İki cür xurafatçılıq vardır. Biri ateist, digəri də zahirən Müsəlmana bənzər xurafatçılıqdır. BU MÜSƏLMANA BƏNZƏR XURAFATÇILIĞQ ATEİST XURAFATÇILIQDAN DAHA DA AZĞINDIR. HƏR İKİSİNƏ QARŞI FİKRİ, ELMLƏ, AĞILLA MÜBARİZƏ APARMAQ LAZIMDIR.
Müsəlman onsuz da 5 vaxtda namazını qılar, orucunu tutar, zəkatını verər. Lakin, birincisi, elmini artırmaq, ikincisi, İslam Birliyi üçün var gücü ilə cəhd göstərmək, iman həqiqətlərini izah etmək, insanların iman etməsi üçün cəhd göstərmək, xurafatçılığa qarşı mübarizə etməkdə məsuldur.
(A9 TV; 23 May 2012)
Adnan Oktar
-
ƏN BÖYÜK İBADƏT İSLAM BİRLİYİDİR. Hal-hazırda İslam aləmində müsəlmanlar məhv olur.
(A9 TV; 23 May 2012)
Adnan Oktar
-
Allah ayədə deyir ki, şeytandan Allaha sığınıram, "Dünya da sizin, axirət də təkcə sizindir" (Əraf Surəsi, 32). Allah "Dünya da sizindir", ancaq kafirlər də istifadə edərlər deyir, "axirət isə təkcə sizindir" deyir. Buna görə də MÜSƏLMANLAR NEMƏTDƏN UZAQ DURMAZ.
(A9 TV; 23 May 2012)
Adnan Oktar
-
Allah dünyanı biz belə sürünək, iztirab çəkmək üçün yaratmır. Dünyada insanlar cəhənnəm əzabı çəksinlər, cəhənnəm mühiti olsun, sənət, elm, gözəllik olmasın deyə yaratmır.
(A9 TV; 23 May 2012)
Adnan Oktar
-
Allah İslamın doğru yaşanmadığı yerlərdə tale çərçivəsində oranı məhv etmişdir . Məsələn, Allah Osmanlının son dövründə doğru İslam tətbiq olunmadığı üçün onu yıxdı. ALLAH MÜRTƏCELİYİ, FANATİZMİ MƏHV ETMƏKLƏ CƏZALANDIRIR.
()
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) hər mövzuda: Mehdi mövzusunda, Darvinizm, materializm mövzusunda, hər bir mövzuda davamlı olaraq sübut göstərəcəkdir. Elmi dəlil, ayə dəlilləri, hədis dəlilləri verəcəkdir. Onun üçün bir ləqəbi də Əl - Hüccətdir.
(A9 TV; 23 May 2012)
Adnan Oktar
-
Türkiyə liderdir. Liderliyini vurğulayırıq. İslam Birliyi desən " sənin liderin kimdir" deyəcəklər. Qabaqcıl kimdir? Türklər qabaqcıldırlar. Ona görə Türk İslam Birliyi deyirik.
(A9 TV; 23 May 2012)
Adnan Oktar
-
Zaman keçdikcə möminlərin sayı azalmış, çoxalmış, amma hər dövrdə Müsəlmanlar olmuşdur. Bəzən də Müsəlmanlıq geriləyər, təhrif olar. Elə olanda Cənabı Allah yenidən bir peyğəmbər göndərir. Bəzən də yüz ildə bir, bəzən də əlli ildən bir gəlir. Bəzən yüz ildə 2-3 peyğəmbər eyni vaxtda gəlir.
(A9 TV; 23 May 2012)
Adnan Oktar
-
Baxın, palolit dövrü, mezolit dövrü, neolit dövrü, tunc dövrü və.s vardır.Hər dövrdə müasirdir. Hz. Adəm (ə.s) Cənabı Allah tərəfindən dünyaya endirildiyi zaman Allah ona hər şeyi öyrətdi. Cənabı Allah Hz. Adəm (ə.s)-a əkin necə əkilir, necə çörək bişirilir, həyatın digər sahələrində necə fəaliyyət göstərilir, hər birini Cəbrayıl (ə.s) vəsiləsi ilə öyrətdi.
(A9 TV; 23 May 2012)
Adnan Oktar
-
Dəccalın ovsunlama gücü vardır, insanı tələyə salan tərəfi də budur. Məsələn, belə insanları şeytan çağıra bilir, onları vəzifələndirib insanlığa təzyiq göstərməyə çalışır. Şeytanın vasitəsi ilə insanlarda unutqanlıq meydana gətirir, əldən düşür, diqqət dağınıqlığı meydana gətirir, az da olsa yaddaşlarını pozur, psixoloji rahatlıqlarını pozur. İradəsi güclü olan insanlarda isə bu təsir çox zəif olur, yaxud sıfıra yaxın olur. Dəccala qarşı müqavimət göstərmək də bir ibadət sayılır.
(A9 TV; 23 May 2012)
Adnan Oktar
-
Məzlum, təvazökar, gözəl bir insanın öyünməsi Allahın nemətinin göstərilməsidir və ibadətdir. Allahın əmrini yerinə yetirməkdir. Allah nə deyir ayədə? "Rəbbinin nemətini dayanmadan zikr et." (Zuha Surəsi, 11)
(A9 TV; 22 May 2012)
Adnan Oktar
-
Daha böyük xurafatçı, kiçik olan xurafatçını boğa biləcək gücdə olur, boğmaq istəyir. Onlar bir-birilərinə də düşməndirlər, bir-birlərinə nifrət edirlər, aralarında çox böyük rəqabət vardır.
(A9 TV; 22 May 2012)
Adnan Oktar
-
Haşa, Hz. Mehdi (ə.s) olaraq xurafatçılar özlərindən yüz qat daha azğın xurafatçı gözləyirlər. Halbuki, HZ. MEHDİ (Ə.S) XURAFATI YIXMAĞA GƏLİR. İnsan kimi, Müsəlman kimi yaşayacağımız sistemi gətirir. Hz. Mehdi (ə.s) vəsilə olur .
(A9 TV; 22 May 2012)
Adnan Oktar
-
Atatürk bütün uydurmaları, pisliyi geniş şəkildə ortadan qaldırmışdır. Hz. Mehdi (ə.s) da sonuncu elmi mübarizəni aparacaq. Müşriklərin pisliyini yer üzündən tamamilə qaldırmaq üçün elmi mübarizə aparacaq.
(A9 TV; 22 May 2012)
Adnan Oktar
-
Atatürk dəqiq Hz. Mehdi (ə.s) qabaqcılıdır. Yəni Atatürk olmadan Hz. Mehdi (ə.s)-ın çıxması qeyri-mümkündür. Əvvəl Atatürk, sonra Hz. Mehdi (ə.s) zühur edər. İkisi birlikdə İslam Birliyini meydana gətirən bir gücdür.
(A9 TV; 22 May 2012)
Adnan Oktar
-
MÜŞRİKLƏR ANTİ-MEHDİDİR. ONLAR MEHDİNİ QƏBUL ETMƏZ. Müşriklərin hər biri özünü ilah kimi görər, haşa. Onlar krallıqlar şəklində ayrı-ayrı yaşayarlar. Yəni üzərilərində bir güc olmasını qəbul etməzlər. Buna görə də (ə.s)-ı, Hz. İsa Məsihi əsla qəbul etməzlər.
(A9 TV; 22 May 2012)
Adnan Oktar
-
Kommunizm təkcə təzyiq göstərir . Çünki kommunizm zorla iqtidara gələ biləcəyini düşünür. Qarşısına sən amansız bir güc çıxarsan, məsələ bağlanar. Amansız güc nədir? Türk İslam Birliyidir.
(A9 TV; 21 May 2012)
Adnan Oktar
-
Allah Dəccaliyyəti müxtəlif adlar altında azğın hala gətirir ki, Müsəlmanlar bir-biriləri ilə qardaş olsun, bir-birilərini sevsinlər, güvənsinlər. Nizamsızlıq və dəlalət getdikcə dünyanı bürüyür. Müsəlmanlar əzmlə, səbrlə bu dəccal gücə qarşı gözəlliklə, sevgi ilə cavab verib, qalib gələcəklər, inşAllah.
(A9 TV; 21 May 2012)
Adnan Oktar
-
"Nə olacaq halımız" o düşüncə ilə, ümidsizliklə, bacarıqsızcasına hərəkət etsən itirərsən. Allah ümidvar olaraq, güclü olaraq qərarlı olsan müvəffəq edər. Bu, Allahın qanunudur, inşAllah.
(A9 TV; 21 May 2012)
Adnan Oktar
-
Türkiyə sanki Darvinizmin qalası idi, indi isə iman qalası oldu, əlhəmdülillah. Çünki Hz. Mehdi (ə.s) buradadır.