HZ. MEHDİ (Ə.S)-A QARŞI OLAN ALLAHA DA QARŞI OLAR. Çünki Hz. Mehdi (ə.s) İslamı, Quranı müdafiə edir.
HZ. MEHDİ (Ə.S) SEVGİSİ İMANDAN QAYNAQLANIR. ALLAHI SEVƏN HZ. MEHDİ (Ə.S)-I SEVƏR. Peyğəmbərimiz (s.ə.v)-i sevən Hz. Mehdi (ə.s)-ı sevər. Hz. Mehdi (ə.s)-a nifrət edən Peyğəmbərə də eyni şəkildə nifrət edər, Allah əsirgəsin.
Dəccalın xüsusiyyəti nədir? Bütün dünyanı dinsiz etməkdir. Hal-hazırda dəccal bütün dünyanı dinsiz etdi .
İmtahan verməsə hər şey məhv olar, Allah əsirgəsin. İmtahan bir gözəllikdir. Qardaşlarımız imtahanın sirlərini qavramağa çalışsın. İmtahan mütləq olacaq.
Məsələn, biri Allahın əleyhinə düşünür, sonra rüsvay olur. Hər dəfə peşman olub alçalır. HƏMİŞƏ ALLAH ÜÇÜN, ALLAHA XOŞ GƏLƏCƏK ŞƏKİLDƏ DÜŞÜNÜLMƏLİDİR.
ALLAHA SUİ-ZƏNN ETMƏK OLMAZ , daim hüsnü-zənn edəcəksiniz. SUİ-ZƏNN ETSƏZ, SONRA RƏZİL, XƏCALƏTLİ OLARSINIZ. HƏMİŞƏ ALLAHA XOŞ GƏLƏCƏK ŞƏKİLDƏ DÜŞÜNÜN. SONRA DOĞRU OLDUĞUNU ANLAYACAQSINIZ.
DÜRÜST, SƏMİMİ OLSANIZ ALLAH SİZİ İMANA DAVAMLI OLARAQ YAXINLAŞDIRAR. Təbii ki, dərin iman çox böyük bir nemətdir. Amma Allah bəzən orta miqdarda verər. Bəzən ondan da az verər. Bəzən də daha yüksək verər. SİZ DAİM ALLAHA SARILIN. Hamısı etibarlı olar.
Kitab oxumaq istəməyənlərə tövsiyəm odur ki, kitabın ortasından bir yer açaraq üç sətir oxusunlar. Yenə hər hansı bir səhifəsini açaraq iki sətir oxusunlar. Eyni təsiri alarlar, inşAllah. Allah tam onunla əlaqədar yerləri, ehtiyacı olan yerləri qarşısına çıxarar. Möcüzə olar, inşAllah.
İkiüzlü siyasətçi davranışı çox alçaqdır. Dürüst, doğru siyasətçi davranışı gözəldir. İkiüzlü siyasətçi ikili rəftar göstərər. Mənfəətinə uyğun gəldiyi qədər səni qiymətləndirər. Mənfəətinə uyğun gəlmədiyi anda artıq səni tanımaz. Çox namərdcəsinə davranışdır.
MÜSƏLMANIN NƏ EDƏCƏYİ MÜƏYYƏNDİR. ƏSƏBİLƏŞSƏ BELƏ ƏDALƏTLİ VƏ TƏDBİRLİ OLAR. Çünki Allahın onu gördüyünü, eşitdiyini bilir. Heç bir şəkildə ədalətdən, haqqdan ayrılmır. Müsəlman hər zaman məsum və bağışlayıcıdır. Amma DİNSİZ BİRİ OLDUĞUNDA DƏLİ OLUR, ƏSƏBDƏN ARTIQ İÇİNİ YEYİR.
PKK İLƏ MÜBARİZƏDƏ GÖRÜLƏCƏK ƏSAS İŞ KONSTİTUSİYADA DƏYİŞİKLİK EDİB DARVİNİZMİN VƏ MATERİALİZMİN İZAH EDİLMƏSİNƏ QARŞI YARADILIŞIN DA ELMİ OLARAQ İZAH EDİLMƏSİDİR. Darvinizm və materializm daha geniş izah ediləcək, lakin Yaradılış ilə əlaqədar elmi dəlillər daha çox əhatəli izah edilməlidir. Həll budur.
Kommunizm heç bir ölkədə demokratik üsulla iqtidara gəlməz. Kommunizm ancaq şiddətlə meydana gəlir. Kommunizm sülhü qəbul etməz.
Kişi üçün qadın nemət olur. Qadın üçün də kişi nemətdir. Amma iman olmadan bu mümkün deyil. Nə üçün belədir? Allah bəlaya çevirər. Allah üçün sevməzsənsə bu bəla olar . ALLAH ÜÇÜN SEVSƏN KÖNLÜN ÇOX RAHAT OLAR.
Azca səmimiyyətsiz olanın baxışlarından dərhal bəlli olur. Hətta soruşursan, nəsə olubmu deyə, dərhal aydın olur. AĞLI TƏMİZ OLANLARDA NƏFƏS KƏSİCİ BİR GÖZƏLLİK MEYDANA GƏLƏR. Allah onu xüsusilə gözəl yaradır.
Din bizə vicdan dincliyini, vicdan rahatlığını verir. Bacardıqca dürüst oluruq. DÜRÜST OLDUQCA BEYNİMİZDƏKİ TƏZYİQ DƏ QALXIR. TƏZYİQ QALXINCA DA NƏFƏS KƏSİCİ BİR SEVGİ AXIŞI MEYDANA GƏLİR.
Peyğəmbərimiz (s.ə.v) necə mübarizə edirsə, o cür də mübarizə aparmalısan. Rəsulullah (s.ə.v) səhərə qədər xidmət edirdi. Müsəlman belə olmalıdır. Biz bura əylənmək üçün gəlməmişik. İmtahan verdiyimiz bəllidir.
Bir hakimə dürüstlüyünə görə xüsusi dəyər vermək lazımdır. Yəni dürüstlüyünün, yaxşılığının, səmimiyyətinin, doğruluğunun həqiqi olduğu təsbit edilib, ona qiymət verilməsi lazımdır.
Deizm və s. bunlar çox təhlükəli sözlərdir. Bunların sonu imansızlığa gedir.
Məhəmmədi olsan, yarımçıq Yəhudi olmaqdan çıxaraq həqiqi Yəhudi olarsan.
Peyğəmbərimiz (s.ə.v)-i rədd edən bir adam vicdanını itirib, vicdanı qalmamışdır.
Vicdanı olub Quranı rədd edən bir insanı mən düşünə bilmirəm.