, Allahı çox sevməkdir.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Osmanlı sultanlarının səhvlərini görməzlikdən gəlmək, sanki səhvsiz insanlarmış kimi davranmaq Qurana uyğun olmaz. Yanlış olan mütləq deyilər.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Kim Osmanlı tarixini təhqir etsə, haqsız ittiham yağdırsa səhvə yol verər, lakin səhv vardırsa, bu səhv barədə xəbərdarlıq edilməli və doğru olan göstərilməlidir.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Əbdülhəmid dövrünün yanlış tərəflərindən bu günə qədər demək olar ki, heç kim danışmayıb. Biz sənədləriylə birlikdə doğrusunu deyirik.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Türkiyənin getməsi lazım olan xətt Əbdülhəmid dövrü deyil. O dövrdə darvinizm hakim olmuşdur, Osmanlı tamamilə parçalanmışdır. Türkiyəyə lider göstərilməli olan insan xanlar xanı Əbdüləziz xandır. Əbdülhəmid dövrü nümunə deyil.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Türkiyə əleyhindəki planların əsil cinayətkarı İngiltərə dərin dövləti olduğunu ziyalılarımız yavaş-yavaş ifadə etməyə başladı, yaxşı oldu. Ziyalılarımız İngiltərə dərin dövlətini həmişə ifşa etsinlər ki, bütün İslam aləminin xilas olmasına vəsilə olaq.
(A9 TV; 21 sentyabr 2016)
Adnan Oktar
-
Əbdüləzizə qarşı həyata keçirilən dövlət çevrilişində Mithat Paşa mədrəsələri də ayağa qaldırılmışdı. O zamanın paralel quruluşu da bu mədrəsə tələbələri olmuşdur.
(A9 TV; 20 sentyabr 2016)
Adnan Oktar
-
Osmanlını yox edən, bütün fəlakətləri ölkəmizin başına gətirən, paralel quruluşu təşkilatlandıran həmişə İngiltərə dərin dövlətidir.
(A9 TV; 20 sentyabr 2016)
Adnan Oktar
-
Din hər yerdə var. Yeməkdə, əyləncədə, idmanda, çimərlikdə hər yerdə din var. Allah hər yerdə bizimlə birlikdədir.
(A9 TV; 20 sentyabr 2016)
Adnan Oktar
-
Dəccaliyyəti zərərsizləşdirməyin yolu müsəlmanların birlik olmasıdır. Mövhumatçılıq olsa məğlubiyyət olar. Ziyalı, demokrat bir zehinlə azadlıqları müdafiə edərək, qadınlara çox dəyər verərək, sülhlə, qardaşlıqla bir-birimizi sevərək dəccaliyyəti elmlə, irfanla darmadağın edəcəyik.
(A9 TV; 20 sentyabr 2016)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) dəccalın bir adada tutulduğunu xəbər vermişdir. İngiltərə dərin dövləti dəccaliyyətin beynidir.
(A9 TV; 20 sentyabr 2016)
Adnan Oktar
-
Əbdüləziz çox dindar bir insan idi. Əsla içki içməzdi, namazlarına qarşı diqqətcil idi. Darvinist təbliğata icazə verməzdi.