Hər şey zamanla daha gözəl olacaq, biz İsa Məsihin dünyada olduğuna və çox yaxında onu görəcəyimizə inanırıq.
Xristianların Allaha inanması və Allahı sevməsi çox mühüm mövzudur və gözəllikdir.
Bəzi mövhumatçı məntiqdəki kəslər xristian və ya musəvi olmağı günah kimi görürlər, lakin bu səhvi biz elmlə, doğrusunu izah edərək düzəldəcəyik.
Dindar xristianların mövcudluğu bizi sevindirir.
İtalyan gənclərin, Fransız gənclərin, bütün dünya gənclərinin nicat tapması və həqiqi xristianlar olmaları bizim üçün xoşbəxtlik vəsiləsi olar.
Allah Bədiüzzamana çoxlu möcüzə nəsib etmişdir. Bədiüzzaman həzrətləri çox mübarək, dürüst və səmimi insandır.
İslam aləmi, musəvilər və xristianlar hz. Mehdinin və İsa Məsihin bu əsrdə gələcəyini fikir birliyi ilə qəbul edirlər.
Suriyalı qonaqlarımızı Türkiyə vətəndaşlığına qəbul edilməsi çox gözəl olar. Ölümdən qaçan 3 milyon insana sevgisizliklə yaxınlaşmaq vicdansızlıqdır.
Hz. Mehdi, döyüşləri və axan qanı dayandıracaq insandır. Hz. Mehdi dövründə silahların hamısı qalxacaq, bir damcı qan belə tökülməyəcəkdir.
Humanist, mərhəmətli olanların dünyaya hakim olacaqları, yəni İslam əxlaqının hakim olacağı İncildə də bildirilmişdir.
Erbakan hocam, Tayyib hocamı çox səbirli, əzmli və qətiyyətli insan kimi yetişdirdi. Rəhmətlik Erbakan hocam da çox əzmli idi.
Bəzi müsəlmanlar dəccaliyyətin etdiyi zülmdən bir kəlmə belə danışmayıb. Mehdini xatırlamamaq üçün zülmü görməzlikdən gəlirlər.
Mehdiyyət sevgidir, dostluq qardaşlıqdır, keyfiyyətdir, incəsənətdir, Allahın bütün gözəlliklərinin təcəllisidir. Dayandırmağa heç kimin gücü çatmaz.
İslam aləmi dünyanı idarə edən bir qrup insana məğlub olursa, bunun üzərində çox yaxşı düşünmək lazımdır. Müsəlmanların bu mövzunu çox yaxşı düşünüb tüğyana qarşı birlik olub elmlə, irfanla çox yaxşı cavab vermələri lazımdır.
Qurana uyğun olmayan hədislər nə o dövrə xitab edir, nə də bu dövrə xitab edir, heç bir dövrə xitab etmir. Bunlar, tamamilə uydurma, xurafat izahlardır.
Allah İsa Məsihdən başqa heç bir Peyğəmbər üçün qiyamət əlaməti demir. Bu İsa Məsihin gəlişinin dəlillərindən biridir.
Cənnətin ən gözəl neməti möminlərin Allahın Zatının təcəllisini görəcək olmasıdır.
Mövhumatçı anlayış həyatı zəhər edir. Bəhs etdikləri həyatın İslam ilə əlaqəsi yoxdur, lakin əksər insanın İslama qarşı olmalarına səbəb olur.
Qadının döyülməsini müdafiə edən, incəsənətin qadağan olmasını, gülmənin, sevincin haram olduğunu söyləyən din Qurandakı İslam deyil.
Türkiyə çox müasir olsa qadın azadlığı, rəsm, heykəl, musiqi, mədəniyyət, keyfiyyət, ədəb, yüksək dərəcə Türkiyənin əsas mövqeyi olsa heç kim bir şey edə bilməz.
Əsas imanın üzərində dayanmaq lazımdır. İmanın olduğu bir ölkə dağılmaz. Səmimi imanın olması o ölkənin ayaqda qalmasını təmin edər.