İngilis xalqı günahsızdır. İngiltərə dərin dövləti isə münafiqlərdən və şeytani əxlaqlı insanlardan ibarət qaranlıq quruluşdur, əsil hədəf bu olmalıdır.
İngiltərə dərin dövlətinin İslam aləmində on minlərlə tərəfdarı var. Bunlar tək bir ailə kimi hərəkət edir. Buna görə də müsəlmanlar birlik olmaq məcburiyyətindədir. İslam ölkələri tək-tək ortaya çıxdıqda Allah qorusun həmişə əzilərlər. Mütləq ittifaq halında kütləvi mübarizə lazımdır.
İslam aləminin qarşısında tək-tək İŞİD, Əl-Qaidə, Haşdi Şabi deyil, dəccal ordusu var. Dəccal ordusuna qarşı İslam Birliyi ilə mübarizə aparılar.
İngiltərə dərin dövlətinin bir ordusu var. PKK, YPG, İŞİD, bəzi şiə milislərinin hamısı bu ordunun dəstəsi mövqeyindədir, hamısı zərərsizləşdirilməlidir. Bölgədəki bütün terror təşkilatları tək bir beyin mərkəzindən ortaq hərəkət edir. Bunlara qarşı mübarizə də tək nöqtədən, müsəlmanların birliyi ilə olmalıdır.
İran ilə Türkiyə dostdur. İki ölkənin qarşıdurmaya sürüklənməsini istəyənlərin bu məqsədlərinə nail olmasına elmlə, irfanla icazə vermərik. Şiələrə və İrana qarşı düşmənçilik İngiltərə dərin dövlətinin oyunudur. Biz millət olaraq bu oyuna düşməyəcəyik.
Təhdidlərdən qorxmaq müsəlmana yaraşmaz. Müsəlman cəsur və qətiyyətli olar. Təhdid var deyə elmi fəaliyyət göstərməkdən imtina edilməz.
Şəhid ailələri hamımıza əmanətdir, hər birinin çox gözəl yaşamasını təmin edək.
Şəhidlərimizin xatirəsinə təşkil edilən futbol oyunu "millətimizi ruhdan sala bilməzsiniz" mesajı verdiyi üçün gözəl olmuşdur, dəstək verən hər kəsdən Allah razı olsun.
2017-ci ildə təkcə Türkiyədə deyil, dünyada daha da böyük hadisələr yaşanacaq. Qardaşlarımız heç təşvişə qapılmasın, sonu həmişə xeyir olacaq.
Hər cəmiyyətdə yaxşılar da var, pislər də. Heç bir cəmiyyət bütövlükdə lənətli deyil. Belə lənət anlayışı Qurana uyğun olmaz.
Əhd sandığı mələklər tərəfindən qorunur və Mehdi dövründə tapılacaq. Mehdidən başqa heç kim Əhd sandığını ortaya çıxara bilməz.
Musəvilərin lənətli olduğu iddiası Qurana görə doğru deyil. Allah o dövrdə əxlaqsızlıq edən müəyyən qrup musəvini lənətləmişdir.
Bir cəmiyyətə bütövlükdə düşmən olunmaz. Müsəlman təkcə zülm edəndən nifrət edər, mübarizəsi zülmə qarşı olar.
Ruslar təmiz insanlardır. Türkiyə ilə Rusiya düşmən olsun deyə çalışdılar, icazə vermədik. İran ilə də düşmənçiliyə icazə vermərik.
Hər hadisə taledəki kimi reallaşır. Bu gün Türkiyədə yaşananlar da hz. Musanın Qırmızı dənizi bölməsi də Allah dərgahında eyni anda olur.
Müsəlman üçün hər şey xeyir, küfr əhli və münafiq üçün hər şey şərdir.
Allah Özünün sevilməsini və insanların Ona yönəlməsini istəyir.
Sui-qəsdin və hadisələrin arxasındakı əsil güc NATO deyil, İngiltərə dərin dövlətidir. İngiltərə dərin dövlətinin yalanlarına aldanmamaq lazımdır.
İnsanların çoxu Türkiyənin qarşısındakı gücün ideologiyasıyla, fəlsəfəsiylə azğın quruluş olan İngiltərə dərin dövləti olduğunu anlaya bilmir.
İngiltərə dərin dövlətinin axmaqca Böyük Yaxın Şərq Layihəsi macərası ucbatından Suriyada və İraqda ağlasığmaz qan axdı. Yaxında bütün planlarının çökdüyünü görəcəksiniz.
ABŞ-ın PYD-ni dəstəkləməsi bölgədə stalinist bir dövləti dəstəkləməsi mənasına gəlir. Bölgədə belə bir quruluş meydana gəlməsi hər kəsə zərər verər.