Hökumət darvinizmə əl atsın. Darvinizm birbaşa Allahı inkar edən bir sistemdir. Bütün dünya məktəblərdə Allahı inkar edir. Bu vəd edilən dəccaldır; Darvin bir dəccaldır. Axırzaman dəccalıdır. Allahı inkaretmə düşüncəsini inkişaf etdirən bir insandır. Marks, Lenin, Stalin, Hitler, Mussolini o fəlsəfədən törəmişdir. Dəccalın komitəsi olar, komitələrin komitələri olar. PKK da bu komitələrlə ideoloji əlaqəsi olan bir təşkilatdır.
Dünyadakı ən böyük xəstəlik iman zəifliyidir. Çəkilən bütün əzabların, iztirabların, xəstəliklərin təməlində bu var. Dünyadakı bütün fəlakətlərin, aclığın, iqtisadi böhranın təməlində də yenə bu var. Güclü iman olduqda Allah dünyanı cənnətə çevirər.
(A9 TV; 1 avqust 2015)
Adnan Oktar
-
Biz də əziyyəti xoşlayırıq. Dəyişməz, cansıxıcı həyatı biz də sevmirik. Məsələn, sevdiyimiz biri bizim üçün əziyyət çəksə, çətinlik çəksə onu sevərik. Mənfəət üçün bəslənilən sevgi mənasızdır.
(A9 TV; 1 avqust 2015)
Adnan Oktar
-
Allah dünyanı metafizik olaraq yaratmışdır. Sakit həyatı bəyənmir. Aktiv, döyüşlər baş verir, qəhrəmanlıq göstərilir, şücaət göstərilir. Əziyyət nəticəsində İslam hakim olur. Allah bunu bəyənir.
(A9 TV; 1 avqust 2015)
Adnan Oktar
-
PKK iman etmədiyi müddətcə başı bəladan xilas olmaz. Açıq-aydın şəkildə dəccal ordusudur və Fironun ordusu kimi bəla dənizinə qərq olacaqlar. Ağıllansınlar. İman gətirib xilas olsunlar. "La İlahə İllAllah Muhammədən Rəsulullah" desələr xilas olarlar. Bu murdar dənizdən çıxsınlar.
(A9 TV; 1 avqust 2015)
Adnan Oktar
-
Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək.
(A9 TV; 31 iyul 2015)
Adnan Oktar
-
Mehdi (ə.s)-ın vəfatından sonra bütün insanların üzərinə zülmət çökəcək. Hər kəs imanını qorumağa çalışacaq, amma iman daim yox olmağa doğru gedəcək. Allahın zəlalətə salan adı, artıq dünyaya hakim olmağa başlayacaq.
(A9 TV; 31 iyul 2015)
Adnan Oktar
-
Vətənin bölünməsi taledə yoxdur. Amma ümməti oyandırmaq üçün Dəccala ehtiyac var. Dəccal xoruz kimi banlayar, insanları oyandırar. Yoxsa insanlar yatar. Dəccal olmadan hərəkətə keçməzlər. Vəzifəsini tamamladıqdan sonra hamısı yox olar.
(A9 TV; 31 iyul 2015)
Adnan Oktar
-
Allah: “Sırf Mənim üçün, Məni sevməlisiniz” deyir. Ölümünə sevməlisiniz deyir. Biz də Rəbbimizi ölümünə sevirik. Allah səmimi və təmiz sevgiylə sevilmək istəyir. Bu, Allahın haqqıdır.
(A9 TV; 31 iyul 2015)
Adnan Oktar
-
Allah elə-belə sevilmək istəmir, cansıxıcı sevgi də istəmir. Belə sevgini heç kəs istəməz. Dəyişməz, cansıxıcı sevginin nə faydası var? Birinə pul verirsən səni sevir, peşən üçün səni sevir, mənfəəti üçün səni sevir. Belə sevgi olmaz.
(A9 TV; 31 iyul 2015)
Adnan Oktar
-
Allah dəli eşq istəyir. Allah sevgi mövzusunda çox həssasdır. Allahda tam aşiq təcəllisi var. Eşqinə xəyanət edəni məhv edər. Amma eşqinə eşqlə cavab verəni də sonsuza qədər eşqlə sevər.
(A9 TV; 31 iyul 2015)
Adnan Oktar
-
Allah tənha qalmaq istəmir. Allah Özünə aşiq olunmasını istəyir. Sevməyi də sevir, sevilməyi də sevir, gözəlliyi də sevir.
(A9 TV; 31 iyul 2015)
Adnan Oktar
-
Xahiş edirəm şəhid cənazələrində ağlamağı aradan qaldıraq. Qurana uyğun deyil, adətimizə uyğun deyil, İslam əxlaqında belə şey yoxdur. Bu çox qədim dövrlərdə Şumerlərdə görülən bir adətdir. Cənnətə gedənin arxasınca ağlamaq olmaz.
(A9 TV; 31 iyul 2015)
Adnan Oktar
-
“Həll prosesi” deyilən şey; PKK-nın orada bir dövlət qurması, Abdullah Öcalanın oraya prezident vəzifəsinə keçməsi, bölgənin Türkiyədən alınması və orada stalinist, kommunist, yırtıcı, qırmızı bir rejimin hakim edilməsidir. Proses dedikdə məhz bunu nəzərdə tuturlar.
(A9 TV; 30 iyul 2015)
Adnan Oktar
-
PKK-nın qanun və hüquqla yox edilməsi bütün müsəlmanlar üçün fərzdir. PKK ilə mübarizə aparılmaması haramdır.
(A9 TV; 30 iyul 2015)
Adnan Oktar
-
Silahı yerə qoymaq PKK-nın əsla qəbul etməyəcəyi şeydir. Əvvəla bu marksist, kommunist, stalinist prinsiplərə ziddir. Onlar kommunist, stalinist olaraq yetişdirilmişdirlər. Stalinizm ilə silah iç-içədir. Niyə yerə qoysun ki? Sənin xahişinə görə yerə qoyar heç? Təhsil ilə olar bu; darvinist- materialist təhsilə son versən, yaradılışdan, Allahın varlığından, birliyindən danışsan olar.
(A9 TV; 30 iyul 2015)
Adnan Oktar
-
Müsəlmanlar zavallıdırlar. Bir-birləriylə boğuşmaları çox ağılsız hərəkətdir. Onsuz da hamı sizi əzib keçmişdir. Onsuz da sürünmüsünüz. Onsuz da pərişan olmusunuz. Bir-birinizi əzib keçməyə nə gərək var? Bunlar necə də ağılsız hərəkətlərdir. Hara baxsaq zavallıları görürük. İraqa, Əfqanistana baxıb zavallıları görürük, Yəmənə baxıb zavallıları görürük. Nə gərək var? Birləşin qardaş olun. Gözəl, təvazökar, zəngin, sağlam, xoş yaşayın.
(A9 TV; 30 iyul 2015)
Adnan Oktar
-
Sünni, Şiə, Vəhhabi - bunların hamısı bir-birinə bərabərdirlər, eynidirlər. Hamısı qardaşdırlar. Mübarizəyə girişmək düşüncəsizlikdir. İslam Birliyi üçün səy göstərin. Bütün müsəlmanları birləşdirməyə çalışın, bunun təbliğatını aparın, izah edin.
(A9 TV; 30 iyul 2015)
Adnan Oktar
-
İslam Birliyi, Allaha sevgi deməkdir. Allaha sevginin adıdır. İslam Birliyi istənmədiyi müddətcə bəla yağmağa davam edər və heç kəs bu bəlanı dayandıra bilməz. Ta ki Mehdi (ə.s)-ın zühuruna qədər.
(A9 TV; 30 iyul 2015)
Adnan Oktar
-
Hal-hazırda hər hansı bir terrorist inanılmaz üstünlüyə malikdir. Çünki qanuna məhəl qoymur. Sən isə qanuna məhəl qoyursan. Qanuna tamamilə tabe olmaq məcburiyyətindəsən. Qanun hər cəhətdən vətəndaşın lehinə çevrilsin.
(A9 TV; 30 iyul 2015)
Adnan Oktar
-
PKK ilə mübarizə məsələsində; "düşmənimin düşməni dostumdur" siyasəti yürüdülməlidir. Yəni hər nə bahasına olsa da, dövlət bu siyasəti yürütməlidir.