PKK-nın 40 il ömrü var idi və bu artıq bitdi. Önümüzdəki il bu həqiqəti daha yaxşı görəcəklər.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Homoseksuallığı dəstəkləyən və kommunist zehniyyətə sahib olan Obama Amerikanı daxilən alt-üst etdi. İndi Tramp keçmiş dindar Amerikanı inşa edə bilər.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Tramp müsəlmanlardan deyil, mövhumatçılıqdan duyduğu narahatlığı dilə gətirir. Müsəlmanlarla Trampın arasını vurmağa çalışırlar. İngiltərə dərin dövləti və qolları Trampı istədikləri kimi yönləndirə bilməyəcəklərini düşündüklərindən müsəlmanlarla arasını vurmaq istəyirlər.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Tramp özü və ailəsi əleyhindəki rəftarlara heç fikir verməsin. Allah təkdir deyərək, İncilə və İsa Məsihə qəlbən bağlansın.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Mehdiyyət yoxdur demək, dəccaliyyətin insanlara oyunudur. Dəccaliyyət diqqətin özündən yayınması üçün mehdiyyət yoxdur təbliğatı edir, bəziləri də bilərək və ya bilməyərək bundan təsirlənir. İnsanların əksəriyyəti İngiltərə dərin dövlətinin dəccaliyyət, həll yolunun da mehdiyyət olduğunu bilmir. Mehdiyyətin bərəkəti ilə qorunduğunu görmür.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti mövzusunda yayımladığımız verilişlər bütün ziyalılarımızın bu mövzuda diqqətinin açılmasına vəsilə oldu. Ziyalılarımız, yazıçılarımız həmişə İngiltərə dərin dövlətinin oyunlarını gündəmə gətirsə bu fitnəni hamımız birlikdə elmlə bitirmiş olarıq.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Ən mühüm olan səmimiyyətdir. Allah səmimi qulların xilas olacağını bildirmişdir.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Suriya ilə Türkiyə arasında mütləq birbaşa danışıqların olması lazımdır. Türkiyə, Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Dünyada tək bir dərin güc vardır, bu da İngiltərə dərin dövlətidir. Digər bütün təşkilat və strukturlar, İngiltərə dərin dövlətinin təsiri altındadır.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Suriyalıların öz vətənində qan, barıt, od var, dənizdə boğulmağı gözə alaraq evlərindən çıxan bu insanlara getsinlər demək vicdansızlıqdır.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin mühasirəyə aldığı belə bir dövrdə Tayyib hocama dəstək olmaq Türkiyənin davamiyyəti üçün mühümdür.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Türkiyəyə bu qədər təzyiq olduğu bir dövrdə Tayyib hocamı tək qoymağa cəhd etmək, çox böyük vicdansızlıq olar. Tayyib hocam sistemin mərhəmətsizliyini anlayıb, var gücü ilə müqavimət göstərir, belə böyük mübarizədə millətimiz həmişə onun yanında olmalıdır.
(A9 TV; 24 noyabr 2016)
Adnan Oktar
-
Allah Quranda Kitab əhlinə qarşı sevgi, şəfqət və mərhəmətlə yanaşmağın lazım olduğunu bildirmişdir.
(A9 TV; 23 noyabr 2016)
Adnan Oktar
-
Mehdiyyətin əlamətlərini gördükləri və mehdiyyətin haqq olduğunu anladıqları üçün bəziləri böyük təşviş yaşayırlar. Lakin mehdiyyətə mane ola bilməzlər.
(A9 TV; 23 noyabr 2016)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v)-in Mehdi ilə əlaqədar söylədiyi hədislər tam mənası ilə gerçəkləşib, şübhəsiz ki, həqiqətə, həqiqi xəbərə çevrilib. Peyğəmbərin söylədiyi bir hadisənin eynilə gerçəkləşməsi demək, ağıl, elm və məntiqin tam mənası ilə təzahür etməsi deməkdir.
(A9 TV; 23 noyabr 2016)
Adnan Oktar
-
Allah tək bir hüceyrədən danışan, eşidən, iyləyən, mühakimə qabiliyyəti olan, sevməyi bacaran, hiss edən bir insan meydana gətirir. Heyrətamiz möcüzədir. Çöldə səs və musiqi yoxdur, təkcə titrəyiş vardır. Təkcə insan beyni içində musiqini musiqi kimi qəbul edir.
(A9 TV; 23 noyabr 2016)
Adnan Oktar
-
Münafiq ayə söyləyərkən öz aləmində müsəlmanlar əleyhinə danışdığını zənn edər. Axmaq olduğu üçün öz əleyhinə olduğunu anlaya bilməz.
(A9 TV; 23 noyabr 2016)
Adnan Oktar
-
Mehdiyyətə dair yüzlərlə əlamətin mükəmməl və düzgün gerçəkləşməsi heyranedici haldır.
(A9 TV; 23 noyabr 2016)
Adnan Oktar
-
İman ləzzətli, asan, ağıllı, fitrətə uyğundur. Münafiqlik çox çətin və bəlalıdır, həmişə alçaldılma və pislik var. Buna baxmayaraq, münafiq olurlar.
(A9 TV; 23 noyabr 2016)
Adnan Oktar
-
Tayyib hocam, Tramp, Putin və İran birləşsə İslam Birliyi çox asanlıqla təmin edilər və mehdiyyət ruhu bütün dünyaya dərhal hakim olar.