Hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-a sarılmazsanız, İslam Birliyi olmaz. Mehdiyyətə sarılsanız, məsələ həll olar. Allahın dediyini edəcəksiniz. Özbaşına hərəkət etmək olmaz.
Bəzən mömin müttəqidirsə, təmiz müsəlmandırsa, şeytan vəsvəsə verər, təsir göstərməyə çalışar. Onun ürəyində mütləq kənardan girmək istəyər, incitməyə çalışar. Onun üçün qeyd-şərtsiz iman çox vacibdir. Allaha sığınmaq lazımdır. Çünki şeytanın əsl məqsədi incitmək, narahat etməkdir.
Günahsız insan görmək gözə, ruha qidadır. Uşaqlar, körpələr günahsızdır. Nə gözəl günahsız bir insan, maşaAllah, əlhəmdülillah. Heç günahı yoxdur, nur kimidir, maşaAllah.
Ateist yoldaşların könülləri rahat olsun. Mən onların hamısına şəfqətlə baxıram. Yazışa bilərik, danışa bilərik, kimsə sizə qarşı pis rəftar göstərə bilməz. Elə bir şey olmaz. Fikir azadlığı var. Siz fikrinizi söyləyəcəksiniz ki, məlumat, düşüncə dəqiqləşsin.
Cəhənnəm dərəcə-dərəcədir. Yəni, cəhənnəmin hər yerində atəş yoxdur, hər yerində eyni şey yoxdur. Azğın adamlar üçün şiddətli əzab vardır. Cəhənnəmin bəzi yerləri daha sakitdir.
Cəhənnəm dərəcə-dərəcədir. Cəhənnəmin elə yerləri vardır ki, adam oturar, söhbət edər. Sadəcə sakit, dümdüz mühitdir. Amma cəhənnəmin verdiyi ağrının səbəbi budur ki, cənnətlə müqayisədə canı çox incidilər.
Allah ədalətlidir, nə edəcəyini bilər. Mərhəməti bizim üçün yaradan Odur. Allah yaratmasaydı, biz mərhəməti bilmirdik.
Suriya Allahın izni ilə Türkiyənin idarəsinə girəcək. Baxın, müjdəni verirəm. Bu dəqiqdir. Türkiyə ilə Suriyanın sərhədləri açılacaq. O sərhədlər Suriyanın deyil. İngilislər onu masa arxasında xətkeşlə çəkiblər. Türkiyə ilə Suriya iç-içə olacaq. Fitnə də aradan qalxacaq, burdan Şama istədiyimiz kimi gedəcəyik.
İslamda haqlı olan güclüdür. Təkamülçü düşüncədə isə güclü olan haqlıdır. Baxın, iki zidd düşüncə.
Quranda qırğınlar, didib-parçalamalar, nifrət yoxdur. Qatı dinçilərin tətbiqi o tərzdə olur. Bu Quranın günahı deyil, haşa, qatı dinçiliyin günahıdır.
Bir milyon adam belə olsa, qardaşlarımızı Türkiyəyə gətirəcəyik. Biz Suriyadan bizə sığınan insanlara qapımızı bağlamarıq.
İsraildə hz. Mehdi (ə.s)-ın keçəcəyi tarixi, neçə min illik qapı bağlı olaraq tutulur. Yalnız hz. Mehdi (ə.s) zühur edəndə, Şiloh yəni, Kral Məsih zühur edəndə o tarixi qapı ilk dəfə açılacaq.
Canını qurtarmaq üçün Türkiyəyə sığınan insanı qorumaq fərzdir. Əks təqdirdə insan harama girər, cinayətə şərik olar, Allah əsirgəsin.
2016-cı ildə insanlar Allahın dininə yavaş-yavaş girəcəklər, inşaAllah.
Stalinizm, marksizm yıxılmışdır. İslam Birliyi ən gözəl yoldur. İslam Birliyindən kənarda olan bütün çıxış yolları açılmazdır.
Darvinizmin çökdüyünü ən sonuncu dağdakı PKK öyrəndi və PKK əsas darvinizmin çökməsi ilə gücünü itirdi. Çünki PKK-nın ideologiyası olan kommunizm və marksizm darvinizmə əsaslanır.
İnternetdə girişinə qadağan qoyulan saytların olması da səhvdir. Hər kəs istədiyi sayta girsin, doğru və ya səhv hər cür məlumatı əldə edə bilsin. Hər şeyi görüb, bilsin ki, onların arasından doğru olanı özü seçsin.
Allahın insanlara göstərdiyi qurtuluş proyekti mehdiyyət, İsa Məsihdir, İslam Birliyini yaratmaqdır.
Zənci və ya ağ dərili olsun, hamımız hz. Adəm (ə.s)-ın övladlarıyıq. Zəncilərə hörmətsizlik etmək həm çox eyib, həm də vicdansızlıqdır.
Sevgisizlik çox qorxuncdur. Sevgisizlik və şiddət ruhu bir gənclik fəlsəfəsi kimi yayıldı. Hz. Mehdi (ə.s) üzə çıxsa, sevgini bir həftədə dərhal öyrədər.
Sərhəddən geri qayıdan suriyalı qardaşlarımız dərhal Türkiyəyə qayıtsınlar. Bir yanlışlıq olmuşdur. Bu qardaşlarımızdan üzr istənilsin. Hökumət suriyalı qardaşlarımızı Hatayın hər tərəfində yerləşdirsin. Qardaşlarımız sərhəd boyunca da yerləşə bilərlər.