Hz. Süleyman (ə.s), Mehdi (ə.s)-ın cəddidir. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyir. Mehdi (ə.s) da sənəti çox sevəcək, gözəlliyi çox sevəcək, əzəməti çox sevəcək. Dünyanı bəzəyəcək. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədə; "bütün dünyanı rifah halına gətirər" deyir.
Cənnətə yaxşı hazırlaşmaq lazımdır, onu yaxşı qavramaq lazımdır. İmanı yaxşı gücləndirmək lazımdır. Müsəlman bu məlumatı beyninə tam həkk etməlidir. Anlaşılmaz məlumat kimi qalmamalıdır. Müsəlman Quranda cənnətlə əlaqədar bütün deyilənləri, ayələrin hamısını bilməlidir.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Möminlər ölümlərindən sonra həmişə gözəl şeylərlə qarşılaşırlar. Çətinlik, iztirab, qorxu; bunlar qətiyyən yoxdur. Hər yerdə işləri rahat olar. Vəfat edərkən, dirilərkən, cənnətə alınarkən qətiyyən narahatlıq yaşamazlar.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
Hz. Süleyman (ə.s) incəsənət və estetikanın sultanıdır. Dünyaya sənəti, estetikanı öyrədən insandır. Xristianlar sənəti həmişə ondan öyrəndilər. Sarayın, məscidin və binanın necə bəzənəcəyini. Avropa və Osmanlı imperiyasındakı saraylar həmişə hz. Süleyman (ə.s)-ın sarayına bənzədilərək inşa edilmişdir. Hz. Süleyman (ə.s) bütün sarayların atasıdır, incəsənətin atasıdır, estetikanın, gözəlliyin atasıdır.
(A9 TV; 21 iyun 2015)
Adnan Oktar
-
İnsanları böyük səy göstərməklə elmə, müasir fizikaya təşviq etməliyik. Elm Quran kimi, Allahın ayələrinin güclü şəkildə təcəlli etdiyi bir şeydir.
(A9 TV; 19 iyun 2015)
Adnan Oktar
-
Elm Allahın varlığını göstərmək üçün istifadə olunan bir üsuldur. Onsuz da elmin vəzifəsi budur. Allahın sənətini sübut edər, izah edər. Allah ayədə; "Allahdan ancaq alimlər içi titrəyərək qorxar" deyir. Bu kimsələr, qəti şəkildə iman edərək Allahdan qorxur.
(A9 TV; 19 iyun 2015)
Adnan Oktar
-
Dünya fırlanır, Dünya Günəşin ətrafında fırlanır, o Süd Yolu qalaktikasının içində dövr edir. Ucsuz-bucaqsız boşluqda. Elə bil, nəhəng bir təyyarədəyik. Nə pilotu, nə də nəzarət qülləsiylə əlaqəsi var. Milyonlarla göy cisminin içində heç bir yerə dəymədən hərəkət edir, özü də bizi heç silkələmədən. Bu çox inanılmaz bir şeydir.
(A9 TV; 18 iyun 2015)
Adnan Oktar
-
Sırf insan beynini düşünsən iman edərsən. Sırf hörümçəyin həyatına baxsan iman edərsən. Sırf arının həyatına baxsan iman edərsən. Tamamilə qeyd-şərtsiz iman edərsən.
(A9 TV; 18 iyun 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) son Rəsul, son Nəbidir. Hz. İsa (ə.s) Axırzamanda gəlir, amma bir din gətirmir. İslama tabe olur. Yəni ümmətin bir fərdi olaraq gəlir.
(A9 TV; 18 iyun 2015)
Adnan Oktar
-
Allah, güclənmiş bir imanı istəyir. Amma bu səmimi ruhla əldə edilir. Səmimi vicdana sahib olmadan bunu əldə etmək olmaz.
(A9 TV; 18 iyun 2015)
Adnan Oktar
-
Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır.
(A9 TV; 18 iyun 2015)
Adnan Oktar
-
Allahı sevməyə qərar verən insanın baxışı açılır. Beynindəki məlumat axımı artır. Mühakimə qabiliyyətinə sahib olur.
(A9 TV; 18 iyun 2015)
Adnan Oktar
-
Allah axirətə və cənnətə iman etməyin, buna görə hazırlıq görməyin üstündə dayanır. Müsəlman da bu məsələ üzərində ciddi şəkildə dayanmalı və özünü bu istiqamətdə tərbiyə etməlidir. Yəni bunlara qeyri-dəqiq məlumatlarla deyil, qəti məlumatlarla iman etməlidir. Dünya həyatı və cənnət həyatı daim iç-içə olmalıdır.
(A9 TV; 17 iyun 2015)
Adnan Oktar
-
Əgər cənnət barədə səthi düşünülsə, insan beyni onu səthi qavrayar və ona səthi inanar. Amma diqqətlə düşünüb qəti şəkildə iman edərsə, bunu etməsi üçün Allahdan özünə lazımi məlumatları verməsini israrla tələb edərsə, cənnət və axirət həyatını aydın şəkildə qavrayar.
(A9 TV; 17 iyun 2015)
Adnan Oktar
-
İnsanlar Allaha tam təslim olmurlar. Mənfəətləriylə zidd düşəcəyi vaxt, dini tərk edəcək çox böyük bir insan kütləsi olduğunu görürəm. Mehdi (ə.s) isə, bütün mənfəətləriylə zidd düşsə belə, daim Allahın razılığını istəyən bir insandır. Çünki həyatın bütün yönlərindən əl çəkdiyi hədislərdən aydın olur.
(A9 TV; 17 iyun 2015)
Adnan Oktar
-
Müsəlman gün ərzində cənnət üçün ciddi hazırlıq görməlidir, bütün fikrini cənnətə yönəltməlidir. Cəhənnəm qorxusu olacaq, amma özünü ciddi şəkildə axirətə hazırlamalıdır. Cəhənnəmə hazırlamamalıdır. Müsəlman özünü cənnətə hazırlayar.
(A9 TV; 17 iyun 2015)
Adnan Oktar
-
Müasir, aydın, sevgi dolu, sevgini əsas götürən bir İslam anlayışı dünyaya hakim olacaq. Bundan savayı boş-boşuna çalışmasınlar. Müasir İslam anlayışından başqa hər hansı bir şey olması qeyri-mümkündür.
(A9 TV; 16 iyun 2015)
Adnan Oktar
-
Ənənəvi bataqlığa düşmək dibsiz quyuya düşmək kimidir, insan getdikcə çirklənər. Qatı dinçilik fasiləsiz surətdə qat-qat artan bir bəladır. Adam; "mən qatı dinçiyəm" deyir. Başqası da; "mən daha çox qatı dinçiyəm" deyir. Yarış halında ağlasığmaz bir çirkabın içinə girərlər.
(A9 TV; 16 iyun 2015)
Adnan Oktar
-
İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz.
(A9 TV; 16 iyun 2015)
Adnan Oktar
-
İnsan fitrətinə uyğun olmayan bir İslam anlayışını dünya əsla qəbul etməz. Ən başda Allah qəbul etməz. Hər dəfə zorla belə üfunətli, çürümüş, cəhənnəmi xatırladan, çirkli, pis din anlayışını gətirməyə çalışdıqlarında Allah onları zəlil edər, rəzil edər, yerlərdə sürüyər, məhv edər, açıq şəkildə deyirəm. Bunu unutmalıdırlar.
(A9 TV; 16 iyun 2015)
Adnan Oktar
-
Musiqi olsun, rəsm olsun, heykəl olsun, estetika olsun, gənc qızlar çox baxımlı gəzsin, gənc oğlanlar bu cür yaraşıqlı, nümunəvi halda gəzsinlər. Hər yer sənət qalereyası kimi olsun. Bu təqdirdə dünya müsəlmanlara heyran olar.