İngiltərə dərin dövləti fikirlə darmadağın olacaq. Zülm əbədi olmayacaq. İslam əxlaqının gözəlliyi dünyaya hakim olacaq inşaAllah.
PKK, İŞİD, Əl-Qaidə, hamısı dəhşət, şiddət tətbiq edir. Bu dəhşətin və şiddətin qaynaqlarının aradan qaldırılması lazımdır, biz bunu söyləyirik.
Terrora, anarxiyaya, şiddətin hər növünə tamamilə qarşıyam. Birini digərindən ayırd etmərəm. Dəhşət və şiddəti əsla qəbul etmirəm.
İŞİD, Taliban, Əl-Qaidə kimi təşkilatlar şiddət və dəhşət tətbiq edir. Müsəlmanların bunu qəbul etməsi əsla mümkün olmaz. Quranda şiddət olmadığını həmişə müdafiə etdik və müdafiə edəcəyik. Qurana uyğun olmayan və şiddəti müdafiə edən saxta hədislərin təmizlənməsi lazımdır.
İngiltərə dərin dövləti insanları İslamdan uzaqlaşdırmaq üçün müsəlmanlar həyatla iç-içə ola bilməz imici vermişdi, biz bu imici tamamilə yox etdik.
Şeytan müsəlmanların əlindən musiqini, incəsənəti, elmi, gözəlliyi almışdı. Quranda halal olan bütün bu gözəllikləri yenidən müsəlmanlara qazandırdıq.
Mehdiyyət dövrü qadınların dünyada ən xoşbəxt olduqları dövr olacaq. Sanki cənnətdəymiş kimi rahat yaşayacaqlar.
Münafiqlər məşhur insanlarla tanış olub kütlə qazanmağa çalışar, bu kütlədən müsəlmanların əleyhinə istifadə etməyə cəhd edərlər.
Millətlər böyük həyəcanla yüksələ bilirlər. Hal-hazırda İslam aləmindəki yuxu halının aradan qalxması və yüksəlmə mehdiyyətlə olacaq.
Müsəlman aləmində əsaslı mənəvi inqilaba ehtiyac var. Bu da şövqün çox ciddi güclənməsi ilə olar, bunu təmin edəcək olan da mehdiyyətdir.
Münafiqlərlə əlaqəli bir mövzudan danışdığımız vaxt, həm İslam aləmindəki milyonlarla insana, həm də öz nəfsimizə deyirik.
İran düşmənçiliyinin alovlandırılması çox təhlükəlidir. İran minlərlə illik dost ölkədir, bir ölkəni bütövlükdə pis elan etmək düzgün olmaz.
İslam aləmində çox yerdə münafiqlər aktivdir, buna görə də İslam Birliyi heç cür yaranmır. İngiltərə dərin dövləti münafiqləri başa bəla etdi. İslam aləminin canlanma ruhuna ehtiyac var. Bu da təkcə mehdiyyətlə olar.
İngiltərə dərin dövlətinin alçaq xarakterini bütün dünya anlamağa başladı. Hər yerdə uşaq və qadınların şəhid olmasına səbəb olurlar.
Mənim dostlarım namazlarına qarşı çox diqqətcildirlər. Bir dəfə belə namazlarının vaxtını keçirməz, həmişə vaxtlı-vaxtında qılarlar.
Müsəlmanlar İslam Birliyi üçün, Mehdi və İsa Məsihə tezliklə qovuşmaq üçün dua etməlidir. Digər müsəlmanlarla vuruşmaq deyil.
Şiə və sünni müsəlmanları bir-birinə qarşı təhrik etmək zalımlıq olar. Zalim kimdirsə ona qarşı çıxılar, bütün millətə bütövlükdə qarşı çıxılmaz.
Hal-hazırda İraqda, Suriyada müsəlmanlara hücum edən “şiə” adı altında zalımlar dinsizdir, imansızdır, İngiltərə dərin dövlətinin təsiri altındakı alçaq tiplərdir.
Müsəlman xristian, musəvi, vəhhabi, şiə, buddist, hər kəsin xilas olması üçün səy göstərər. Heç kimin həlak olmasını istəməz. Bu Qurana uymaz.
İranda zülmə vəsilə olanlar bir qrup İngiltərə dərin dövlətinin təsiri altında olan münafiqlər və kommunistlərdir. Müsəlman hər kəsin islah olmasını istəyər.
İranla Türkiyənin, sünnilərlə şiələrin vuruşmağını istəyirlər. Bunu istəyən İngiltərə dərin dövlətidir, biz bu pis fitnəyə etibar etmirik.