Hz. Mehdi (ə.s)-ın tanınan, bilinən Allaha həmd edilən, Allahın xatırlandığı bir evi olacaq. Oraya Beyt-ül Həmd deyilir. Orada həmişə "inşaAllah, maşaAllah, əlhəmdülillah'' zikri edilər.
İslam əxlaqının dünyaya hakim olmasını könüldən, səmimi qəlbdən istəyən 10 nəfər adam olsa belə-amma sevgi ilə, qəlbən istəyəcək- Allah bu 10 nəfərlə İslamı dünyaya hakim edər, inşaAllah.
Kişilərin qadınlar üzərindəki müdaxiləsi aradan qalxmalıdır. Həqiqətən də bu, çox utandırıcı bir şeydir. Yüz ilin eyibidir. İnsanlar bu bəladan qurtulmalıdırlar. Xanımlar yetərincə azad olmalıdırlar. İstədikləri kimi geyinəcək, danışacaq, gəzəcək.
Mehdi (ə.s) dövründə hər şey yeni, sürətli, mükəmməl olacaq.
Tövratda gələcəyə aid məlumatlar və şəxslərin adları ilə əlaqədar böyük bir kod-şifrə sistemi var.
Tabutu-Səkinə çıxarılıb, Mehdi (ə.s)-ın önünə gətirilib qoyulacaq. İman edənlər bunu görəndə Allah eşqi ilə sərxoş kimi olacaqlar.
Mehdi (ə.s) dövründə mal-mülk inanılmaz dərəcədə bol olacaq. Mal yığılmayacaq, davamlı insanlara paylanacaq.
Mehdi (ə.s) dövründə yer üzü ədalətlə dolacaq.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə “Mehdi (ə.s) müsəlmanlara, onlardan qarət edilmiş hər şeyi geri qaytaracaq”.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə “Mehdi (ə.s) bütün xurafatları aradan qaldıracaq”.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə görə “Mehdi (ə.s) bəzən yavaş və ağır danışacaq”.
Mehdi (ə.s) müqəddəs sandığı tapdığında İsrail dindarları qol-qola girib bunu qeyd edəcəklər.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə “Mehdi (ə.s) dövründə yəhudilərin az bir qismi istisna olmaqla əksəriyyəti müsəlman olacaqlar”.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə “Mehdi (ə.s) zalım və qəddar şəxsləri məğlub edəcək” Mehdinin bir adı da Cabir və ya Əbdülcabirdir.
Mehdi (ə.s)-ın zühuru qiyamətin ən böyük və ilk əlamətidir.
Qatı dinçilər dəli xarakterli olurlar. Özlərini məhv edənə qədər dayanmazlar.
Qatı dinçilər hara getsələr tərbiyəsiz, nalayiq hərəkətlər edərlər.
Qatı dinçilərin etdiyi səhvlər ucbatından bütün İslam aləminin başına bəla gəldi.
Qatı dinçilər təqva adına dini çətinləşdirib müşrik xarakteri inkişaf etdirirlər.
Allah Quranda təkcə bir ölkənin deyil, bütün İslam aləminin qurtarılmasını söyləyir. Quranda müsəlmanların parça-parça olduğu bir model yoxdur.
Hər yerdə iqtisadi böhranın olmasının səbəbi Allahdan uzaqlaşılmış olmasıdır.