Kasıb insanların könlü çox gözəl olar. Zənginləşdikcə-Allahın hikməti, bilmirəm-ürəkdə qatılaşma olur, bir çox insanda belə olur. Amma təbii, aralarında çox yaxşı olanları da var.
(A9 TV; 26 avqust 2013)
Adnan Oktar
-
Kasıbın sevgisi çox dərin olur. Eşqi, məhəbbəti çox gözəldir. Allaha olan məhəbəti çox gözəldir. Sənətə, estetikaya meyli çox yüksəkdir. Kasıblar hər tərəfli gözəl əxlaqlı olurlar.
(A9 TV; 26 avqust 2013)
Adnan Oktar
-
Bəzi insanlarda nifrət dəniz kimi olur və bunun içində boğulurlar. İnsanlar sevgini sanki unudublar. Sevginin oyanması üçün çoxlu cəhd lazımdır. Sevgini gündəm halına gətirmək lazımdır. Çünki sevgi daha da gücləndikdə nifrəti əzməyə başlayar və qalib gələr.
(A9 TV; 24 avqust 2013)
Adnan Oktar
-
Heç bir yerdə sevgi ifadəsinə rast gəlmirik. Hansı internet səhifəsini açsaq hamısında nifrət ifadələri ilə qarşılaşırıq. İslam aləmində də sevgidən bəhs edilmir. Əksinə ağlasığmaz bir nifrət üslubu var. Halbuki, dünyanın əsl ehtiyacı, qidası sevgidir.
(A9 TV; 24 avqust 2013)
Adnan Oktar
-
Sevgi asanlıqla əldə edilmir, insanlar nifrətə çox meyillidirlər. Sevgiyə həmişə əmək vermək lazımdır, səbir lazımdır.
(A9 TV; 24 avqust 2013)
Adnan Oktar
-
Öz içlərindəki məzhəb qatı dinçiliyi müsəlmanları məhv edir. Baxıb şahidi oluruq ki, qırğınlara qatı dinçi olan alimlər fətva verir. Hətta Əl-Əzhər şeyxi belə dəstək verir. Hər daşın altında İsraili axtarmaq məntiqli hərəkət deyil.
(A9 TV; 24 avqust 2013)
Adnan Oktar
-
Misirdəki qırğını İsrailin üstünə yıxmağa ehtiyac yoxdur. Misiri, İsrailli ravvinlər idarə etmədiyinə görə İsraili günahlandırmaq məntiqli deyil. Müsəlmanlar bir-birini qətlə yetirir.
(A9 TV; 24 avqust 2013)
Adnan Oktar
-
Müsəlmanların birləşməsini istəməmək nə deməkdir? Şeytandan Allaha sığının.
(A9 TV; 23 avqust 2013)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) Axırzamanla əlaqədar hədislərində Suriya Gutada döyüşün sıxlaşacağına diqqət çəkmiş, Gutanın, şəhidlərin ən sıx olacağı yer olduğunu bildirmişdir. Bu böyük bir möcüzədir.
(A9 TV; 23 avqust 2013)
Adnan Oktar
-
Dünya imtahan məqsədi üçün yarandığına görə, dünyada həm mələk kimi, həm də şeytan kimi insanlar var.
(A9 TV; 23 avqust 2013)
Adnan Oktar
-
Müsəlman olan kəs kilsə yandırmaz, kilsəni qoruyar.
(A9 TV; 23 avqust 2013)
Adnan Oktar
-
Allah zülmə, zalımlığa izn verməz. Allah sevgini, şəfqətli olmağı dəstəkləyir.
(A9 TV; 23 avqust 2013)
Adnan Oktar
-
Dünyada baş verən bəlaların, qarşıdurmaların, zülmün bitməsinin tək bir həll yolu İslam aləminin birləşməsidir.
(A9 TV; 23 avqust 2013)
Adnan Oktar
-
"Xristian aləmi birləşin, müsəlmanları xilas edin" deyirlər. Amma diqqət yetirin: "İslam aləmi birləşsin" demirlər. İslam Birliyi deyildikdə, "belə şey olmaz, birləşə bilməzlər" deyirlər. Xristian aləmi birləşsin, bəs müsəlmanlar niyə birləşməsin?
(A9 TV; 23 avqust 2013)
Adnan Oktar
-
Allahı sevən insanların yaşadıqları məkan çox rahat olur.
(A9 TV; 23 avqust 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) dövründə ruzi, bərəkət, bolluq sel kimi axacaq, inşaAllah.
(A9 TV; 22 avqust 2013)
Adnan Oktar
-
Ağrılar, iztirablar daha da artacaq. Müsəlmanlar "yetər!" deyib və Mehdi (ə.s)-ı tapacaqlar. Mehdi (ə.s)-dan ümmətin başçısı, lideri olmağını istəyəcəklər. Mehdi (ə.s) əvvəlcə qəbul etməyəcək. "Ümmət qan dənizində üzür, qəbul et. Qəbul etməzsənsə axan qanların günahı sənin boynuna olsun" deyəcəklər. Beləcə Mehdi (ə.s) özü istəmədiyi halda ona beyət edəcəklər.
(A9 TV; 22 avqust 2013)
Adnan Oktar
-
Təkcə "Misir xilas olsun! Fələstin xilas olsun!" demək doğru deyil. "Müsəlmanlar birləşsin" demək lazımdır. Bütün İslam aləminin qurtuluşunu, bütün insanlığın qurtuluşunu, müsəlmanların liderliyi ilə bütün insanların qurtuluşunu istəmək lazımdır. Rusiya, Çin, hamısı xilas olsun. Biz eqoist dünyagörüşünü inkişaf etdirə bilmərik.
(A9 TV; 20 avqust 2013)
Adnan Oktar
-
Mehdi (ə.s)-ı Allah seçər. Xalqın seçkisi ilə müsəlmanlara bir lider seçmək mümkün deyil. Allahın seçdiyi Mehdi (ə.s)-ı tapmaq yolları vardır. Bunun üçün də dəlillər ortadadır.
(A9 TV; 20 avqust 2013)
Adnan Oktar
-
Türkiyə Atatürkün vəsiləsi ilə Misir, İran, Pakistan kimi deyil.