Hüceyrə təkcə qanla bəslənilmir. Çünki ruh bədənə hakimdir. Allahın diləməsi ilə, bədəni diri saxlayan ruhdur. RUH DA İMANLA BƏSLƏNİLİR. RUHDAN İMANI ALSAN RUH MƏHV OLUR, BELƏ OLDUQDA DA BƏDƏNƏ TƏZYİQ ETMƏYƏ BAŞLAYIR.
Şeytan insanları ovsunladı. İnsanların imanını əllərindən aldı. İman gedəndən sonra insanın təməli çökdü, beyninin funksiyaları pozuldu, diqqət dağıldı, yaddaş azaldı, düşünmə qabiliyyəti dayandı, bu zaman bədən hüceyrələri özünə hücum etməyə başladı.
İnsanın imanı zəif olsa sümüyü də, əti də, yağı da, saçı da, başı da çürüyür, ağılı, fikri azalır, hər yeri məhv olur. Çünki sevgisizlik, şəfqətsizlik bədən hüceyrələrini öldürür, toksik təsir edir və bədən də dözə bilmir.
Müsəlman hər kəsə sevgi ilə yanaşmalıdır. Başı açıq olanı da sevməlisən, massona da şəfqət göstərməlisən, hamıya qarşı şəfqətli olmalısan. Hər kəsin xeyiri, yaxşılığı üçün cəhd etməlisən. KÜFRLƏ, QIŞQIRIB-ÇIĞIRMAQLA, KƏSİB-DOĞRAMAQLA, TOPPUZLA, TÜFƏNGLƏ TƏBLİĞ ETMƏZLƏR. NURLA, GÖZƏL SÖZLƏ, EŞQLƏ, ŞÖVQLƏ TƏBLİĞ EDİLƏR, İNŞAALLAH.
Quran, İslam elmlə izah edilərək, sevgi ilə, nəzakətlə, demokratik ruhla, şəfqətlə izah edilməlidir.
İslam Birliyi Yəhudilərin də qızıl dövrü olacaq. Möhtəşəm bir mədəniyyət yaradacaqlar, bu dövrdə çox rahat olacaqlar. İslamın, Quranın gözəlliyini gördükdə hər biri Məhəmmədi olacaq.
Biz Sionist, mason, kommunist, ateist də olsa hər bir kəsin Mehdiyyət içərisində əriməsini, İslam Birliyini dəstəkləmələrini, Türk-İslam Birliyini qurmaqda kömək etmələrini və bu gözəl birlik içərisində, üstün cəmiyyət içərisində rifah, dinclik, gözəllik içərisində yaşamalarını istəyirik.
Hikmətli, qısa və dəqiq danış. Uzun danışmaq, boşboğazlıq etmək çox böyük xəstəlikdir. Bütün dünyada geniş yayılıb.
Cənabı Allah əylənməyin demir. Peyğəmbərimiz (s.ə.v)-in hədisləri vardır: "zarafat edin" deyir. Zarafatla əlaqədar, zarafatı təşviq edən hədislər vardır. Zarafat elə, amma axirəti, mələkləri mövzuya niyə qarışdırırsan? Zarafatın içinə niyə salırsan? Bu çox pisdir.
Allah bizi sıxışdırmaq istəməz, bizim yaxşılığımızı istəyir. Bizim normal, məqbul, vicdanlı, dürüst, yaxşı insan olmağımızı istəyir. Özü ilə, mələyi ilə lağ etsən, o zaman Allah nicatını kəsər.
Normal Müsəlman kimi yaşayaraq hüzur içində öl. Ölərkən də canını asanlıqla tapşırarsan , mələklər də sənə sevgi göstərər, qarşılanmağın da, cənnətə gedişin də, cənnətdə gördüyün etibar da gözəl olar. Əks halda, sonsuza qədər alçaldılarsan, əzab çəkərsən.
Sən axirətə lağ etməklə axirətdən xilas olacağını və yaxud axirət qorxusundan azad olacağını zənn edirsənsə yanılırsan. Daha da günahkar olarsan, işgəncən artar, əzab çəkərsən.
Axirətdə sorğu zamanı tək olursan. Orada meydan oxuya bilməyəcəksən, mənəm-mənəmlik edə bilməyəcəksən.
Mələklər canını alarkən qanın iliyi çəkilər, bacarmazsan (axirətlə zarafat edə bilməzsən). Cəhənnəmdə diz çökdürüldüyündə onları edə bilməzsən. Orada səni alqışlayanlar, dinləyənlər də olmaz.
Axirətlə lağ edərək bununla axirətdən xilas olacaqsan? Cəhənnəm əzabından xilas olacaqsan? Öldüyün zaman dünyadakı kimi ola bilməyəcəksən; vurnuxursan, göz yaşı içərisində dəhşət, sıxıntı yaşayırsan. Dünyada olarkən karikatura seyr edirmiş kimi aldığın kefi, sevinci yaşaya bilməzsən.
Mələklərlə əlaqədar, axirətlə əlaqədar karikaturalar çəkirlər. Başının üstündə quşlar, buludlarda adamlar uçur. Cəhənnəm zəbaniləri insanları qovur. Bütün karikatura jurnallarında vardır. BUNLAR ALLAH QORXUSUNU, ALLAH SEVGİSİNİ AZALTMAQ ÜÇÜN TƏBLİĞATDA İSTİFADƏ EDİLƏN GİZLİ ÜSULLARDIR.
AXİRƏTLƏ ƏLAQƏDAR LƏTİFƏ, ZARAFAT DANIŞILMAZ. Axirəti niyə mövzuya qatırsınız? Bu mövzuya axirəti, müqəddəsatı niyə qatışdırırsınız? BELƏ ETMƏKLƏ AXİRƏTƏ, MƏLƏKLƏRƏ QARŞI HÖRMƏTİ AZALDARSAN.
Marksist, Leninist düşüncənin mənbəyi terrordur. Buna görə dövlətin Darvinist-materialist təhsili dayandırması lazımdır. Leninizmi, Darvinizmi, Marksizmi cavabı ilə birgə izah et. Cavabsız izah edilsə, təsiri də dağıdıcı olar.
Pərişan insanlar, mühit olmamalıdır. Orta şərqdə bu böyük bəla, keyfiyyətsizlik hakimdir. BÜTÜN İSLAM ÖLKƏLƏRİNDƏ KEYFİYYƏTİN ƏN YÜKSƏK DƏRƏCƏSİNİN HƏDƏFƏ ALINMASI LAZIMDIR.
Keyfiyyətsiz teatr, parklar, məsələn; keyfiyyətsiz əyləncə, musiqi, geyim çox təhlükəlidir. Keyfiyyətsiz evlər, küçələr, yəni hər tərəf cəhənnəmə dönər, Allah əsirgəsin. KEYFİYYƏTƏ ÖNƏM VERSƏK, TEZ BİR ZAMANDA İNKİŞAF EDƏR.
Ən yüksək keyfiyyəti hədəfə almaq lazımdır. Avropa keyfiyyətindən də üstün bir keyfiyyəti qazanmaq məqsədi olmalıdır. Keyfiyyət milli siyasət prinsipinə əsaslanmalıdır.