İdealist gənclər Türkiyənin təməl daşıdır. Çox ağıllı gənclərdir. Allaha, Qurana aşiqdirlər. Türkiyənin bölünməsinə qarşı güclü mövqedədirlər. Kimsə heç vaxt idealistlərin olduğu bir yerdə Türkiyə ilə oyun oynaya bilməz. Nə bölə bilərlər, nə də oyun oynaya bilərlər.
Hər bir tələ, oyun pozulmuş olaraq yaradılar. Tələni sən yox, Allah hazırlayar. Eləcə də Allah oyunu pozar. Allah ikisini birlikdə hazırlayar.
İslam Birliyi, Mehdi (ə.s) olmasa uğursuzluq hər tərəfi bürüyər. Heç kim İslam Birliyinə, mehdiyyətə, İsa Məsihə qarşı müqavimət göstərməsin. Allahın dediyini edək, məsələ həll olsun. Başqa cür bu mövzu dalğa-dalğa belə ilanbaşı kimi bütün İslam aləmini bürüyər, çox iztirab verər, çox böyük uğursuzluq sarar ətrafı.
Bütün məsuliyyət müsəlman aləmindədir. Müsəlmanlar birlik olsa, Allahın hökmünü yerinə yetirsələr, İslamı Birliyini yaratsalar, Suriya ilə bağlı problem də elə o gün, o saat həll olar.
Haqq, mərhəmət, şəfqət, ağıl, düzgünlük qalib gəlir. Allah tərəfindən zülm, qəddarlıq, mərhəmətsizlik, eqoizm, qürur həmişə məğlub olacaq şəkildə yaradılar. Məsələn, biri çox tərs, qəddar adamdır, əksinə həmişə məğlub olaraq yaradılır. Mərhəmətli, şəfqətli və ədalətli isə həmişə qalib olur. Allah "Allah Hizbi qalib olandır" deyir.
Türkiyə ilə İsrail əməkdaşlıq etməlidir. Bu Suriyanı titrədər. Yəni, İsrail Türkiyə birliyi Suriyanı titrədər. Mükəmməl bir güc yaranar.
Dünya onsuz da bitmək üzrədir, sondur inşaAllah. İnsanlarda nə sənət, nə sevgi qaldı. Mehdiyyətlə bir elektroşok kimi bu ölü dünya son dəfə. Bu da 2080-ci illərə qədər davam edəcək. Ondan sonra yenə pozulur.
Mehdiyyətin kiməsə ehtiyacı yoxdur. Seyidina İsa Məsih İbni Məryəm, İsa Məsih də elədir. Onun da kiməsə ehtiyacı yoxdur. Sevgi istəyər, başqa heçnə.
Mehdiyyət ən ağıllı yoldur. Mehdiyyətin heç bir iddiası yoxdur. Yəni mal-mülk, səltənət də istəmir. Yalnız sevgi istəyir.
Dünyadakı problemlərin səbəbi sevgi əksikliyidir. Sevgini, mərhəməti əsas götürən quruluşun yaranması lazımdır. Bu insan ruhunun əsl ehtiyacıdır.
Mehdiyyət hər kəsi əhatələyən bir ruhdur, siyasəti istəmir. Sevgi müəllimliyidir. Necə ingilis, fransız dili müəllimi olursa, Mehdi (ə.s) da dünyanın sevgi müəllimidir.
Şəffaf, açıq bir işdir mehdiyyət. Yəni gizli telefonları, gizli danışmaları olmaz mehdiyyətin, açıqdır. Hədəfi açıqdır və tək məqsədi sevgi, mərhəmət, şəfqət, dostluq, yaxşılıq, gözəllik, bərəkət, bolluq, demokratiya, sənət və elmdir.
Mehdiyyət başıboş idarəsiz bir hərəkət deyil, Allahın idarəsindədir.
Müsəlmanın rəftarı nədir? Dürüst olması. Hər şeydə ölçünü tam tutmaq. Danışıqda, üslubda, vaxtını ayırmada, ticarətdə, hər şeydə ölçünü tam tutmaqdır.
Mehdiyyət siyasətlə məşğul olmaz. Mehdi (ə.s) sevgi müəllimidir. Mehdiyyət yalnız sevgi, barış, qardaşlıq, dostluq, yaxşılıq, yaxşı niyyət, sənət, elm, bu mövzuları təşviq edən, xalqa bu ruhu sıx olaraq aşılayan bir insandır və bərabərindəki bir qrupdur, bir birlikdir. Mehdiyyətin əsli, əsası budur.
Sosialistlər, marksistlər ictimai ədalət inancını Tövratdan, məsihiyyətdən, Məsih inancından, Məsih dövründəki ictimai ədalətin ehtişamlı şərhlərindən, Mehdi dövründə meydana gələcək iqtisadi ədalətin gözəlliyindən təsirlənərək oradan götürmüşlər.
İsraili, Yaxın Şərqi yaşadan dindir. Dinə hörmət edərək sakitləşib, şəfqətlə, mərhəmətlə meydana çıxıb, məsələni sakit tərzdə həll etmək lazımdır. Döyüş gərginliyi, həyəcanı var, onu sakitləşdirmək lazımdır.
Din olmadan Yaxın Şərqi idarə etmək mümkün deyil. Yaxın Şərqin ruhu dindir. Özünü entel göstərərək Yaxın Şərqi məhv edərsən.
Mehdi (ə.s) tək başına hərəkət edən bir insan deyil. Yüzlərlə xristian ruhani, qiymətli müsəlman alimlərlə ittifaq edərək hərəkət edən bir insandır. Həyatı, danışıqları şəffaf, niyyəti açıq, aydın, çox dəqiqdir.
Amerikan xalqının, Amerikan dövlətinin istədiyi odur ki, bütün dünya cənnət kimi, rahat olsun. Amma bunu edərkən İncildəki Faraklidi, Tövratdakı Moşiyahı, hədislərdəki Mehdi (ə.s)-ı axtarmaları lazımdır. Faraklid, Moşiyah, Mehdi (ə.s) da eyni adamdır.
Mehdiyyət sırf sevgini, mərhəməti, şəfqəti harada tapmaqla, dostluq, qardaşlıq, yoldaşlıq necə olur, sənətin, elmin necə inkişaf etməsi ilə maraqlanar. Mehdiyyət siyasətlə maraqlanmaz.