İngiltərə dərin dövləti üçün Qalata müqəddəsdir. Cinayət, işgəncə, bütün iyrənc əməllərini orada işləyiblər. Kəşfiyyatın da mərkəzidir. Qalata qülləsindən kəşfiyyat məqsədiylə istifadə ediblər.
Təbliğ edərkən insanların heç vaxt müxalifət etmədiklərini düşünək; hər dediyimizi qəbul edirlər, hər kəs bizi dəstəkləyir, alqışlayır; axirətə getdik, nə olacaq? Savab milyonda birdir. Lakin müxalifət varsa, sən cəhd edirsənsə, yəni səy göstərirsənsə, milyonlarla savab qazanarsan. Allah müqaviməti savabın möminə yağış kimi yağması üçün xüsusi yaradar. Allah tərəfindən möminə rəhmət kimi təqdim edilər.
(A9 TV; 16 yanvar 2016)
Adnan Oktar
-
Mövləvi təkkələrinin mərkəzi Qalata olduğu üçün, İngiltərə dərin dövlətinin nümayəndələri Qalataya çox əhəmiyyət verirlər. Bu səmt onlar üçün əhəmiyyətlidir, onlar bu səmti, agentlərin, casusların görüş yeri kimi görürlər.
(A9 TV; 15 yanvar 2016)
Adnan Oktar
-
Türkiyə nümunəvi ölkə olsun. Başda İngiltərə dərin dövləti olmaqla, 200 ildən bəri Türkiyəni yox etməyə çalışırlar. Yox edəcəyinə, ultramüasir, İslam aləminin nümunə götürəcəyi bir ölkəyə çevir, Türkiyə çox gözəl xidmət etsin.
(A9 TV; 15 yanvar 2016)
Adnan Oktar
-
Başda İngiltərə dərin dövləti olmaqla, Qərb dərin dövlətləri yeni bir üsul, yeni bir oyun meydana gətirdi; bütün müsəlmanları terrorist adlandırmaq istəyirlər. Yəni müsəlman bərabərdir terrorist. Bunun üçün çalışırlar.
(A9 TV; 15 yanvar 2016)
Adnan Oktar
-
Güclü, qüdrətli olan Allahdır. Biz Allahın acizlik içində olan zavallı qullarıyıq. Bütün qüvvət Allaha məxsusdur. Allah taledə nə yazdısa o olar. Biz Allaha boyun bükmüş insanlarıq. Allahın verdiyi güclə hərəkət edirik.
(A9 TV; 15 yanvar 2016)
Adnan Oktar
-
Günahsız yəhudiyə nifrət etmək haramdır. Lakin günah işləmiş, zülm etmiş olan vardırsa, onun şəxsinə nifrət edə bilərsən. Cinayət törədibsə qanun və hüquq normaları çərçivəsində mübarizə apar. Lakin bütün İsrail millətini qarşına alırsan, bu haramdır. İslama uyğun bir şey deyil.
(A9 TV; 14 yanvar 2016)
Adnan Oktar
-
İslamda yəhudilərə nifrət yoxdur, xristianlara nifrət yoxdur. Onlar Quranda Kitab əhli kimi qorunurlar. Sinaqoqlarına və kilsələrinə də düşmənçilik göstərə bilməzsən. Allah Quranda xristian və yəhudi qadınlarla evlənə bilərsiniz deyir. Peyğəmbərimiz (s.ə.v)-in yəhudi və xristian həyat yoldaşları vardı.
(A9 TV; 14 yanvar 2016)
Adnan Oktar
-
Hər yerdə həqiqi, səmimi, dürüst, müasir dindarlar ön planda olmalıdır. Müasir, səmimi bir dindar, ateist üçün də çox böyük zəmanətdir, yəhudilər və xristianlar üçün də. Çünki Allahdan qorxur, vicdanıyla hərəkət edir. Bu, hər kəs üçün bir zəmanətdir.
(A9 TV; 14 yanvar 2016)
Adnan Oktar
-
Mömin şən olmalıdır, şövqlü olmalıdır. Bir şeyə görə kədərlənirsə, sıxılırsa, beyninə salırsa, artıq bədən özünü qorumaq, ondan xilas olmaq üçün özünü uyutmaq istəyər. Lakin mömin şən olarsa vücudu uyumaq istəməz, həyatı yaşamaq istəyər.
(A9 TV; 14 yanvar 2016)
Adnan Oktar
-
Türkiyənin bölünməsi, bütün İslam aləminin məhv olması deməkdir. Fövqəladə bir ölkədir, bölünə bilməz. Türkiyə Türk aləminin beynidir. Türkiyə ölsə, Türk aləmi də ölər. İslam aləminin də beynidir. Türkiyə ölsə, İslam aləmi məhv olar.
(A9 TV; 13 yanvar 2016)
Adnan Oktar
-
Allah rizası üçün, İslama xidmət üçün, bir gün yuxusuz qal desən, yıxılıb özündən gedər. Lakin bu avtomobili sənə verəcəyik desən, üç gün yatmaz, oyaq qalar. Özü də ayaq üstə. Məhz insan xarakterinin kiçikliyini, səthiliyini, heyvanlara necə uyğun olduğunu buradan görürük.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Əgər nəfsi özbaşına buraxsan, birbaşa heyvan kimi baş bəlası olar. Yəni özünü ibtidai heyvan kimi göstərər.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
İnsanı nəzarətsiz buraxsan, onsuz da bədəni heyvan kimidir; dərhal acar, yuxusu gələr, qorxar, eqoistləşər. Bu heyvani yönünü imanla tarazlamalısan. Heyvan olmasına icazə verməməlisən.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Münafiqlər öz aləmlərində müsəlmanlara hörmət göstərməzlər, lakin küfr əhlinə ağlasığmaz hörmət göstərərlər.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Quran çox sadə bir Kitabdır. Lakin fövqəladə bir ağıl Quranı büsbütün əhatə etmişdir
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
İnsan səmimiyyətsizdisə inkarçıları axtarar. Kitablarda, internetdə, orda-burda axtarar. İnkar edən insanları tapmağa çalışar. İnkar edənlərə heyranlıq duyar. Əvvəllər inkar edən dostlarını unuda bilməz. Onlarla xoşbəxt olmaq düşüncəsində olar.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Səmimi olduğumuz vaxt, çətinlik çəkmədən, Yaradan böyük bir gücü, Allahı dərhal görərik. Lakin bir insan səmimiyyətsizdisə, Allahın varlığını inkar etmək üçün, harada pis kanal, qaranlıq kanal vardırsa, ona girməyə çalışar.
(A9 TV; 12 yanvar 2016)
Adnan Oktar
-
Kin, nifrət, qəzəb, sevgisizlik, şəfqətsizlik və eqoistlik olduqda göz qaralar, dil qaralar, danışa bilməz insan. Sevgini qəbul etməyənlərin dilinə diqqət yetirin, heç bir şəkildə danışa bilməzlər. İki sözü bir yerə gətirə bilməzlər.