Hər şeyi edən Allahdır. Allah möminə Öz yolunda xidmət etdiyini göstərərək onu şərəfləndirmiş olur.
Göbəklitəpə tipik mason məbədidir. Daşların T formasında olması, qabarıq formalar üzərindəki simvolların demək olar ki, hamısı masonluğa məxsusdur.
PKK ilə çözüm sürəci deyilən şey olmaz. Çözüm sürəci deyə başlanan hadisənin necə nəticələndiyi bir dəfə təcrübədən keçirildi, eyni səhvə bir daha yol verilməz. PKK-nın çözüm sürəcindən gözlədiyi şey Öcalanın sərbəst buraxılıb kommunist bir dövlətin başına gətirilməsidir. Bunu tamamilə unutsunlar.
Bərzani və Bərzani peşmərgələri ilə stalinist, dinsiz PKK eyni deyil. Bərzani dindar, müttəqi insandır.
Tayyib hocam bu səmimiyyətlə davam etdiyi müddətcə, Allah yolunu həmişə açıq saxlayar. Bunun əksini umanlar həyəcanlanmasınlar.
İnsanlar keyfiyyət və azadlıq istəyirlər. Qadınların, incəsənətin, həyatın azad olduğunu xalqa göstərmək çox vacibdir. Sahilboyu yaşayış məntəqələri, böyük şəhərlər “bizim azadlığımızı bizə hiss etdirin” deyirlər. Hökumətimiz bu məsələdə lazımi tədbiri görəcək, azadlığı gücləndirəcək.
Mənim qız dostlarım həm fiziki cəhətdən, həm də ruhən gözəldirlər. İmanlı, təmiz, sevgini çox yaxşı bilən, mehriban insanlardır. Buna görə də, hamısı çox valehedicidirlər.
Tayyib hocam kimi dəliqanlını asanlıqla tapa bilməzlər. Şövqü və səyi çox gözəldir. Rahat buraxsınlar gözəl xidmətlərinə davam etsin.
Sevgisizliyin, qəddarlığın çox olduğu dünyada sevgini, mərhəməti, bağışlayıcı olmağı söyləyən bizik. Ənənəpərəst ortodoks İslamın müsəlmanlara verdiyi zərəri görüb ağıllı və şəfqətli əks izahat verən tək topluluq bizik.
Biz Quranı səmimi izah edirik, heç bir mənfəət olmadan Quranı izah edirik. Biz din mühəndisliyi etmirik. Allaha olan sevgimizi izah edirik.
Oksigen çox böyük nemətdir. Heç kim bunu düşünmür. Çörək, meyvə nemətdir deyirlər, lakin oksigenin nə qədər mühüm nemət olduğunu söyləmirlər.
Sənayenin olması, inşaat işlərinin çoxalması keyfiyyət ölçüsü deyil. Çin də istehsal edir, lakin keyfiyyəti tam olmur. Keyfiyyət əsas ölçü olmalıdır.
Yaxın Şərq və Şərqin ümumi xüsusiyyəti keyfiyyət çatışmazlığıdır. Millət olaraq bunu dəyişdirək. Türkiyə keyfiyyətin, incəsənətin qalası olsun. Türkiyə keyfiyyətin qalası ola bilərmi? deyirlər, olar. Ya Allah, bismillah deyib başlamaq lazımdır. Sonrası, arxası kəsilmədən gələr inşaAllah.
Coşqun dənizdə hərəkət edirmiş kimi çətin günlərdən keçəcəyik, lakin nəticəsi həmişə gözəllik olacaq. Heç kim ümidsizliyə qapılmasın, Türkiyə işıqlığa gedir. Çox çətin günlərdən keçəcəyik, bir çox insan “tükəndik” deyəcək, lakin 2023-cü illərə çatdığımız zaman hər kəsin üzü güləcək inşaAllah.
Quranda hz. İsanın yenidən dünyaya gələcəyi çox açıq şəkildə izah edilir.
Çox gözəl dövrdə yaşayırıq. Türkiyənin sonu gözəl olacaq, çətin dövrlərdən keçməyimiz bacı-qardaşlarımızı təəccübləndirməsin.
“Yox” deyən də, “bəli” deyən də tərtəmiz insanlardır. Türkiyə müasir ölkədir. Daha çox referendum keçirəcəyik, nəticələri qəbul etməyə alışmaq əhəmiyyətlidir.
Allah şəhidlərimizin o gözəl karvanına bizi də daxil etsin. Allah yataqda ölüm verməsin, şəhadət nəsib etsin inşaAllah.
Türkiyə dünyanın sevgi mərkəzi olsun. Gərginlikdən uzaqlaşaq, sevgini dünyaya öyrədən olaq.
İngiltərə dərin dövlətinin yönləndirdiyi tarix, incəsənət və siyasət anlayışını ləğv edək. İngiltərə dərin dövləti türk siyasətindən əlini çəksin. O əli elmlə, irfanla zərərsizləşdirək.
İncəsənətin ən gözəlini Türkiyə əldə etməlidir. Rəsm əsərlərində, heykəltəraşlıqda, musiqişünaslıqda dünyada qabaqcıl olaq. Yaradıcılıq gecələri keçirilsin, operalar olsun.