Hər şeyə qarşı çıxmaq da olmaz, doğru olanı da dəstəkləmək lazımdır.
Reyhanlı hücumu millətimizi, gələn suriyalı qardaşlarımızdan soyutmaq üçün qurulan bir oyun idi. Allahdan bir imtahan idi. Allah bu hadisə ilə bizim mərhəmətimizi sınadı və millətimizin nə qədər mərhəmətli olduğunu dünyaya göstərdi.
Yüz min bomba partlatsalar da, biz yenə suriyalı qardaşlarımızın üzünə qapıları bağlamarıq, onlara ölkəmizdə yer verərik. Qardaşlarımız bizim qonaqlarımız, neçə nəfər olurlarsa olsunlar, onlara qulluq edəcəyik. Biz bir millət olaraq mərhəmətli, şəfqətliyik.
Türkiyə həmişə dünyəvi ölkə olaraq qalacaq, çünki, Quran dünyəviliyi müdafiə edir.
Müsəlman özündən əmin olduğu kimi Allahdan əmin olacaq. Allah bütün müsəlmanlara hakkəl-yakin iman nəsib etsin.
Əvvəl təmizlənməmiş neft gəlir. Qətranı ayrılır, başqa maddələri ayrılır, onun içindən benzin çıxır. Təmizləndikdən sonra o vəziyyətə düşür. Eləcə də, insana da səhv məlumatla doğru məlumat ikisi bir yerdə verilir. Vəhyi dinləyib təmizləyəcək, doğru olanı götürəcək. Səhf olanlardan istifadə etməyəcək.
Mütləq hər səhf, hər qeyri-normal hərəkət hər insana ilham edilə bilər. Bilərək etdiyi üçün insanların üzü qaralar. Məsələn, səsi filan batar, ağlayar, hirslənib əsəbləşər, təzyiqi qalxar, təzyiqi düşər. Allahın dediyini etmədiyi üçün əzab çəkər. Allahın dediyini etsə, ürəyi fərah içində olacaq.
Sən öyrədilincə cənnətin sənin üçün bir mənası olar. Təhsil almalı, aşiq olmalısan ki, bir aşiq kimi gedəndə sənin üçün bir mənası olsun. Burada qiymətli mebeldən, qiymətli əşyadan, gözəl insanlardan, gözəl ağacdan, gözəl qoxudan, gözəl meyvədən zövq alacaqsan ki, Allahın təcəllisi olaraq onlardan da zövq alasan.
İmtahan verəcəyik. Məsələn, çox xoş əhval-ruhiyyə ilə gedərkən birdən belin tutular və yaxud əminliklə imtahandan keçəcəyini zənn edərkən qiymət ala bilməzsən. Oturduğun yerdə başına iş gələr. Hər şey ola bilər. Təvəkküllü olmaq lazımdır. Bura bayram, əyləncə yeri deyil. İmtahan mühiti, imtahan dünyasındasan. Sənə çoxlu sual veriləcək, sən də o sualları Allahın izni ilə cavablandıracaqsan. Doğru cavablandıracaqsan. Səhv cavablandırmamağa çalışacaqsan. Beləcə öyrədilmiş olursan.
Fikri izah edərkən də sevgi ilə, mərhəmətlə, şəfqətlə və nəzakətlə izah etmək lazımdır. O söydü deyə sən də söysən, ondan daha aşağı səviyyəyə düşərsən. Belə olmaz. Sən belə vəziyyətdə ona nümunə olmalısan. Hörmətli, nəzakətli, tutarlı cavab verərək, ona səhvini başa salacaq şəkildə davranmalısan. Onun səhv hərəkindən utanması üçün alicənab olmalısan ki, o da nümunə götürsün, qibtə etsin, bəyənsin, özü də elə olmağa çalışsın.
Suriyada sırf şiəni əsas götürən sistem olsa, onda uğursuzluq olar. Bu Qurana ziddir. Bütün müsəlmanları əhatə edən strukturlar daim gözəldir. Kim Qurana, İslama sarılsa, bütün müsəlmanları eyni dərəcədə sevsə, o da nicat tapar, inşaAllah.
Allahı unutmaq Allaha xoş getməz. Həm meyvələr, lütfkarlıq, gözəlliklər, evlər, avtomobillər yaradacaq, adam haşa, heç bir şəkildə təmasda olmayacaq. Tək sözlə belə həmsöhbət olmayacaq. "Allaha həmd olsun" deməyəcək. O zaman Allah geri alar. "Avtomobili Mən verdim" deyər, alar Allah. "Evi Mən verdim, evi də alar" deyir. "Canı Mən verdim, canı da alaram" deyir. "Ya Mənə şükür edərsiniz, ya da geri alaram" deyir Allah.
Səmimi, yaxşı insanlar dünyada o qədər də çox deyil. Yaxşı, səmimi, sevgi dolu insanların bir-birini qoruması lazımdır. Əksinə, onların bir-birinin əleyhinə olması çox böyük sadəlövhlükdür.
Mehdiyyətə qarşı çıxanlar məhv olarlar. Hz. İsa Məsihlə, Mehdi (ə.s)-la mübarizəni əsas götürən məntiq mütləq məhv olar.
İnsanlara qorxunu hiss etdirməmək lazımdır. Təkcə Allah qorxusu olmalıdır. Bütün qorxular haramdır. Təkcə Allah qorxusu halal və fərzdir. Ondan başqa bütün qorxular haramdır, halal deyil.
Biz irqçi düşüncəyə qarşıyıq, saf irq axtarışında olanlar bu fikirdən imtina etsinlər.
Polisə daş atmaq cinayətə təşəbbüs göstərməkdir. Eləcə də, molotof kokteyli atmaq da öldürməyə cəhd etməkdir. Polisimizi tam qoruyan, həyatlarını sığortalayan qanunlar olmalıdır. Polisin əzilməsinə icazə verilməməlidir.
MHP benqal pələngi kimi nərə çəkir, maşaAllah.
Hökumət spirt satışına qarşı gördüyü tədbirlərlə mübarizə aparır. Spirt istifadə edən insan sağlam olmur. Bizə sağlam bir nəsil lazımdır.
Baş nazirimiz suriyalı qardaşlarımıza şəfqətlə yanaşır.
Türkiyə bir ana gövdə olaraq çox güclü olmalıdır. Suriyanın, İraqın bölünməsindən ziyan gəlməz. Təki Türkiyə güclü olsun, onlar Türkiyəyə bağlı olsun. Onda heç bir təhlükə olmaz. Çünki, ata güclü olduqdan sonra övladlarını gözəl idarə edər, istiqamətləndirər. Sevgi, şəfqət də göstərər.