İdealist İslam Birliyi istəyən könül insanı deməkdir.
Hz. Mehdi (ə.s) və İsa Məsih (ə.s) insanları sevindirər, onların ürəklərinə fərahlıq verər.
Elmdə, mədəniyyətdə limit olarmı? Bütün Türkiyədə internet sərbəst olsun, ödənişsiz olsun.
İnternetə tətbiq olunan ədalətli istifadə haqqı və limit tətbiqi əsrimizin ən mənfi hərəkətidir. Dünyanın mədəniyyətə, məlumata və Türkiyəmizin, xüsusilə, geniş mədəniyyətə, məlumata ehtiyacı var. İnternet dünyanın ən böyük universitetidir.
İmralı ilə görüşmələr keçici müalicədir. Sarğı ilə yara sağalmaz. Xərçəng budur. Buna dərindən müalicə lazımdır. O da Quranla, imanla, yaradılış həqiqətləri ilə, elmlə, sənətlə ümumiyyətlə bir təhsillə mümkündür. Amma, təbii, hökumətin xoş niyyətini təqdir edirik.
Cənab Allah Quranda Mehdi (ə.s)-ı çox təfərrüatlı izah etmişdir, amma çox gizli şəkildə izah etmişdir. Məsələn, Süleyman (ə.s) hekayəsində izah etmişdir. Yusif surəsində Mehdi (ə.s)-ı, Zülqərneyn hekayəsində, Kəhf surəsində, dünya hakimiyyəti ilə əlaqədar surələrdə, ayələrdə izah etmişdir. Bir çox yerdə işarə etmişdir.
Hal-hazırda Mehdi (ə.s)-ın fəaliyyətləri gərgin olduğu üçün Cənab Allah Mehdi (ə.s)-ı gizlətməyə davam edir. Əks halda fəaliyyəti rahat olmaz. Fəaliyyətləri açıq olsa rahat olmaz.
Mehdi (ə.s)-ın üstündə pərdələr var. Allahın saldığı pərdələr var. Bir də Allahın Mehdi (ə.s)-ın vəsiləsilə bürüdüyü pərdələr var. Mehdi (ə.s)-ın ledüni pərdələri var. O YETMİŞ QAT PƏRDƏNİ ARALAYAN MEHDİ (Ə.S)-I GÖRƏ BİLİR.
Evdə siqaretin çəkilməsi orada yaşayan insanlara zülmdür.
Pis əxlaq insanın ruhunu yandırar.
Həsəd insanı məhv edər. Qısqanclıq insanı dəliyə çevirər, çirkinləşdirər.
Qurandan kənar haram yaratmaq şirkdir.
Məzlumlara ən gözəl kömək İslam Birliyi ilə olar. İslam Birliyi kökdən həldir.
Xəstəxanaların hotel kimi son dərəcə qəşəng və gözəl olması lazımdır.
Hədisin işarəsinə və Bədiüzzamanın şərhlərinə görə dəccal mikrobla bağlı bir xəstəlikdən öləcək.
Mehdiyyət çox balacalıqdan başladı, getdikcə inkişaf edir. İndi Mehdiyyət gənclik dövründədir, sonra yetkinlik dövrünə girəcək. Sonra hakimiyyət dövrləri gəlir, daha sonra da bitir. İsa Məsih (ə.s)-da da elədir.
Sevgisizlik, eqoistlik dünyanı cənginə alıb. Bunların yeganə dərmanı Qurandır.
Darvinist təhsil böyük fəlakət, uğursuzluq gətirər, böyük təxribat törədər.
Əsgər sevgisi Allah sevgisi ilə olar. Allah sevgisi üçün də əvvəl Darvinizm-materializmin yox edilməsi lazımdır. Darvinist, materialist yetişdirdiyin adama “əsgəri sev” desən əsgəri sevə bilməz, çətinlik çəkər. Allahı sevən, insanları sevər.
Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə bildirir: "Mehdi çətinliklərinizi aradan qaldıran vəlinizdir."
Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə bildirir: "Siz Mehdiyə görə insanların ən məsudusunuz."