Hz. Adəm bütün insanlarla birlikdə kainatın yaradılmasından əvvəl zər aləmində yaradılmış sonra cənnətdə var edilmiş, sonra dünyaya göndərilmişdir.
Türkiyənin 99%-də müasir, ziyalı müsəlman dünyagörüşünün hakim olmasına biz vəsilə olduq. Mövhumatçı sistemin yaşanılmaz olduğunu hər kəs gördü.
Atatürkçülük millətimizin ziyalı ruhunun adıdır. Atatürk bu millətin özündə olan dəyərləri ortaya qoymuşdur.
Qadınların baxımlı, gözəl, azad olmadığı hər yerə fəlakət gələr. Allah bəndələrinin azad buraxılmadığı ölkələrə bərəkət verməz.
Ehtirası, sevgini, sədaqəti Allah yaradar. Sən Allahı haşa sevməsən, Allah sənin üçün, səni sevənləri yaratmaz. Sən Allahı unutsan Allah səni unudar.
Qurana tabe olduqda sevginin qarşısında heç bir maneə qalmaz. Quran insanlara Allah sevgisini və Allah üçün bütün varlıqları sevməyi öyrədər.
Bərzaniyə “xoş gəldin, səfa gətirdin” deyirik. O alicənab, dindar insandır. Haqqında işlədilən çirkin üslubu qınayırıq.
Türkiyədə cəmiyyəti Suriya, İraq kimi keyfiyyətdən, əyləncədən, incəsənətdən uzaq bir quruluşa çəkmək istəyənlər var. Bunlar təkcə canlı qalmağı əsas götürür, bir növ orqanizm kimi yaşamaq istəyirlər. Allahın bizdən istədiyi həyat bu deyil. Sevgi, coşğu, gözəllik, keyfiyyət, sevinc əsas şərtdir.
Mən gözəlliyə Allah sevgisi ilə aşiq insanam. Gözəllik ruhu açar, qəlbi açar. Mənim ruhumun qidası gözəllikdir. Cənnətin təməl xüsusiyyəti gözəllikdir.
Türkiyəni Suriya və ya İraqa döndərmələrinə icazə vermərik. Gənclər, qadınlar istədiyi kimi müasir və azad olacaq, incəsənət və keyfiyyət hakim olacaq.
Minlərlə dəfə söylədim bir daha söyləyirəm, mənim Mehdilik iddiam olmadı və olmayacaq. Hocalıq iddiam da yoxdur.
İnsanları namazdan uzaqlaşdırmaq üçün Quranda olmayan çoxsaylı hökm əlavə edirlər. Bu hökmlərdən dinə qarşı sədd kimi istifadə edirlər. Quranda olmayan hökmlər əlavə edərək milyonlarla insanın dəstəmaz almasına, namaz qılmasına, dini yaşamasını əngəlləyirlər.
Döymə haram deyil. Dəri altına edilən bir əməliyyat olduğu üçün qüsl dəstəmazına mane olmaz.
İngiltərə dərin dövlətinin oyunlarını ifşa edərək açdığımız qapı bir çox ziyalı və yazarımızın lazım olan elmi mübarizəni aparmasını təmin etdi.
Tayyib hocam vicdan əhlindəndir, səmimi dəliqanlıdır, iradəsi güclüdür. İslamı sevda olaraq qəbul etmişdir. Allah xeyirli uzun ömür nəsib etsin.
Allah Quranda zər aləmində bütün insanları yaratdığını, sonra kainatı var etdiyini bildirir. Quranda təkamüllə mərhələ-mərhələ yaradılış yoxdur.
Hər şeyin palçıqlı sudan təsadüfən yarandığını iddia edən təkamüllə, bir müsəlmanın ortaq düşüncəyə sahib olması qeyri-mümkündür.
Münafiqləri tək tip olaraq görməmək lazımdır. Sinifləri və tərzləri fərqlidir, bunları görmək, diaqnoz qoymağa çox faydalı olur.
Müsəlmanların ən böyük səhvlərindən biri münafiqləri bulanıq bir mövzu olaraq görmələri idi. Buna görə də münafiqlər İslam aləmini qırıb keçirdi.
İnsanların bir çoxu dünya dolanışığı hayındadır. Mənim dostlarımın gecəsi də, gündüzü də Allah rizası üçün cəhd etməkdir.
Bir çox insan üzərinə gələn təzyiqə və islamofobiyaya qarşı bizim gördüyümüz elmi işlərin və müasir İslam anlayışımızın sədd olduğunu anlamır. İnsanlara camaatına, özünə belə düşmən, baxımsız, zövqsüz müsəlman modelini aradan qaldırıb Quranın nur kimi İslam anlayışını göstərdik.