avatar

Adnan Oktar

Hüququ öldürməyə, tapdalamağa çalışan insanlara qarşı qismən də olsa səssiz qalmaq anarxiyanın yaranmasına səbəb olar.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Xristianlara qarşı şəfqət, sevgi gözəl əxlaqın əlamətidir. Quranın əmridir. Allahın əmr etdiyi bir gözəllikdir.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

İslamın birləşdirici xüsusiyyəti dünyada onsuz da təcrübədə görülür. Dövlətin, əxlaqın meydana gəlməsində, ailənin meydana gəlməsində İslam əsas zəmindir.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

İslamiyyət müsəlman olmayanı da, ateisti də qoruyan bir dindir. Müşriki də, bütpərəsti də qoruyan bir dindir. Buna görə şəfqət, mərhəmət, müdafiə edən təməli olduğu üçün İslam əsas olur. İslam olmasaydı, onsuz da darmadağın olardı. "Türk milləti" deyə bir millət qalmazdı, parça-parça, darmadağın olardıq.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Biz türk millətini təsvir edərkən Türkiyədə yaşayan hər kəsi türk hesab edirik. Türklüyü qəbul edən hər kəsə türk deyirik. Ümumiləşdirici bir ifadədir. Yəni, müsəlmanlıq nəzərdə tutulmuş olur. Türklüklə müsəlmanlıq onsuz da iç-içədir. Fərqli bir mənası yoxdur.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Quran hər şeyin ən xeyirlisini insanlara bildirir. Məsələn, Allahın içkini qadağan etməsi dünyada o qədər gözəl nemətlərə vəsilə olur. Əməl edilsə, cinayətlərdə böyük dərəcədə azalma olar. Yol qəzalarında böyük dərəcədə azalma olar. İçki içib təzyiqdən ölənlər var, başqa xəstəliklərə səbəb olduğu üçün qaraciyər xəstəliklərindən ölənlər var. Bunlar aradan qaldırılmış olar.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Türk polisinin xüsusiyyəti odur ki, hamısı vətənpərvərdir. Hər biri bölünməyə qarşıdır, əlhəmdülillah. Bir dənə muxtariyyət və s. qəbul edən polis tapa bilməzsən. Əsgər də elədir. Millətimiz də elədir, maşaAllah.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Polislərimiz aslandır, canımızdır. Hər yerdə xeyirin, yaxşılığın, gözəlliyin tərəfdarıdır. Vətənin birliyi və bütünlüyü üçün cəhd göstərən hər insana qarşı ürəklərində dərin bir sevgi və məhəbbət vardır.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Bərəkət üçün bir şərtlə dua edərəm ki, qazanclarını, bədənlərini, canlarını tamamilə Allaha həsr etsinlər. Ayədə― "Həyatım və ölümüm aləmlərin Rəbbi olan Allahındır"― deyə bildirilir. Allaha özünü tam həsr edən, təslim edən üçün Allah böyük, bol bərəkət versin ki, Allah yolunda onu xərcləsinlər.
A9 TV; 6 may 2013
avatar

Adnan Oktar

Ələvi demək Allah aşiqi, hz. Əli (r.ə), əhli-beyt aşiqi deməkdir. Sevgi dolu insan deməkdir. İnsanları, uşaqları, yaşlıları sevər, musiqini sevər, gözəl sözlər söyləyər, hikmətli danışar. Davakar olmaz. Onlar sülh, hikmət insanlarıdır.
A9 TV; 6 may 2013
avatar

Adnan Oktar

İstanbulda böyük zəlzələ olmayacaq. Mehdi (ə.s)-ın olduğu yerdə zəlzələ olmaz. Bu bir möcüzədir. Normal olaraq zəlzələ gözlənilirdi. "Olmalıdır " ―deyirdilər, amma olmur. Uzun müddət olmayacaq, inşaAllah.
A9 TV; 5 may 2013
avatar

Adnan Oktar

Cənab Bağçalı çox ağıllı insandır. İdealist gənclik də güclü xarakterlidir. Güclü cavanlardır. Türkiyənin təməli, zəmanətləridirlər, inşaAllah. Türkiyəyə dəstək olan, xarici gücləri titrədən bir-birindən mükəmməl güclərdir. Buna görə də ürəkləri sakit olsun. Daim Allahın köməyi üzərilərində olacaq.
A9 TV; 5 may 2013
avatar

Adnan Oktar

Dua səmimi edilməlidir. Bunu xüsusi olaraq fikrini cəlb etməklə, səmimiyyət ruhu ilə əldə etmək lazımdır. Bir də çox uzun dua deyil, köklü, dərin və səmimi dua çox əhəmiyyətlidir. Səmimi olması lazımdır, inşaAllah.
A9 TV; 5 may 2013
avatar

Adnan Oktar

Baş nazirimiz vicdanlı insan olduğu üçün Suriya məsələsində səmimi olaraq fəryad edir.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Baş nazirə vəfasızlıq, xəyanət etdirmərik. Vəfasızlıq və xəyanət Allahın bəyənmədiyi qeyri-normal bir hərəkətdir, vicdanın yox olmasıdır.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Suriyadakı, Banqladeşdəki hadisələrdə müsəlmanların oyanmasına təşviq var. Allah bütün müsəlmanları bu hadisələrlə sarsıdır, "oyanın" deyir.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Bangladeşdə 2400 müsəlmanın öldürülməsi nə Avropanın, nə Amerikanın, nə də bütün dünyanın vecinə deyil. Avropada filan insanlar diskotekalarda əyləncəsi ilə məşğuldur.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Dəccaliyyət İslam dünyasını mühasirəyə almış vəziyyətdədir. Müsəlmanları təhqirə etməyə, öldürməyə çalışırlar.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Darvinist-materialist təhsil tədris ediləndə nəticəsi də belə olar. Qarşısındakı adamı heyvan olaraq, mikrobdan inkişaf etmiş bir heyvan olaraq görür. İnsan elə fikirləşir ki, mikrobdan meydana gəlmişdir, mən də bunu bıçaqlayıram, öldürürəm. Sevgisizliyin səbəbi olan darvinizm və materializmin yer üzündən fikirlə silinməsi ən vacib mövzudur.
A9 TV; 8 May 2013
avatar

Adnan Oktar

Alimlərdən min adam bir yerə yığışsa hz. Mehdi (ə.s) kimi olmaz.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Mehdiyyət Allahın adı ilə hakim olmadan dünyaya hüzur gəlməyəcək, yaşanan bu acı hadisələr dayanmayacaq.
A9 TV; 8 may 2013
PAYLAŞIN
logo
logo
logo
logo
logo