Stalinizm heç vaxt dövlətsiz olmaz. Proletariat diktaturası Stalinizmin imtina edilməz xüsusiyyətidir. Yoxsa insan Stalinist olmaz. Yəni kommunist olmasının mənası qalmaz. İnsan partiyanı nə üçün qurur? Dövlət yaratmaq üçün qurur.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Gümrah gənclik əvəzinə ölü gənclik hədəf edilir. Ənənəvi ortodoks zehniyyətlə beyninizi, ruhunuzu çürütmək istəyirlər, fitrətinizi yox edirlər və qadın düşməni etməyə çalışırlar. Qadın gözəlliyini yox edirlər. Eləcə də, hiss etdirmədən bu yolla Yaxın Şərqi məhv etdilər. Heç kim bu oyuna düşməsin.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Yaxın Şərqin məhv olması planında tətbiq olunan şeytani üsullardan biri də, ənənəvi ortodoks İslam anlayışı ilə insan fitrətini tamamilə pozub, beyindəki gümrahlığı yox edib, beyin gücünü yox etməkdir. İnsanların beyni məhv olur, çürüyür sanki. Ruhunu, ağlını çürüdürlər və görürsünüz səfaləti, pərişanlığı.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Ortodoks İslam anlayışı insanların gümrahlığını yox edib beyinlərini iflic edir. Bunun nəticəsində həmişə əzilən cəmiyyətlər yaranır.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
"Allahın rəhmətindən kafirlərdən başqası ümid kəsməz" deyir Allah. Bir insanın düzəlməsindən ümid kəsmək çox anormaldır. Nəsihət verib doğru yola gəlməsi üçün səy göstərmək lazımdır.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Bəzi gənclər arasında istehsaldan, texnologiyadan, elmdən tamamilə uzaq, yaradıcı olmaqdan, incəsənətdən, estetikadan tamamilə uzaq, hazır olanı yeyən, hazır olanla bəslənən və müftəxor olan ruh sistemi çox sürətlə yayılır. Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilərək buna qarşı tədbir alınmalıdır.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Gənclər televiziya kanallarındakı boş proqramlarla vaxt keçirir. Bu, zehinləri boşaldan təhlükəli mədəniyyətdir. Milli şüura sahib nəsil yetişməlidir.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Sevgini yayaq. Müəllimlər məktəblərdə bir dəfə şagirdlərinə sevgidən bəhs etsələr, uşaqlar çox açılarlar. Sinif müəllimləri: "Uşaqlar bir-birinizi sevin, dost olun, qardaş-bacı olun" desə, "sevgi çox gözəl şeydir" desə, "sevgiyə bütün insanların ehtiyacı var" desə, uşaqlar bunu ömür boyu unutmazlar. Bunu bütün müəllimlərdən xahiş edirik. Bütün Türkiyə səviyyəsində sevgidən bəhs etsinlər. Bir kəlmə.
(A9 TV; 1 mart 2016)
Adnan Oktar
-
Hədislərə görə, İsa Məsih (ə.s) ilə Mehdi (ə.s) namaz vaxtı qarşılaşacaq. İsa Məsih, Mehdiyə: "İmam ol, namazı sən qıldır" deyəcək və Mehdi həmin andan etibarən dünyanın imamı olacaq.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Xristianların, haşa “İsa ilahdır” demələri bir çox xristian gəncin dindən uzaqlaşmasına səbəb olur. Bu batil inancı yox etməlidirlər. İsa Məsihə Allahın Peyğəmbəri desən xristianlıq dünyanı əhatə edər. Lakin "İsa Allahdır" desən olmaz. Buna görə də, Avropada böyük kütlə dinsiz oldu.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Ateist dürüst insan deməkdir. Mərdcə, açıqca söyləyir, "mən Allaha inana bilmirəm, dinə inana bilmirəm, məni razı salacaq insan varsa danışaq, dürüst iman gətirmək istəyirəm" deyir. Saxtakarlıq, münafiqlik çox qorxuncdur.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Zahirdə imtahanda, batində isə təhsil prosesindəyik, kurs kimi. Çünki Allah bizim nə etdiyimizi bilir. Onsuz da Yaradan Odur. Yəni sonsuz əvvəldən nə etdiyimizi bilir. Biz onsuz da əməl edib qurtarmışıq. Bizi öyrədir, bizim nə olduğumuzu, özümüzə göstərir. Bizi bizə göstərir. Yəni bizi bizə sevdirir. Axirətə hazırlayır.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. "Yaxşı düşünərəm" deyərsən, "Allah razı olsun etməyə çalışaram" deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Mömin nəsihətə açıq olmalıdır. Xətalı olması problem deyil, lakin söz dinləyən olmalıdır. Yəni həyasız, nəzakətsiz olmamalıdır, lovğalıq etməməlidir. Nəzakətiylə Quran ölçüsü çərçivəsində dinləyib: "etməyə səy göstərəcəyəm" deməlidir, edə bilməsə də.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
"Hər halda o münafiqdir" deyir. Yaxşı, belə olduğunu fərz edək; öyrət, təbliğ et, ayə söylə, səbir et, danış, elə deyil? O zaman heç kim heç kimlə görüşə bilməz ki, heç bir müsəlman başqa müsəlmanla görüşə bilməz. Ona münafiq de, buna kafir de, o birisinə xəstə de, axırda insan qalmaz.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Möminlər arasında himayəçilik sistemi var. Bir insana münafiq diaqnozu qoyaraq möminlərin arasından atmaq səlahiyyəti yoxdur. Bu ancaq vəhylə olar.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Məsələn, bəzən yazanlar olur: "Qrupumuzda biri var münafiqdir, nə edək?" Haradan bilirsən? Bəlkə o münafiq dediyin insan cənnətə gedəcək, sən cəhənnəmə gedəcəksən. Qəlbini mi yardın? Peyğəmbər heç belə qərar vermir, belə şey yoxdur. Vəhy gəldiyi vaxt qərar verir. İnsanlar münafiqəm deyə uca səslə bağırır, qaynaşır, yenə toxunmur Peyğəmbər (s.ə.v), düzəltməyə çalışır.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Ateisti, dinsizi, İslam əleyhinə olanları qazanmağa çalışdığına görə, qəlbində xəstəlik olan, imanında zəiflik olan müsəlmanı daha çox qazanmağa çalışmaq lazımdır. Çünki o sənin yanında hazır vəziyyətdədir, onsuz da rahat danışa bilirsən. Nə qədər anormal olsa da, nə qədər tərs olsa da, bunun savabı çox olar.
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Birisi: "Lə ilahə illəllah, Muhammədən Rəsulullah" dediyi müddətcə sən onu münafiqliklə ittiham edib, müsəlmanların himayəçilik sistemindən kənara çıxarda bilməzsən. Məsələn, "çıx get, küfr əhlinin yanına get" deyə bilməzsən, haramdır. Sən küfr əhlini qazanmağa çalışırsan, onu da göndərməyə çalışırsan. O zaman küfr əhlini niyə qazanmağa çalışırsan?
(A9 TV; 29 fevral 2016)
Adnan Oktar
-
Möminlər bir-birlərini qoruyub himayə etməklə mükəlləfdir. Quranda himayəçilik sistemi var. Mömin mömini öz oğlu kimi, qızı kimi, qardaşı kimi qorumalıdır.